313 nəfər


alt
313 nəfər
Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kə`bə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif tə`birli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin imamı ilə bey`ət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən tə`yin olunmuş hakimlər olacaqlar.
313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlar-la hədis mövcuddur.
Keçək nümunə ayələrə:
Hud surəsinin səkkizinci ayəsində belə buyurulur:
“Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim”.
İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
“Bu ayədəki “qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), “rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir”.
Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:
“O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır”.
Sual: 313 nəfərin sayı hələ kamil olmamışdır?
Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsu-siyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.
Məsələn, İmam Səccad (ə) buyurur:
“İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplan-mış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə bey`ətə də`vət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq”.
Bir çox rəvayətlərdə onların tə`rifi haqqında belə qeyd olunmuşdur: 
“Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yə`ni, onlar yüksək sür`ətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləş-miş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimi-dirlər”.
Bu hədisə əsasən, bu 313 nəfər şücaət və elmi cəhətdən elə bir səviyyədə olmalıdırlar ki, yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar. 
Bəqərə surəsinin 148-ci ayəsində oxuyuruq:
“Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq”.
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurdu:
“Bu ayədə Həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (ayədə buyu-rulan) “Ümməti-mə`dudə”də məqsəd, hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payız buludları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar”.
Onların xüsusiyyətlərindən daha bir neçəsini sada-layaq: 
Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (əc.) Məkkə şəhərinin beş-altı kilometrliyində dayanaraq, onların gəlişini göz-ləyəcək ki, onlarla birlikdə Kə`bə evinə gəlsin. Bu 313 nəfər həzrət Mehdi (əc.) ilə bey`ət edən ilk insanlardır.
Onlar həzrət Mehdinin (əc.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, imamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:
“Sanki həzrət Mehdini (əc.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən halda görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allah rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəl-dirsə, Allahın izni ilə həlak olurlar”.

PiKasso

Şərhlər:

  1. BuBLiK dedi ki:

    ALLAH razi olsun sennen!!!maminan birke ohiyacug…

  2. PiKasso dedi ki:

    Bismillahir-rehmanir-rehim
    Allah haminizdan razi olsun.

  3. taliya dedi ki:

    ALLAH razi olsun senden

  4. UNDERCOVER dedi ki:

    twk.ALLAH razi olsun

  5. _Cinbala_ dedi ki:
    Allah senden ve butun bendelerinden razi olsun!cox sagol xebere gore ok
  6. VERY_SHY dedi ki:

    Maraglidi coxsagol

  7. BalaM dedi ki:
    Sagol Allah razi olsun
  8. New_Moon dedi ki:

    Cox SAgol Xebere Gore Superdi

  9. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR/SAG OL

  10. Бакинка dedi ki:
    Allah razi olsun…….mende isdedim esgeri olum amma alinmaz inanmiram 40 gun seher IMam ZAman aganin duasini subh namazindan sora oxudum …. Inamim yoxdu amma=))))) Tez zuhr tezlewsin
  11. Dj ExTrEmE dedi ki:

    Allah razi olsuun

  12. Axiret90 dedi ki:

    Allah bizleri de hemin o 313 neferden qerar versin