Əxlaq haqqında hədislər


alt
Əxlaq
Gözəl əxlaq
Peyğəmbər (s): “İslam gözəl əxlaqdır”.
Peyğəmbər (s): “Gözəl əxlaq dinin yarısıdır.”
İmam Əli (ə): “Gözəl əxlaq möminin kitabının sərlövhəsidir.”
İmam Əli (ə): “Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir.”
İmam Sadiq (ə): “Gözəl əxlaqdan ləzzətli həyat yoxdur.”

Gözəl əxlaqın səmərələri
Peyğəmbər (s): “Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar.”
Peyğəmbər (s): “Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir.”
Peyğəmbər (s): “Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur.”
Peyğəmbər (s): “Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır.”
Peyğəmbər (s): “Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir.”

Gözəl əxlaqın mənası
İmam Əli (ə): “Gözəl əxlaq 3 şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə.”
İmam Əli (ə): “Salam vermək gözəl əxlaqdan irəli gəlir.”
İmam Sadiq (ə) – hədd və gözəl əxlaqın mənası barədə verilən sualın cavabında: “Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardaşı ilə mehriban rəftar edən kəsdir.”

Ali əxlaqi sifətlər
Peyğəmbər (s): “Allah-taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz”.
İmam Əli (ə): “Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər.”

Əxlaqi kəramətlərin izahı
Peyğəmbər (s): “Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm.”
İmam Sadiq (ə): “Allah-taala öz Peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özününzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin.” Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik.
İmam Sadiq (ə) – əxlaqi kəramətlər barədə: “Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da.”

Gözəl əxlaqın nəticələri
Peyğəmbər (s): “Gözəl əxlaq dostluq ipini möhkəmlədər.”
İmam Əli (ə): “Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin.”
İmam Sadiq (ə): “Gözəl əxlaq ruzini artırar”
İmam Sadiq (ə): “Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər.”
İmam Sadiq (ə): “Günəş buzu əritdiyi kimi gözəl əxlaq da günahları əridər.”

Pis əxlaq
Peyğəmbər (s): “Pis əxlaq, bağışlanmayan günahdır.”
Peyğəmbər (s): “Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər.”
“Biharul-ənvar”: “Peyğəmbərə (s) ərz etdilər: Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir. Həzrət buyurdu: Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir.”
İmam Əli (ə): “Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir.”
İmam Sadiq (ə): “Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər.”

Pis əxlaqın aqibəti
İmam Əli (ə): “Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar.”
İmam Əli (ə): “Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar.”
İmam Əli (ə): “Əxlaqı pis olanın ruzisi az olar”.
İmam Sadiq (ə): “Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar.”

Ən üstün əxlaq
İmam Əli (ə): “Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir.”
İmam Baqir (ə) “ən üstün əxlaqi kəramət hansıdır?” sualının cavabında buyurub: “Səbr və səxavət”.

Əxlaqi keyfiyyətlərin əlaqəliliyi
İmam Əli (ə): “Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin.”
İmam Sadiq (ə): “Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır.”

melek=)

Şərhlər:

  1. UNDERCOVER dedi ki:

    4ox saol ALLAH razi olsun.

  2. taliya dedi ki:

    ALLAH RAZI OLSUN SENDEN BACIM

  3. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore…Allah razi olsun…

  4. DaRk_AnGeL dedi ki:

    cox sagol Allah razi olsun bunlari bilmek hamimizin borcudu

  5. morgan dedi ki:
    islam gozel exlaqdir beli eledir
    insani mueeyyen cerciveye salir
  6. dangerous_angel dedi ki:

    TeSsKkKuRleR

  7. Axiret90 dedi ki:

    Cox gozel,Allah razi olsun

  8. Single Girl dedi ki:

    ilk xbeerin mubuwdu urey ardi Gelsin ALlah razi olsun

  9. _AyDaN_ dedi ki:

    COX GOZEL XEBERDI ALLAH RAZI OLSUN TKR

  10. Dj ExTrEmE dedi ki:

    twk cox sagol)) beyendim)

  11. BalaM dedi ki:
    Cox sagol xebere gore,Allah razi olsun
  12. Nezaretci dedi ki:

    tesekkurler beyendim beyenilsin…………

  13. VERY_SHY dedi ki:

    Sagol canim menim

  14. ...::EMERALD::... dedi ki:

    COOX BEYENDİM.SAG OL

  15. New_Moon dedi ki:

    İmam Sadiq (ə): ”Gцzəl əxlaqdan ləzzətli həyat yoxdur.”
    Cox Sagol Dostik Xebere Gore

  16. BuBLiK dedi ki:

    cox sagol ALLAh razi olsun sennen..!

  17. meleyim dedi ki:

    insani yuksekliklere qaldiran onun exlaqidi

  18. _Cinbala_ dedi ki:

    Cox sagol Ilk xeberin mubuwdu ardi gelsin
    Darixma xeberlerin atilacaq

  19. Бакинка dedi ki:
    Allah razi olsun melek=) ilk xeberin mubiww=)
  20. Скажи-да dedi ki:

    Peyğəmbər (s): ”İslam gцzəl əxlaqdır” super

  21. melek=) dedi ki:

    saqolun dostiklar buyrun fikirlerinizi yazin

  22. _Sia_ dedi ki:

    Ilahi menden sonra gelen ve sozlerimi neql eden, sunnetlerimi xalqa catdiran, insanlara oyreden, onlari yada salan xeleflerime sen rehmet et.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…