13+1

alt

13+1

(On üç mə`sum on dördüncü mə`sum İmam Mehdi(ə) barədə nə buyurur?)

1.İslam peyğəmbəri(s):
“O qeybə çəkilən zaman səbr edən və ona məhəbbət yolunda sabitqədəm qalanlar necə də xoşbəxtdirlər!”(“Yənabiul-məvəddət”,3/101).

2.Əmirəl-möminin(ə):
“Onun zühurunu gözləyin,Allahın rəhmətindən mə`yus olmayın.Uca və izzətli Allah yanında ən sevimli əməl onun zühurunun intizarında qalmaqdır.Onun zühurunu gözləyənlər,Allah yanında qanına boyanmış şəhidlərə bənzəyirlər”(“Biharul-ənvar”,52/123).

3.Həzrət Fatimə(ə):
“Allah peyğəmbəri(s) mənə buyurdu: “Ey Fatimə,xoş sənin halına! Mehdi sənin nəslindəndir”.

4.İmam Həsən(ə):
“Biz Əhli-beytin heç biri məcburiyyət üzündən zamanın tağutuna qarşı çıxa bilməyəcək.Lakin Həzrət mehdi bu cür olmayacaq.
Məryəm oğlu İsa onun arxasında namaz qılacaq.
Allah onun dünyaya gəlişini gizli surətdə həyata keçirəcək və heç bir zalıma tabe olmamaq üçün onu qeybə çəkəcək”.

5.İmam Hüseyn(ə):
“O qeybə çəkilən dövrdə əziyyət,məhrumiyyət və təkziblərə dözənlər,Allah rəsulunun önündə qılıncla cihad edənlərə bənzəyirlər”(“E`lamul-vəra”,384).

6.İmam Zeynül-abidin(ə):
“Bizim qiyam edənimizin qeyb zamanında vilayətimizə inanıb o yolda sabitqədəm qalanlara Allah tərəfindən min Ühüd və Bədr şəhidlərinin savabı veriləcək”(“Kəşful-ğummə”3/312)

7.İmam Baqir(ə):
Ravi deyir:”İmamdan “Təkvir” surəsinin 15 və 16-cı ayələri –“Fəla uqsimu bil xünnəs,əlcəvaril künnəs”-“And içirəm ynib-sönən ulduzlara;seyr edib gizlənən səyyarələrə”-barəsində soruşdum.
Buyurdu: “Bu ayələrdə məqsəd axırəz-zamanda zühur edəcək şəxsdir.O,bizdən olan həmin Mehdidir(ə).Onun zühurundan öncə qeyb və çaşqınlıq olacaq.O zaman bir qrup yolunu azar,digər bir qrup isə,hidayət olunar.Onu görsən xoş halına!Onu görən hər bir kəsin də xoş halına”.

8.İmam Sadiq(ə):
“On ikinci imamı gözləyən şəxs Allah Rəsulu önündə qılınc çəkib onu müdafiə edən şəxslər kimidirlər”(“Qeybəti-Nümanı,41).

9.İmam Museyi-Kazim(ə):
“Bizim qaimimizin qeyb dövründə bizə məhəbbət bəsləyib,bizim vilayət və rəhbərliyimizi qəbul edib,bu yolda sabitqədəm qalan və düşmənlərimizdən uzaq olan şəxslər necə də xoşbəxtdirlər!Onlar bizdən,biz də onlardanıq.Belə ki,onlar bizim imamətimizi,biz isə,onların şiələrimiz olmaqlarını qəbul etmişik.xoş onların halına!Bir daha xoş onların halına!And olsun Allaha,onlar qiyamət günü bizimlə eyni dərəcədə olacaqlar”(“İlzamun-nasib”,68).

10.İmam Rza(ə):
“Bizim şiələrin ən gözəl əməli Onun zühur etməsini gözləməkdir”(“Qeybəti-Nümani,180).

11.Məhəmməd-Təqi(ə):
“Əgər on ikinci imamın qaib olmasından sonra o imama tərəf edən,onun dinini müxtəlif istidlallarla himayə edən və Allah bəndələrindən olan zəifləri iblis və onun köməkçilərinin şərrindən xilas edən alimlər olmasaydı,yer üzündə mürtədlərdən başqa bir kəs qalmazdı.Onlar zəif şiələrin qəlblərini gəmi kapitanının gəmidəki sakinlərin qəlblərini aram və arxayın etməsi kimi,aramlaşdırırlar.Onlar Allah yanında ən fəzilətli bəndələrdirlər”.

12.İmam Əliyyən-Nəqi(ə):
“Sahibiniz və imamınız sitəmkarların diyarından qeybə çəkildiyi zaman qurtuluşun intizarında olun”.

13.İmam Həsən Əsgəri(ə):
“Oğlum Mehdini inkar edənlər o adama bənzəyirlər ki,bütün peyğəmbərləri qəbul etmiş,amma Məhəmmədin(s) peyğəmbərliyini inkar etmişlər.Allah peyğəmbərini(s) inkar edənlər isə,bütün peyğəmbərləri inkar edən kimidirlər.Ona görə də,bizim sonuncumuza itaət əvvəlincimizə itaət,sonuncumuzu inkar etmək isə,əvvəlincimizi inkar etmək kimidir”.
Müəllif: Samit Bağırov
“ Son Ümid” jurnalı

PiKasso

Şərhlər:

  1. Single Girl dedi ki:

    ALlah sizden Minlerce defe Razi olsun! Daima islami movzulara toxunub bizide melumatlandirdiqiniz ucun

  2. Axiret90 dedi ki:

    ”Bizim şiələrin ən gцzəl əməli Onun zьhur etməsini gцzləməkdir”(”Qeybəti-Nьmani,180). COoxx gozel xeberlerdi,Allah sizden razi olsun

  3. PiKasso dedi ki:

    Bismillahir-rehmanir-rehim
    Allah ceminizden razi olsun

  4. DaRk_AnGeL dedi ki:

    cox sagol Allah senden razi olsun dogrusu bunlarin coxunu bilmirdim

  5. Бакинка dedi ki:
    Allah senden ve butun bendelerinden razi olsun
  6. VERY_SHY dedi ki:

    Coxsaagolki,bele xeberler qoyub bizi de melumatlandirirsan.cox maraglidi.oxudum.

  7. Dj ExTrEmE dedi ki:

    allah razi olsun))

  8. _Cinbala_ dedi ki:
    Allah senden ve butun bendelerinden razi olsun
  9. taliya dedi ki:

    ALLAH razi olsun senden qardasim

  10. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…Allah razi olsun!!!!

  11. UNDERCOVER dedi ki:

    4ox sagol ALLAH razi olsun

  12. BuBLiK dedi ki:

    ALLAH razi olsun senne!!cox sagol!!

  13. BalaM dedi ki:
    Cox sagol Allah razi olsun
  14. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…