Əlləri cavanlaşdıran 4 üsul..

alt
Günəşin zərərli şüalarından qorunmaq üçün dermatoloqlar gün ərzində mütləq günəş qoruyucu vasitələrdən istifadənin

 gərəkli olduğunu söyləyirlər

Günəşin zərərli şüalarına xüsusilə də açıq qalan üz, əllər, qollar və ayaqlar məruz qalır. Bu zaman əllərin dərisi qalın, kobud,


 çatlamış, büzüşmüş vəziyyətdə olur. Amma yaşın göstəricisi sayılan əlləri cavanlaşdırmaq da mümkündür.


Dəri xəstəlikləri üzrə mütəxəssis Aişə Ferzan Aytuğ əllərdə yaranan problemləri aradan qaldırmaq üçün estetik müdaxiləyə

 ehtiyac duyula biləcəyini vurğulayır. Onun sözlərinə görə, əlləri cavanlaşdırmaqda mezoterapiya, lazer, kimyəvi pilinq və

 botoks üsullarından istifadə edilir.


Mezoterapiya: Xüsusi olaraq hazırlanmış dərmanlar uyğun dozada işarələnilmiş xüsusi nöqtələrə nazik iynələrin köməyilə

 tətbiq olunur. Ancaq damar genişlənməsi çox olan kəslərdə diqqətli istifadə etmək lazımdır. Başlanğıcda həftədə 2 seans

 olmaqla cəmi 6-8 seans, sonra il boyunca üç ayda bir təkrar seans həyata keçirilir. Beləcə, dəri parlaq bir görünüş əldə edir.

 Sonrakı dövrlərdə isə təsirinin davamlılığı üçün ildə bir dəfə yenidən müalicə tələb edir.


Lazer: Nd YAG lazer əl dərisinin yenilənməsində olduqca təsirlidir. İki həftədə bir dəfə cəmi beş seansla dəridə dolğunluq və

 ton açılması mümkün ola bilir. 

Əl üzərindəki ləkələr əleyhinə istifadə edilən xüsusi lazer sistemləri də var. Bundan başqa KTP və Pulsed dye kimi lazer

 tipləri də ləkə çıxarmada təsirlidir. Lazer müalicələri günəş həssaslığı riski baxımından qış dövründə edilir. Yayda edilsə,

 yanıq və ləkələnmə ehtimalı ola bilər.


Kimyəvi pilinq: Kimyəvi pilinq müalicəsində meyvə turşuları və ya xüsusi turşulardan istifadə olunur. Günəş ləkələrində iki

 həftədə bir təxminən 6 seans tətbiq ilə müvəffəqiyyətli nəticə alınır.

Xüsusilə tünd dəri tiplərində az da olsa, ləkə və ya iz buraxma riskləri ola biləcəyindən, qış dövründə və çox diqqətli şəkildə

 tətbiq etmək lazımdır.


Botoks: Özəl bəzi incə quruluşlu maddələrlə (hyaluronik turşu) istifadə edilə bilər. Beləcə daha dolğun, gərgin, parlaq, canlı

 bir görünüş əldə etmək

mümkündür. İldə iki dəfə təkrarlamaq gərəkdir.

Бакинка

Şərhlər:

  1. Single Girl dedi ki:

    cox saqol heyatimmmmmm cox maraqli ve lazimli xebere gore copy etdim mene lazim olacaq=)

  2. Nezaretci dedi ki:

    cox sagol lazimlidi tesekkur

  3. taliya dedi ki:

    ellerine sagliq canim maraqli melumatdi

  4. Бакинка dedi ki:

    beyendiyivize sevindim=) wirin

  5. BalaM dedi ki:
    sagol djan maragli xebere gore give_rose
  6. _Cinbala_ dedi ki:

    Cox sagol awkim bezilerini oxudum…maraqli xeberdi cox sagol ureyim

  7. UNDERCOVER dedi ki:

    xebere gore twk

  8. DaRk_AnGeL dedi ki:

    cox sagol caniko lazimli xeberdi

  9. New_Moon dedi ki:

    Cox SAgol Dostik …..//…,,,//./

  10. VERY_SHY dedi ki:

    MAragliydi i lazimlidida,coxsagol Periwiim

  11. ceka dedi ki:

    MAragliydi i lazimlidida,coxsagol Periwiim