Telman İsmayılov işçilərinə maaş verməyə pul tapmır!


alt
İşçilər məzuniyyətə göndərilmələrinə qarşı çıxırlar, “Mardan Palace”ın üzərinə həbs qoyula bilər

Azərbaycan əsilli iş adamı Telman İsmayılov “Mardan Palace” otelinin işçilərinə maaş verməyə pul tapa bilmir. Lent.az-ın “samanyoluhaber.com” saytına istinadən verdiyi məlumata görə, otel rəhbərliyi qış mövsümündə çalışmalı olan 890 nəfər işçini dekabrın 21-dən başlayaraq zorla məzuniyyətə göndərməyə başlayıb. 

Məzuniyyətə getmək istəməyən işçilər dünən otelin maliyyə direktoru Özgür Yalçınkaya ilə görüşmək istəyiblər

Qeyd edək ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılov “Mardan Palace” otelinin tikintisinə 1,4 milyard dollar, təkcə çəngəl-bıçağına 17 milyon dollar xərcləyib. Otelin açılışına Paris Hilton, Şeron Stoun, Maria Karey və Monica Bellucci kimi ulduzlar qatılıb. “Mardan Palace” investisiya qoyuluşu ilə dünyanın ən lüks üçüncü oteli statusunda fəaliyyətə başlayıb. Ancaq oktyabr ayından bu yana “Mardan Palace” elektrikə görə yaranmış borcunu ödəyə bilmir. Otelin 2,3 milyon dollar borcu var. Bu səbəbdən də dekabrın 20-də otelə elektrik enerjisi verilməsi dayandırılıb. Hazırda otelin elektrik enerjisi ilə təminatı generatorlar vasitəsi ilə təmin edilir. 

Türkiyə qanunvericiliyinə görə, müəssisə işçilərini təhdidlə məzuniyyətə göndərirsə və borcunu ödəyə bilmirsə, onun üzərində həbs qoyulması barədə qərar çıxarılmalıdır.

ADMIRAL-711

Şərhlər:

  1. BuBLiK dedi ki:

    pua=)o dedi bizde inandig=))
    coxxxxxxxxxxxxxxxx sagol emi oglu=)gel cixde=(

  2. Optimist... dedi ki:

    maraqli xeberdi…tesekkurler…

  3. Gucci dedi ki:

    yazig die:(( LALAH KOMEYI OLSUN

  4. ceka dedi ki:

    niye kul olur sen get tikdirde gorum ede bilersen nolsun bir cetinlikdi duwubde allahin komekliyiyle yaxwi olacaq[/b]

  5. Ayselka dedi ki:

    [b]tural_16,
    niye kul olur sen get tikdirde gorum ede bilersen nolsun bir cetinlikdi duwubde allahin komekliyiyle yaxwi olacaq[/b]

  6. tural_16 dedi ki:

    kul bunun bawina)maraqliydi cox sagol

  7. DaRk_AnGeL dedi ki:

    maraqli melumat idi cox sagol

  8. Dj ExTrEmE dedi ki:

    cox sagol))

  9. Single Girl dedi ki:

    Men hec tanimirdim bunu=)Ne olsune insanlik hali ishte=)

  10. Fidaska dedi ki:

    inanmaq olmur eee

  11. UNDERCOVER dedi ki:

    inanmiram ki 2 milyard otele pul veren adam iw4ilere maaw vere bilmesin.twk

  12. merry-girl dedi ki:

    cox sag ol eziyyetine gore twk

  13. New_Moon dedi ki:

    Xebere Gore Cox SQAgol

  14. BalaM dedi ki:
    Cox sagol xebere gore) give_rose
  15. Бакинка dedi ki:

    tapmazdaa=))) ellerine saglik admiral xebere gore=)

  16. Nezaretci dedi ki:

    geler borc vererem ))))))))) tesekkur xeber ucun