Allah özün islah elə

Allah 246;z252;n islah el601;


Duz-çörəyi itirəni,
Allah özün islah elə.
Sözü düşmən bitirəni,
Allah özün islah elə.

Qızarmayan yalançını,
Kitab yüklü palançını,
Səndən ayrı qalan canı,
Allah özün islah elə.

Haqq yolunu azanları,
Dosta quyu qazanları,
Üzdəniraq ozanları,
Allah özün islah elə.

Qeybət edib gülənləri,
Bu dünyanı bölənləri,
Diri ikən ölənləri,
Allah özün islah elə.

Ömür nədir qanmayanı,
Səni duyub anmayanı,
Duasında yanmayanı,
Allah özün islah elə.

Ac gözləri,qarınları,
Yaltaqları, harınları,
Bu müasir qarunları,
Allah özün islah elə.

Qara dərdim ağ üstündə,
Göz yaşım yarpaq üstündə,
Ölməsəm torpaq üstündə,
Allah özün islah elə.

Çöp qaldırıb dağ sayanı,
Hər kolluğu bağ sayanı,
Məni kimi ağsayanı,
Allah özün islah elə.




the 13th Warrior

Şərhlər:

  1. love_krasotka dedi ki:

    сагол

  2. the 13th Warrior dedi ki:

    Зox sağ olun ————–love_krasotka

  3. VeFaSiz_Giz dedi ki:

    Allah Sizden Razi Olsun

  4. the 13th Warrior dedi ki:

    vefasiz_giz———————–cox sag olun.Minnetdaram thank_you