Həyatı düşünərkən…

H601;yat305; d252;351;252;n601;rk601;n...

Həyat axınına alıb bizi bir yerlərə sürükləyərkən nələri yaşayırıq, nələri görürük, nələri duyuruq, nələri itiririk deyə düşünə bilmirik o ani axının surəti ilə.
Bəzən etdiklərimizin səbəbini anlamırıq. Bir şeyləri cox arzulayırıq, həmişə sahib olmaq üçün dualar tökürük, əldə etdiyimiz an dünyanın ən xoşbəxt insanı olacağımızı düşünürük. Gerçəkləşəcəyi günü gözləyirik ürək çırpıntıları ilə… 
Bəzən zaman durur. Bəzən yoruluruq. Bəzən zamanın saxta oyunları içinə düşürük. Bir anlığa bu sevincin coşğusu ilə duyğulanırıq. Sonra… hər şey yox olur. Itir. Gedir. 
Və bir gün arzuladığımız, xəyallarını qurduğumuz şey real olur. Bir anlığa belə olsa buludların arasına qaldırır bizi, cənnəti yaşadır. Ən dəhşətlisi isə sahib olduğumuz şeyə doya bilmədən itiririk. O an ürəkdə qopan tufan, qasırğa bir müddət qabaq keçirdiyin sevinci yox edir. 
Əriyirsən, yox olursan. Amma o yoxluğu başa düşmürsən. Səbəb axtarırsan, məqsəd axtarırsan tapa bilmirsən. 
Hər şey belə davam edir. Günlər bir-birini qovalayır. Yenə zamanın surəti ilə sürüklənən həyat xatirələri axınına alıb aparır. Selini gətirir odunu sondürür, unutdurur yanğınını, dərdini. Amma közərtisini qoyur ürəyində.
Görən necə yaşayırıq bir gün hər şeyin bitəcəyini bilə-bilə? Görən həqiqətənmi bir dəfə ölürük, hər dəfə itirdiyimiz şeylərdə varlığımızın zərrə-zərrə yox olduğunu bilə-bilə?
Insan dediyin nə usanmaz şeydir ki, hər zaman arzulayır, umid bəsləyir, röyalarda uçur, xəyallara dalır gerçəkləşməyəcəyini bilə-bilə? 
Mən həyatı düşünürəm həyat məni yorur, varlığı düşünürəm varlıq məni çıxılmazın içinə salır, yoxluğu düşünürəm hər düşündüyümdə varlığımı məndən alır! 
Yenə qalıram DÜŞÜNCƏLƏR + REALLIQLAR = SIFIR 
Heç bir nəticə ala bilmirəm sıfır, sıfır,sıfır…...

hearts

Şərhlər:

  1. BalaM dedi ki:
    Cox sagol maraglidi give_rose
  2. ceka dedi ki:

    DЬŞЬNCƏLƏR + REALLIQLAR = SIFIR
    maraqlidi thanks)

  3. UNDERCOVER dedi ki:

    maraqli xeber idi.twk

  4. meleyim dedi ki:

    heyta mubarize meydanidi

  5. Dj ExTrEmE dedi ki:

    twk cox sagol

  6. taliya dedi ki:

    tesekkur maraqliydi

  7. hearts dedi ki:

    rey yazan elleriniz var olsun

  8. BadBoy dedi ki:

    Exxxxxxx Heyat

  9. BuBLiK dedi ki:

    Sitat: Single Girl
    Sadece olaraq xeyalllar qururuq…Cunki ancaq o xeyallarda ozumuze istediyimiz kimi bir heyat duwunuruk Acisiz Eziyyetsiz Sevgiden dogan eziyyetsiz!!!!!!!!!!!!!


    cry cry cry duzdi canim hayalda ola biler bular ancah=(((((((((hayata getirmey olmir hayalunda tutugun weyi=(

  10. ...::EMERALD::... dedi ki:

    MARAQLİDİR.SAG OL

  11. VERY_SHY dedi ki:

    maragliydi coxsagol

  12. New_Moon dedi ki:

    Mən həyatı dьşьnьrəm həyat məni yorur, varlığı dьşьnьrəm varlıq məni зıxılmazın iзinə salır, yoxluğu dьşьnьrəm hər dьşьndьyьmdə varlığımı məndən alır!
    Yenə qalıram DЬŞЬNCƏLƏR + REALLIQLAR = SIFIR
    Heз bir nəticə ala bilmirəm sıfır, sıfır,sıfır……
    Ellerine Sagliq Super Xeberdi Dostik

  13. Single Girl dedi ki:

    Sadece olaraq xeyalllar qururuq…Cunki ancaq o xeyallarda ozumuze istediyimiz kimi bir heyat duwunuruk Acisiz Eziyyetsiz Sevgiden dogan eziyyetsiz!!!!!!!!!!!!!

  14. merry-girl dedi ki:

    oxudum cox sa ol eziyyetine gore applause