Payızım “Sən”sən

alt

Eşqin və kədərin mövsümüdür Payız…

Araya saldığı həsrətlə, eşqi saraldıb solduran bir mövsüm…

Düşən ulduzların apardığı insanlar kimi, budağından düşən hər yarpaq bir eşqi soldurar Payızda…

Ayrılığı, həsrəti, kədəri yaşadar…
Sarıdır Payız; sərin və sarı…

Eynilə ölüm kimi, ümidsizlik, həsrət kimi…
Sona çatmaqdır Payız; yox olmağın sərhədində tükənib bitmək…
Və gözyaşıdır Payız…

Öz gözyaşınla islanmğın çarəsizliyi, öz təkliyində üşüməyin, öz içində itməyin dəhşətidir…

Günəşi solmuş bir eşqdir Payız; hər gününü qurumuş bir yarpaq kimi yaşayan, ayrılığa, həsrətə və kədərə bulanmış bir eşq…
Yandıran, əridən, yox edən, sonra yenidən yaradıb ölümsüz edən bir eşq… Və eşq; sona gəlmişkən, sənə gələn eşq…

Bir Payız günündə tanıdım Səni; göylər ağlamağa hazır idi, yarpaqlar qurumuş və hər şey saralmışdı…

Sarı; ayrılığın və kədərin rəngi, sarı; Səni qarşıma çıxaran axşamın rəngi, vuslımın, xoşbəxtliyimin rəngi…
Sarı, solğun və qurumuş bir Payız idi Səni qarşıma çıxaran…
Eşq məni yaradıb varlığına bağladı…

Səni sevərkən sevməyin və yaşamağın dadını çıxartdım… Səninlə olub Səninlə solum, Səninlə doğulub Səninlə ölüm…
Ey Sevgilim!… Bil ki; əvvəlim Sənsən, axırım Sən, gecəm Sənsən, gündüzüm Sən…
… Payızım Sənsən …

Payızı, uşqlıqdan sevməyimin səbəbin, Səni, Payızda tanıyıb Sevdiyimdə anladım…
Həyatımın mənasın Payız’da tapacaqmışam...

::HappilY::

Şərhlər:

  1. _Cinbala_ dedi ki:

    Cox sagol ama bu xeberin indi qoymagin yeri yox idiye incime)))
    twkler twk

  2. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol….

  3. Single Girl dedi ki:
    Ne payizee yayi sevirem yayiii =)))))))
  4. BuBLiK dedi ki:

    payiz nedi?osen?=)

    cox sagol hebyare gore…

  5. ...::EMERALD::... dedi ki:

    Maraqli xeberdi.Sag ol

  6. meleyim dedi ki:

    amma men payizi sevmirem.

  7. merry-girl dedi ki:

    cox sag ol canim xebere gore

  8. VERY_SHY dedi ki:

    Zehlem gedir payizdan,coxsaol

  9. BalaM dedi ki:
    ela xeberdi cox sagol give_rose
  10. ZakonLubvi dedi ki:

    Payızı, uşqlıqdan sevməyimin səbəbin, Səni, Payızda tanıyıb Sevdiyimdə anladım…
    Həyatımın mənasın Payız'da tapacaqmışam…

  11. Бакинка dedi ki:
    tewekkurrrrrrrrrrrrrrrrrrrrr men payiz feslini coox sevirem cunki ad gunum bu fesle tesaduf edir=)tewekur
  12. Скажи-да dedi ki:

    twk indi qishdi)))

  13. ::HappilY:: dedi ki:

    taliya,
    Dj ExTrEmE,
    _Aynur_,
    Jealous_girl,
    UNDERCOVER,
    Single Girl,
    BuBLiK,
    …::EMERALD::…,
    meleyim,
    merry-girl,
    VERY_SHY,
    BalaM,
    ZakonLubvi,
    Бакинка,
    Скажи-да,
    _Cinbala_,
    deymezzz