Weherim menim ..

Weherim menim ..

WYaranma tarixi

Tarixçilər tərəfindən sübut olunub ki, Eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, kələr aşkar olunmudu və beləliklə bu yerdə qədim şəhərcik yerləşdiyi məlum olmuşdur.Şəhərin adıyla bağlı bir cox əfsanələr məlumdur. Bu əfsanələrdən birinə görə qədim keçmişdə belə bir hadisə baş verib:

Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “ Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.

Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.

Weherim menim ..

Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”

Aparılan tədqiqatlara əsasən 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisində pers tayfaları yaşayırdı. Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir. Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.

 

1935-ci ildə Ağır Sənaye üzrə Xalq Komissariatının Kollegiyasında Azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərara alınır ki, Abşeron yarımadasında İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Bir müddət keçdikdən sonra yeni sənaye şəhərinin tikilməsi üçün Abşeron yarımadasının şimal-qərbində , Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında yer ayrıldı. Tikinti zamanı inşaatçıların qarşılaşdığı çətinlikləri təsvir etmək üçün onlardan birinin xatirələrinə müraciət edək :” Çox şiddətli küləklər inşaatçıların işini ləngidirdi: gün ərzində qazılan tranşeylər gecə yenidən qumla dolurdu… Bəzi barakları qum gecə boyunca elə örtürdü ki, bu barakı qumdan təmizləmək üçün iki, üç yük maşını lazım olurdu”.

 

Şəhərin inkişaf mərhələləri

1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.

1939-40-cı illər – Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri durdurulur.

1941-ci il – İES işə düşdü və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verdi.

1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.

1945-ci il – Sumqayıt Kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.

1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.

1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.

1953-cü il Marten sobalarında ilk polad əridilməsi.

1955-ci il Sumqayıt Alüminyum zavodu işə başladı.

1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.

1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.

1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.

1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.

 

Bu vaxtlar Sumqayıt artıq keçmiş SSRİ-nin aparıcı sənaye şəhərlərindən biri kimi tanınmışdı.

SUMQAYITIN IQTISADIYYATI

.WEHERIN SAHESI 83 kvadrat kilometirdir ehalisi ise 350min e yaxindir.Sumqayit Bakidan sonra ikinci senaye weheridir,,1982ci ilde ele respulike senaye mesullarinin 10% Sumqayit weheri verirdi..Sumqayit senayesinde kimya_metallurgiya esas yer tutur……ve ,s

MEDENIYYET ,,TEHSIL,,ve ICTIMAI-SIYASI TEWKILATLAR

.SUMQAYIT DOVLET UNIVERSITETI ..SUMQAYIT MELLIMLER INSTITUTU,,QIZLAR SEMINARIYASI,,TIB VE MUSIQI TEXNIKUMLARI,,DRAM TEATIR VE MEDENIYYET SARAYLARI,,feliyyet gosderir…

TEWKLIATLAR;

-MUSAVAT,AXCP,YAP,AXDP,ASDP,ISTIQLAL TELEBE GENCLER TEWKILATI ve ,s…

Şəhərin ekoloji vəziyyəti

Weherim menim ..

 

Şəhərin ekoloji vəziyyəti

Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşmişdir. İnzibati rayonunun ərazisi 9495 hektar təşkil edir ki, bunun da 3207 hektarı sənaye zonası, 2970 hektarı yaşayış zonası, 805 hektarı bağ təsərrüfatı, 946,9 hektarı yaşıllıq sahəsi, 535 hektarı fərdi torpaq sahələri, 623,1 hektarı isə digər torpaq sahələridir. (bataqlıqlar, gölməçələr və s.)

Ərazinin relyefi sakitdir, torpaq suları üfiqi səthdən 1,2-2,0 metr dərinlikdə səviyyələnib. Torpağı boz rəngdədir, əsasən qumsal və şoran tiplidir. Torpağın hesabi müqaviməti 0,15 + 0,18 Mpa təşkil edir. Torpaq I tip çöküntülərə aiddir. Kimyəvi tərkibinə görə torpaq suları bütün növ betonlara nəzərən sulfat aqressivliyinə malikdir.

