Fikirinizi bildirin


alt
• Qız:
– Mən səninlə azad deyiləm,amma əsil məhəbbət azad olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:

– O ipi mənə ver. İpi götürür, bir ucunu öz ayağına, digər ucunu qızın ayağına bağlayır-gəl kiçik bir oyun oynayaq!

– Oynayaq!

– Bax bu kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən sənə azadlıq verirəm, get.

Qız 1-2 metr gedir, ip qurtarır.

– Mən gedə bilmirəm, sənin sevgin mənə mane olur.

– Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.

Qız ayağını çəkdikcə ip ayağını kəsir.

– Məni incidir, ağrıdır axı.

Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı dolayır, sonra yenidən iplə sarıyır.

– İndi get.

Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan qırışır.

– İndi məni incitmir, amma yenə səndən uzaqlaşa bilmirəm, ip mane olur.

– Onda qalx axşam yeməyi hazırla.

Qız yemək hazırlamağa başlayır, ip ona sərbəst hərəkət etməyə imkan vermir.

– Yenə mənə mane olur.

– Onda gəl birlikdə hazırlayaq! -yaxınlaşır, qızın üzündən öpür, -birlikdə.

Onlar birlikdə yemək hazırlayır, stolun ətrafında oturanda oğlan soruşur:

– Sən unutmamısan? Biz hələ də bir-birimizə bağlıyıq.

– Oy, tamam unutmuşam.

Oğlan ipi açır və soruşur:

– Sən nəsə başa düşdün?

– Nəyi başa düşməliydim ki?

– Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.

Yalnız gecənin sakitliyində oğlan öz-özünə danışırmış kimi deyir:

– Sən başa düşməliydin ki, həm çətin günündə, həm də xoş günündə məni tərk etmək istəsən hiss edəcəksən ki nəsə sənə mane olur.

 Sənə sevgimiz mane olacaq. Amma nə qədər ki birlikdəyik sən bu maneəni hiss etməyəcəksən.

– Bəs niyə sən bizim ayaqlarımızı bağladın?

– Çünki real həyatda bizim ürəklərimiz bir-birinə bağlıdır.

– Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına yox?

– Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki, əgər sən ağrı hiss etmirsənsə

 mənə də ağrılı deyil. Sən unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz bağlıdır?

Qız susdu, fikrə getdi.

Oğlan isə hələ ürəyində davam eləyəcək ki, bunun çox asan çıxış yolu var-qayçı və ya bıçaq. Amma o bunu heç vaxt qıza deməyəcək,

 çünki onu itirmək istəmir,çünki ona görə bütün ağrı-acılara dözməyə hazırdır,çünki onun həmişə yanında olmağını arzulayır.

ÇÜNKİ ONU SEVİR.

Sevmək Səni Sevirəm Demək Deyildir!

Bəs siz ona sevgini ve onu sevdiyinizi necə başa salardınız?

Nezaretci

Şərhlər:

  1. HENRY dedi ki:
    menim sevgim ele bunu kimi bir weydi.. ureylerimiz baglanib..ayrila bilmeriy hech vaxt..Bu hem sevmey,hem baglanmag,ve ts olunmayan bir hissdi..
  2. Бакинка dedi ki:


    Cox saq ol xebere gore…

  3. R_E_N_A dedi ki:

    men seni sevirem sozunu ancag heqiqeten,cox seviremse deyirem ona gorde bunu dediyim adamda bunu bilir buna gorede bawa salmaga ehtiyac yoxdu. OMRUM SENI COOOOOOX SEVIREM

  4. Jelannaya_013 dedi ki:

    suali cvblandirmayim sorry…xeber ise maraxliydi twk..

  5. Nezaretci dedi ki:

    HENRY

    _Cinbala_

    BalaM

    Скажи-да

    …::EMERALD::…

    melek=)

    meleyim

    _AyDaN_

    VERY_SHY] VERY_SHY

    FUHRER

    _Aynur_

    hearts

    New_Moon

    UNDERCOVER

    [b]Cici_Girl

    Бакинка

    R_E_N_A

    Jelannaya_013


    Tesekkur Reyleriniz Ucun……….

  6. taliya dedi ki:

    OXUDUM MARAQLIYDI

  7. merry-girl dedi ki:

    cox sag ol twk

  8. Single Girl dedi ki:
    coooooooox beyendim ehhh sen sevgiye baxeeeeeeeee
  9. Dj ExTrEmE dedi ki:

    Xebere gore cox sagoL)))

    HENRY,
    cry cry cry

  10. Fidaska dedi ki:

    cox super xosuma geldi.thanks/

  11. nurlana77 dedi ki:
    cox qewey xeber idi. az idi ama saz idi. tewekkurler ardi gelsin

    xeyal clapping

  12. Nezaretci dedi ki:

    nurlana77 cox sagol

  13. Cici_Girl dedi ki:

    SEVGI DERDDIRSE NIYE OZUNUZU DERDE SALIRSIZ KI? DEMYEZ!!!

  14. New_Moon dedi ki:

    Men Bu Suala Hecne Yaza Bilmerem
    Xebere Gore Cox SAgol Superdi

  15. _Cinbala_ dedi ki:

    Bu xebr olub saytda deysen
    Basqa yerlerdende oxumusasm uje ezber bilem
    twkler

  16. BalaM dedi ki:
    Oxudum hamisini maragnan,Bir hekayeye oxwayir,Cox sagol give_rose
  17. Скажи-да dedi ki:

    gerek qiz ayagina pambiq bagliyib dartanda ipi qirardi ,oglaninda ayagi yeqin ki,kesilib qanayacaqdi ve deye bilerdi ki bax meni terk edende ureyim qan aglayir sevgimizde qirildi 1 ip kimi… applause

  18. ...::EMERALD::... dedi ki:

    ONA NE LAZIMDIRSA EDERDIM.MARAQLIDIR.SAG OL

  19. melek=) dedi ki:

    nece de gozeldi cox xowum geldi hmm eledide sevgi ele olmalidi muellife tewekur

  20. meleyim dedi ki:

    emellerimle ve ona sadiq olmagimla en esasi sevgimle

  21. merry-girl dedi ki:

    men sevgimi hec vaxt bildirmerem tewekkur

  22. _AyDaN_ dedi ki:

    HMM COX MARAQLIDI TKR

  23. VERY_SHY dedi ki:

    Oxumuwam bunu coxdan,maraglidi coxsagol

  24. FUHRER dedi ki:

    GETMEK ISTEYEN INSAN NE VAXTSA GEDECEK.O ZAMAN ONU HECH CURE DAYANDIRMAQ OLMAZ

  25. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore…

  26. CooL_Man dedi ki:

    xebere gore cox sag ol, dostum… 🙂