Letifeler

alt

Balaca bir uşaq, hamilə bir qadının qarnına toxunaraq:
– sizin qarnınızda nə var xala?
Qadın:
– uşağım var şırın balam deyə cavab verir.
– sizin uşağınız mı?
– bəli
– onu çox istiyirsiz?
– bəli
– yəni lap çoooox istiyirsiz?
– əlbətdəki ay şirin balam
– bəs onda niyə yemisiz onu?

****
. Balaca uşaqla atası avtobusa minirlər.
biletçi (kanduktor) nəfəs almadan elə hey qışqırır:
biraz arxaya gedin
hər dayanacaqda yeni sərnişinlər minir və kanduktor elə qışqıra-qışqıra durur:
– biraz arxaya millət. siz o şapkalı bəy biraz arxayaaaaa
– bir neçə dayanacaqdan sonra artıq avtobusda nəyinki gedecək hətta addım atılacaq yer qalmamaışdı, amma biletçinin heç səsi kəsmirdi
– artıq uşaq o qədər xəşil vəziyyətinə gəlir ki, atasından soruşur:
– atacan biz belə get-gedə arxaya gedəcəkdiksə bəs avtobusa niyə mindik?

****
. Azərbaycan dili dərsində müəllim şagirdlərdən soruşur:
– “mən gözələm” deyirəmsə bu hansı zaman formasındadır?
uşaqlar xorla cavab verir:
– keçmiş zaman ay müəllim

****
. Ana bala söhbət edirlər. bala anadan soruşur:
– ana mələklər uçur?
– aha bala uçur
– bütün mələklər uçur?
– bəli balam
– bəs onda bizim qulluqçu qız niyə uçmur?
– qulluqçu qız niyə uçmalıdır ki ay mənim ağıllı qızım?
– nə bilim ana, atam həmişə onunla danışanda mələyim deyir axı
ana hirsli halda durur ayağa:
– demək belə, onda az sonra 100% uçacaq

****
. Komandirlə əsgər söhbət edirlər, komandir əsgərdən soruşur:
– müharibədə bir düşmanla qarşılaşsan neyniyərsən?
Əsgər:
– vuraram
– olmadı, qaçıb qərargaha xəbər verməlisən, bəs bir inək görsən neyniyərsən?
– vuraram
– olmadı
– qaçıb qərargaha xəbər verərəm
– yenə olmadı. buynuzlarından tutub qərargaha sürüməlisən. yaxşı indi məni görsən neynəyərsən onu denən
– vuraram
– elə şey olar? mən sənin komandirinəm
– gedib qərargaha xəbər verərəm
– aydaa, mən dömən deyiləm ki
– aaa tapdım, buynuzlarınızdan tutub qərargaha sürükəyərəm

****
. Birinin evində yanğın olur. qonşularının heç biri kömək etmir hamı durub qıraqdan seyr edir, ev yiyəsi bunu görüb özü hər şeyi edir.
– birinci oğlunu içəridən çıxarır çöldə gözləsin deyir
– yenə içəri girir tüstü dumanın içərisindən qızını çıxarır
sonra arvadını,itini və özünü. daha sonra çölə heç bir şey çıxarmayaraq 3 dəfə içəri girib çıxır.
onu seyr edən qonşularından biri dayan bilmir və soruşur:
– niyə yanan evə girib çıxırsan,girdiyive görəsə heç nə çıxarmırsan çölə?
kişi cavab verir:
– qaynanam içəridədi ona görə arada bir girib çevirirem arvadı

****
. Huriyə, Nuriyə və Duriyə 75-80 yaşlarında uzun müddətli yaxın rəfiqədirlər.
Birgün Huriyəylə Telofanda danışırlar və Duriyəgilə getməyə qərar verirlər və gedirlər.
Biraz söhbətdən sonra Duriyə çay süzür içirlər.
biraz sonra Duriyə yenə:
Ay durum sizə bir çay süzüm içək deyir.və o birilər birşey demir yenə içirlər
Aradan biraz vaxt keçir Duriyə yenə:
uydaa sizə bir stəkan çayda süzmədim durum süzüm içək deyir və süzür gətirir.
o birilərindən yenə etiraz olmur və içirlər.
nə isə bunlar durub artıq getməyə qərar verirlər.yolda çəlikləri ilə tuta tuta qiybət qırmağa qərar verirlər:
Huriyə:
– az Duriyəni gördün necə pinti olub? durub 1 stəkan çayda tökmədiki içək
Nuriyə:
– bıy azzzz sən Duriyəni haçan görmüsən?

