Aşura günü olar-olmazlar

alt

1. Məhərrəm ayında əyləncə məqsədi ilə səfərə çıxmaq, gəzintiyə getmək olar?
Bəli, getmək olar. Bunun heç bir nöqsanı yoxdur.

2. Bəziləri deyir ki, Aşura günü işləmək, sabundan istifadə etmək olmaz. Bunun Kərbəla hadisəsi ilə nə kimi əlaqəsi var? 
Xeyr, bunun nə Kərbəla hadisəsi, nə də dinimizlə əlaqəsi var. Bu, Məhərrəm ayında ortaya atılan çoxsaylı xürafatlardan biridir.

3. Aşura günü niyyət edib qola qara parçalar bağlayırlar. Hətta qara parçalar bəzi məscidlərdə satılır da. Və belə deyirlər ki, parca özü qırılmalıdır, niyyət də parça qırıldığı zaman yerinə yetir. Bunun bir əsası var?
Bu da Məhərrəm xürafatlarından biridir. Bu kimi işlərdən uzaq olun. Allaha xatir niyyət edin. Günahlarınızın bağışlanması üçün tövbə edib namaz qılın.

4.Aşura günü oruc tutmaq müstəhəbdirmi? Bəziləri bu məsələdə çox israrlıdır. 
Kərbəla hadisəsindən sonra Əməvi hakimləri Aşura günü şadlıq edər və camaatı həmin gün oruc tutmağa sövq edərdilər. Hətta bunu rəsmiləşdirmək üçün saray alimlərinə ənamlar verər, bu barədə fitva vermələrini də əmr edərdilər. Həmin vaxtdan etibarən Məsum imamlar və Əhli-beyt nümayəndələri öz davamçılarına həmin gündə oruc tutmağı məsləhət görməmişlər. 

5.Məhərrəm ayının digər aylardan əsas fərqi nədədir? Ramazan ayında olduğu kimi, bu ayda da müsəlmanlara qadağalar qoyulubmu? 
Xeyr, Məhərrəm ayının özünəməxsus qadağaları yoxdur. Sadəcə, əxlaqi baxımdan bu ayda İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin faciəsini anmaq bəyənilən əməllərdəndir. Toy və şadyanalıq mərasimlərini sonraya saxlamaq daha yaxşı olar.

melek=)

Şərhlər:

  1. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  2. Weak_life dedi ki:

    cox sag ol ALLAH RAZI OLSUN

  3. merry-girl dedi ki:

    cox sag ol baciwko twk

  4. dangerous_angel dedi ki:

    cox saol canim ALLAH RAZI OLSUN

  5. VERY_SHY dedi ki:
    BIlirdim coxsagol,oxumuwam
  6. Single Girl dedi ki:
    cox saqol urey ilk xeberinde mubuwdu Maraqli idi ama awura dunen oldu
  7. melek=) dedi ki:

    xebere baxanlara serh yazanlara tewekur bu menim ilk xeberim size ardinda gozleyin olacaq hello

  8. BalaM dedi ki:
    Ilk xeberin mubarekdi..Xebere gore cox sagol Allah razi olsun
  9. New_Moon dedi ki:

    Cox Sagol Xebere Gore Mende Nece Gundu Elimi Wampunnan Yuyuram roll

  10. Jelannaya_013 dedi ki:

    twk xebere gore…ilk xeberin mubuwdu…

  11. BalaM dedi ki:

    BuBLiK,
    az tepeme vurma dana)))

  12. _Cinbala_ dedi ki:

    Ilk xeberin mubuw =))

    3.Mende qara isdeyirdim qoluma baglamaga mecide gede bilmediyim ucun olmadi…ama bu xeberide oxudum bildim demek ele bele wey imis…cox sagol girl_cool

  13. _AyDaN_ dedi ki:

    diyesen ilk xeberdi mubusdu ALLAH razi olsun

  14. taliya dedi ki:

    ALLAH RAZI OLSUN SENDEN twk

  15. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  16. BuBLiK dedi ki:

    ASURA DUNENIDI…geray dunen atiduz bu hebyari…

    ILK HEBAYRUN MUBIW…ALLAH razi olsun…