Ən bədxərc milyarderlər


alt
“The Forbes” jurnalı başa çatmaqda olan ildə dünyanın ən varlı adamlarının ən bahalı alışlarının reytinq siyahısını hazırlayıb.

Reytinqə rusiyalı milyarder Roman Abramoviç liderlik edir. O, Rusiyanın Sankt-Peterburq şəhərində “Yeni Hollandiya” adasını 400 milyon dollara satın alıb. Abramoviç burada 18-ci əsrdə tikilmiş anbarları bədii qalereyalar, butiklər, otel və restoranlara çevirmək niyyətindədir. Rusiyalı milyarderin 11,2 milyard dollarlıq sərvəti var.

Reytinqdə ikinci yerdə hec-fond sahibi və məşhur kolleksioner Stiven Koen var. O, bu il çağdaş art-bazara 145,64 milyon dollar yatırıb. Məsələn, Koen tanınmış rəssam Casper Consonun “Bayraq” tablosu və Endi Uorhollun “Koka-Kola”sını satın alıb. “Koka-Kola” bu il hərraclarda satılmış ən bahalı sənət əsərlərindən biridir.

Pakistanın ilk milyarderi Mian Muhəmməd Manşa Londondakı “St.James Hotel&Club”u satın alaraq reytinqdə üçüncü pillədə bərqərar olub. Oteldəki hər otaq ona 1,5 milyona, binanın özü isə 95 milyon dollara başa gəlib.

Dünyanın ən varlı adamı, mekalı mediamaqnat Karlos Slim də daşınmaz əmlaka pul yatırıb. O, Nyu-Yorkdakı “Metropoliten” muzeyi ilə üzbəüz, 5-ci avenyuda 44 milyon dollara malikanə alıb. Neft-qaz maqnatı Kelsi Uorren isə Koloradlo ştatında ABŞ-ın ən böyük rançosuna 46,5 milyon dollara yiyələnib.

Britaniyalı zərgər Lorens Qraff dünyanın ən bahalı brilyantlarını satın almağa davam edib. O, hərracda 46 milyon dollara yiyələndiyi 24 karatlıq çəhrayı brilyantı da kolleksiyasına əlavə edib. Həmin brilyant indi “Çəhrayı Qraff” adlanır.

Dünyanın ən zəngin adamları pullarını bu il istədikləri kimi xərcləyiblər. Honkonqlu maqnat Cozef Lou Çin ənənələrinə görə, uzunömürlüyüyüü səciyyələndirən iki əntiq quş heykəlciyinə 16,7 milyon dollar verib.

Cıdır azarkeşi, dubaylı şeyx Məhəmməd bin Rəşid əl Məktum London hərracında 5,4 milyon dollar xərcləyərək 24 elit at alıb.

Bu il ən qəribə alış Makaodakı kazino sahibi Stenli Hoya məxsusdur. O, iki trüfel göbələyinə görə 330 min dollar ödəyib.
Ekspertlərin dediyinə görə, bu göbələklərdən kulinar məqsədlərlə istifadə etmək olmaz

UNDERCOVER

Şərhlər:

  1. Dj ExTrEmE dedi ki:

    Bilirem Bunu Kohne Xeberdi))emeye hormet ))

    twk

  2. Single Girl dedi ki:

    bilmirlerde pulu neynesinler=)

  3. merry-girl dedi ki:

    PUL el cirkidi.pul qarqasi qardasla dusmen edir . twk

  4. meleyim dedi ki:

    bu xeber uje kohnelib.varliga ne darliq.pullari var bilmirler hara xerclesin de

  5. taliya dedi ki:

    cammat bilmir neynesin

  6. New_Moon dedi ki:

    Xere Gore Cox SAgol

  7. Бакинка dedi ki:

    pul bular ucun yeqinki ele bele kagiz parcasi olar oncun bu qeder bedxercdiler=)) ne diyek Allah artirsin=))) xebere gore tewekkur

  8. BalaM dedi ki:
    kefdedilere=))) Cox sagol xebere gore give_rose
  9. Nezaretci dedi ki:

    tesekkur xeber ucun

  10. ...::EMERALD::... dedi ki:

    CAMMAT PULUN BILMIR HARA XERCLESIN