****
. Dəlixanada otaqları 1-1 gəzən başhəkim,bir dəlinin oturub məktub yazdığını görür və soruşur:
– nə yazırsan?
– məktub yazıram ay həkim
– həəəə, bəs kimə yazırsan?
– özümə
bəs yaxşı nə yazmısan məktubda?
– aydaaa dəli olmusuz ay həkim? məktubu hələ almışam ki içində nə yazıldığını bilim?

UNDERCOVER

Şərhlər:

  1. _Aynur_ dedi ki:

    Tewekkur letifelere gore…uzunden guluw eskik olmasin…

  2. nurlana77 dedi ki:

    tewekkurler

  3. LeTiFe_XeSTeSi dedi ki:

    75,80 yaslilarin qiybeti ela idi..amma indiki dovrde tekce yaslilar yox…cavan nesilde elenciy edirdeeeee…yaslilar olarin yaninda toya getmelidiler biggrin hele 1 1nin evine gerler asipka tutmaga censored olarcun her seyde etsen davolni olmurlar,cuzi de olsa nese tapib boyutmelidiler telefon

  4. TARKAN dedi ki:

    superdi teeskkurler

  5. Zemishka87 dedi ki:

    wirin supeerdi.tewekkur.oldumeee gulmekden.. twk

  6. BalaM dedi ki:
    sagol letifelere gore kefim olanda oxuyacam give_rose
  7. UNDERCOVER dedi ki:

    BuBLiK,
    indi razi qaldim

  8. BuBLiK dedi ki:
    UNDERCOVER,
    hamsida yahwidi=)amma bu yerine tuwtu=)

  9. Бакинка dedi ki:
    aydaaaaaaaaaa looooooooooooooll-))))o mekteb avtobus sobeti vawee nastr. yox idiee guldurdun polni ..tewekkurlerr=)haha
  10. UNDERCOVER dedi ki:

    Jealous_girl
    deymez

  11. UNDERCOVER dedi ki:

    BuBLiK,
    bu xeberim he??????

  12. Single Girl dedi ki:
    xeberin yeri var superrrrrrxaxa
  13. BuBLiK dedi ki:

    Dəlixanada otaqları 1-1 gəzən başhəkim,bir dəlinin oturub məktub yazdığını gцrьr və soruşur:
    – nə yazırsan?
    – məktub yazıram ay həkim
    – həəəə, bəs kimə yazırsan?
    – цzьmə
    bəs yaxşı nə yazmısan məktubda?
    – aydaaa dəli olmusuz ay həkim? məktubu hələ almışam ki iзində nə yazıldığını bilim?


    LooooooooooooooooooooooL=)))super cox sagol biraz guldum…bu hebarun ela derisive

  14. merry-girl dedi ki:

    twkurler ureyim getdi gulmekden roll

  15. VERY_SHY dedi ki:
    . Azərbaycan dili dərsində mьəllim şagirdlərdən soruşur:
    – ”mən gцzələm” deyirəmsə bu hansı zaman formasındadır?
    uşaqlar xorla cavab verir:
    – keзmiş zaman ay mьəllim

    laugh1 laugh1

    coxsagol
  16. ZakonLubvi dedi ki:

    happy happy happy happy superdi haaaaaaaaaaa hahahahaaaaaaaaaaa superdiiiiiiiiiiiiii happy

  17. _Cinbala_ dedi ki:

    1-2 oxudum guldum haaaa laugh1
    here 1 dene oxusa xeberin ise dusecek)))))loooooooooooool xaxa
    super idi opucuk

    aaaa bide sekil superdi clapping

  18. Скажи-да dedi ki:

    avtobus mirtdiyee adam tesevvur eliyende lap mirt olur)))twk