Qalsaydın…

Qalsaydın…
Yanımda qalsaydın, ey gülü-rəna,
Həyatım başqa bir məna alardı,
Yanımda qalardı sevinc daima,
İlhamım həmişə mənim olardı.
Təbəssüm uçmazdı dodaqlarımdan,
Qalardı əməyə sonsuz məhəbbət.
Məni tərk etməzdi bir də heç zaman
İnsanın bəzəyi, sevinc-səadət.
Ürəkdən əbədi həsrət uçardı,
Gözümdə gülərdi geniş üfüqlər.
Lakin nə etməli, taleyim demək
Səni məndən alıb uzağa salmış.
İlhamım səninlə uçub gedendə,
Sonsuz sevincimi aldı apardı.
Rahatlıq arxanca qaçıb gedəndə,
Qəlbimi köksündən sanki qopardı.
Ürəyim həmişə, hər zaman sənin,
Hər yerdə özünü, sözünü anmış,
Gülüşlər sıninlə tərk etmiş məni,
Gözümdə qəmlərin alovu yanmış.
Qayıt gəl, sevgilim, qayıt bir axşam,
Ayrılıq dərdini səhər çəkmişəm.
Ümidlər həmdəmim olsa da müdam,
Hicranın əlindən nələr çəkmişəm.
Ayrılıq qapımı döyəndən bəri
Tale gülməmişdir üzümə bir an.
Yollarda qalmasın könül, göz daha,
Qayıt gəl, yolunu gözləyir ürək.
Görüşü qoymayaq bir də sabaha,
Yaxşı dost gədrini dost bilsin gərək.
Gülmüş həyatımda bircə gün üzüm,
O günü gözümə sataşmış gözüm.

Espazito

Şərhlər:

  1. love_krasotka dedi ki:

    мм сагол

  2. weytAnO4kA dedi ki:

    Qayıt gəl, yolunu gцzləyir ьrək agla
    чох саол)

  3. Miss Azerinka dedi ki:

    cox sagol ok

  4. IzYuMinKa dedi ki:

    Gьlmьş həyatımda bircə gьn ьzьm,
    O gьnь gцzьmə sataşmış gцzьm.

    sps ok

  5. VeFaSiz_Giz dedi ki:

    cox saqolun