Vəfasız

alt
 Bütün xatirələr yaşadığımız anlarda olduğu kimi təzədir. Kimsəsizliyin həzin və acı musiqi sədaları arasında səni düşünürəm. Bəzən isə səssiz sədasız qəlbimin narahat çırpıntıları arasında hüdudsuz və dərin xəyallara qapılıb özümü səninlə sənin yanında hiss edirəm. Və o günlər bir də gələcəkmiş kimi savadsız və təhsilsiz ruhanilər kimi “Amin” deyirəm. Bilirsənmi özüm-özümə gülürəm. Acizliyimə, səni unuda bilmədiyimə görə nifrət edirəm həyatıma. Batan günəşin səssizliyi ilə birlikdə sənsizliyin acı və iztirabları bütün çılpaqlığı ilə mən istəmədən qoynuma girir məni bir dəqiqə belə rahat buraxmır. Özümü qurumuş palıd ağacından sallanan bir yarpaq kimi hiss edirəm. Tutunacaq kimsəm, kiçicik arxam belə yoxdur. Ayrılıq adı ilə əsən zəif külək qarşısında aciz qalmış vücudumun titrəməsi sıxır məni. Sənin üçün ikimiz üçün nələr ümid etməmişdim?! Əlçatmaz arzulara belə səninlə olduğum anlarda ümidlə bağlanırdım. Əllərinin istisi, gözlərinin yorğunluğu mənə o qədər doğma idi ki, səndən ayrıldığım zamanda özümü kimsəsiz, yetim uşaq kimi hiss edirdim. Sənsiz bu dünya mənim üçün sanki məzardır. Bir günün yalnızlığından sıxılar, bezərdim. Sabahı tez açmaq üçün özümü aldadar vaxtın tez keçməsi üçün saatımı bir dala, bir qabağa çəkərdim. Misralarını belə bilmədiyim mahnılar mızıldanardım. Əbədilik yetim qoydun məni. Hər yerdə səni axtarıram. Sənin əvəzinə boş ümidlər qoluma girib şəhəri mənimlə birlikdə fırlanır. Gəzdiyimiz yerlərdən keçirəm. Sənli sənsiz xatirələr vardır hər yerdə. Qar altından baş qaldıran bənövşə kimi vaxtsız vidasız çıxırlar qarşıma. Budur hər zaman əyləşdiyimiz boş skameyka. Yadındadırmı adını adımın yanına yazmışdım o gün. Yoxdur. Silinibdir mənim adım. Sevinirəm. Balaca bir taxtadan adımı silməyə gücün çatıb. Bəs ürəyimdən? Ürəyimdən kim siləcək sənin adını. Baxışınla, gülüşünlə, küsüşün ilə, öpüşünlə ürəyimin ən dərin qatlarına cızmadan, sadəlik və mehribanlıq libasında yazmış olduğun adını kim siləcək? Sən bilib sənə bənzər çox insanların əlindən tutmuşam. Çoxunun dalınca qaçıb adını çağırmağıma peşman olmuşam. Gözüm uzanan yollarda qalıb. Nə üçün belə oldu? Günahım nə idi? 
Özümü müttəhimlər kürsünə oturduram.
Günahım – Sevmək
Şahidim – Sevgim, iztirablarım
Hakim – Sən
Cəzam – Yenə də səni sevmək. Ölənə kimi. Səni sevəcəyəm sən sevməsən də. Nəfəsim adını hecalayacaq həmişə.


Bir sevgi nağılı bitdi beləcə
Yaşamaqmı gözəl ölməkmi səncə
Gözlərəm yolunu geri dönəndə
Gizlin döy qapımı “ey vəfasızım” 

alt
alt
alt
Nə etmək qismətim beləymiş gülüm
Fərq etməz mən artıq yaşayım ölüm
Təki sən xoşbəxt ol o gün
Mən ağlasam da olar “ey vəfasızım” 

alt
alt
alt
Canına can dedim canımı verdim
Canını canımdan daha çox sevdim
Bu yazıq canıma bax nələr etdin 
Bumu əhdin sənin “ey vəfasızım” 

alt
alt
alt
Cavanlıq səhvimi desək biz buna 
Lənət o fələyə saldı toruna
İndi sən yoluna mən öz yoluma
Görüşərik bir gün “ey vəfasızım”


Məni unuda bilməyəcəksən. Yanında, baş ucunda olacağam həmişə. Kim bilir həzin musiqilərin sətirlərində, gözünü zilləyib xəyallara daldığın kiçicik bir nöqtədə, bəlkə də “sevirəm” deyərək özünü aldatdığın insanın göz bəbəklərində tapacaqsan məni…


BalaM

Şərhlər:

  1. taliya dedi ki:

    Cavanlıq səhvimi desək biz buna
    Lənət o fələyə saldı toruna
    İndi sən yoluna mən цz yoluma
    Gцrьşərik bir gьn "ey vəfasızım"

    ehhhhhhhhhhhh tesekkur Gunka

  2. ceka dedi ki:

    Tesekkurler, seri cooox beyendim!

  3. VERY_SHY dedi ki:

    Cəzam – Yenə də səni sevmək. Цlənə kimi. Səni sevəcəyəm sən sevməsən də. Nəfəsim adını hecalayacaq həmişə.

  4. Fidaska dedi ki:

    cox super cox xosuma geldi ozun yazmisan?

  5. Single Girl dedi ki:

    Məni unuda bilməyəcəksən. Yanında, baş ucunda olacağam həmişə. Kim bilir həzin musiqilərin sətirlərində, gцzьnь zilləyib xəyallara daldığın kiзicik bir nцqtədə, bəlkə də "sevirəm" deyərək цzьnь aldatdığın insanın gцz bəbəklərində tapacaqsan məni…

    gunayyyyyyyy superrrrrrrrrrrrr

  6. merry-girl dedi ki:

    cox sag ol canim twk

  7. DaviDoFF dedi ki:

    palatkaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa =)

  8. _Cinbala_ dedi ki:

    Sebrsiz Aytac hamisini oxudu…dordan gozlerim dolduye…eladi cox beyendim…cox sagol Gunka sorry


    Canına can dedim canımı verdim
    Canını canımdan daha зox sevdim
    Bu yazıq canıma bax nələr etdin
    Bumu əhdin sənin "ey vəfasızım"

    Cavanlıq səhvimi desək biz buna
    Lənət o fələyə saldı toruna
    İndi sən yoluna mən цz yoluma
    Gцrьşərik bir gьn "ey vəfasızım"

  9. meleyim dedi ki:

    adim ki adinla qosadi senin
    bilmezdim ureyin dasdandi senin
    heleki umudler yasadir meni
    tenhaliq qelbimi sixanda qayit

  10. Cici_Girl dedi ki:

    Tesekkurler, seri cooox beyendim!

    Huzunlu esq hekayesini de…

  11. Miss_Azericka dedi ki:

    cox sagol sirinim ((((

  12. BalaM dedi ki:

    Dj ExTrEmE,
    New_Moon,
    tshk give_rose

  13. New_Moon dedi ki:

    Canına can dedim canımı verdim cry
    Cox SAgol Super Weirdi

  14. Dj ExTrEmE dedi ki:

    cox sagol canim

    opucuk

  15. Rizvan dedi ki:

    cox gozel s\'er daha gozel 🙂

  16. BalaM dedi ki:
    coooox sagolun=) give_rose
  17. Бакинка dedi ki:

    saooll djan ellerine saqlik ela give_rose

  18. Nezaretci dedi ki:

    tesekkurler

  19. Admin dedi ki:

    Spasibo avtoru…