Rayonun ərazisi iqlim şəraitinə görə rayon bölgüsündə TN və Q(SNIP) 02.01.82-ci il tarixli «Tikinti klimatologiyası və geofizikası»na müvafiq olaraq I və IV «B» hidrorayonuna aiddir. Quraqlıq və yarımsəhra iqlim zonasında yerləşən rayonda illik yağıntının miqdarı az, günəşli günlərin sayı çox olur. Güclü küləklər ilin bütün fəsillərində şimal («Xəzri») və cənub («Gilavar») istiqamətlərində əsirlər. Küləkli günlərin sayı ildə 200-dən çox olur və küləyin sürəti adətən 5m/san arasında dəyişilir, bəzi günlərdə isə küləyin sürəti 20 m/san-dən çox olur. Havanın ən aşağı temperaturu – 13 o S yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə + 40 o S avqust ayında qeydə alınmışdır. Yay fəsli dövründə torpağın səth temperaturu + 60 o S qədər çatır. Yağıntılar əsasən payız-qış mövsümlərində olur. Yaz və yay ayları quraqlıq olur.

 

İnzibati rayonun ərazisində və ətrafında təbii su mənbələri Xəzər dənizindən və bir neçə kiçik göldən ibarətdir. Bu mənbələr şor sularıdır, içmək üçün yararlı deyildir. Bir qədər aralıda, Sumqayıt şəhərindən 5-10 km cənubi-qərbdə içməli su ehtiyatı olan süni surətdə yaradılmış «Ceyranbatan Su Anbarı» hövzəsi yerləşir. İnzibati rayon ərazisindən keçən «Sumqayıt –çay»ın mənbə axarı ilin çox vaxtı susuzdur. Yalnız aprel-may aylarında güclü yağışlardan sonra «Sumqayıt-çay»da su olur. Çayın mənsəbindəki sular isə əsasən sənaye müəssisələrinin «şərti təmiz» adlı sularından formalaşır. Mənsəbdə suyun həcminin müntəzəmliyi və çoxluğu bununla izah olunur. Sumqayıt şəhərinin cənub qurtaracağından «Samur-Abşeron» kanalı keçir. Bu kanalın suyu ilə «Ceyranbatan Su Anbarı» hövzəsi vasitəsilə Bakı-Sumqayıt şəhərləri içməli su ilə təmin olunurlar. Eyni zamanda, «Şollar» su mənbəyindən şəhər ərazisində, əsasən məişətdə və qismən sənaye müəssisələrində istehsalatda istifadə edilir.

PRistupnIK

Şərhlər:

  1. VeFaSiz_Giz dedi ki:

    Maraqli xeberlere gore cox saqol brat thank_you

  2. Espazito dedi ki:

    Sagol ay brat xebere gore bu sherin tarixi haqqinda xeberi olmayanlari maariflendirdin

  3. PRistupnIK dedi ki:

    gormuyenler qonagim ola biler … ozudeki gezmeli gormeli yerleride coxdu ….
    ************************SUMQAYIT************************ forgenc

  4. Badi_Seba dedi ki:

    men Sumqayitda cox olmusam…orda gunlerim maraqli kecib…o qederde gezmeli yerleri olmasada…esas odurki gunuler maraqli kecib…Yaxsi seherdi …pis deyil mosking

  5. Angelocka dedi ki:

    Oooo Sumqayit weheri hmmmm ne deye bilerem cox gozle weherdi heqiqeten men sumqayitda olmuwam hetda orda qohumlarim ve dostlarim yawayir))) cox sagol ay mister dostikim hemiweki kimi superrr))) ok goodgood

  6. Krestniy dedi ki:

    _____ forgenc _____ForGenc.Net___ clapping ____ close

  7. IzYuMinKa dedi ki:

    PRistupnIK,
    cox sag ol xebere goreee…. ok

  8. MILAQROS dedi ki:

    PRistupnIK,
    \\cox sagol xebere gore.SUMQAYITDA olmamisham INSHALLAH olaram

  9. Krestniy dedi ki:

    bratkaaa Azerbaycanin her weheri ozune gore gozeldir, Sumqayit da gozeldir,amma olmamiwam sorry , inwallah bakiya gelende bratka 100 faiz gormeliyem blush

  10. love_krasotka dedi ki:

    ааааа джаным Сумгаит agla agla сагол

  11. PRistupnIK dedi ki:

    vefasiz_giz,
    deymez

  12. Admin dedi ki:

    Maraqli xeberdir.TWK senin dogma mekanindir :)))