İman Gətirən İnsanın Həyatının Hər Anı Gözəl Keçir   


alt
Həqiqət budur ki, qəti və güclü şəkildə iman gətirən bir insan həyatı iman gətirməyən insanlardan çox fərqli qavrayır və yaşayır. Hər an xoşbəxt və şən olmaları, heç bir şeyə görə kədərlənməmələri, heç cür ümidsizliyə düşməmələri, heç bir səbəblə əhvallarının pozulmaması, mənfi görünən şeylər başlarına gəldikdə belə son dərəcə rahat və sakit olmaları iman gətirənlər və iman gətirməyənlər arasındakı fərqi vurğulayan ən aşkar xüsusiyyətlərdəndir.
Bəzi insanlar Allahın əmr və tövsiyyələrinə əsasən yaşadıqda bədbəxt olacaqlarını hesab edərək dindən uzaq qalırlar. Əslində isə məhz din əxlaqından uzaq qalaraq bədbəxt olurlar. Bədbəxtliklrəinin səbəblərini də heç cür anlaya bilmir, süni üsullarla bunun qarşısını almağa çalışırlar. Ancaq nə etsələrdə, əsl mənada xoşbəxt ola bilməzlər. Əsl xoşbəxtlik ancaq Allaha yönəlməklə mümkündür. Allah bir ayəsində bu vəziyyəti belə ifadə edir:
… dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir). (Rad surəsi, 26) 
İman gətirən insanlar isə hər an xoşbəxt və şəndirlər. Xoşbəxt olmaq, sevinmək üçün xüsusi səbəb axtarmağa ehtiyac duymurlar, onlar onsuz da iman gətirməyin, Allahın varlığının dəlillərini hər yerdə görməyin və Allahın cənnət vədini sevinclə gözləməyin daimi sevinci içərisindədirlər. İman gətirməyən insanlar da iman gətirənlərin hər an xoşbəxt, şən, təvəkküllü vəziyyətlərinə təəccüblənir, bunun ardındakı səbəbi heç cür anlaya bilmirlər. Xüsusilə də müsəlmanların başlarına gələn hər çətinliyə xeyir gözü ilə baxmalarını heyrətlə qarşılayırlar. Özlərinin çox dərhal kədərləndikləri, ümidsizliyə qapıldıqları bir hadisə qarşısında müsəlmanların kədərlənməmələri, hər zaman müsbət yönlü, səbirli, təvazökar davranmaları, nə baş versə də, hadisələrdə daima xeyir, hikmət görmələri, həyatları boyu tez-tez çətinliklərlə qarşılaşmalarına baxmayaraq rahat və sakit olmaları onları çox təəccübləndirir. Belə ki, möminlər başqalarının heç cür dözməyəcəyi qədər cürbəcür çətinliklərlə qarşılaşırlar. Məsələn, qınanırlar, tənqid edilirlər, ələ salma, iftira kimi müxtəlif psixoloji təzyiqlərə məruz qalırlar. Tarix boyu inkar edənlərin müxtəlif təzyiqlərinə məruz qalan, hətta ölümlə hədələnən peyğəmbərlər və saleh möminlərin vəziyyəti buna açıq bir nümunədir. Qarşılaşdıqları çətinliklər peyğəmbərlərin Allah yolunda daha da şövqlə mübarizə aparmalarına vəsilə olmuşdur. Ona görə, qarşılaşdıqları çətinliklər peyğəmbərlərin ardınca gedən möminlərin də sevincini artırır, onlar da imanın sevincini əzab və çətinliyin içində daha qüvvətli şəkildə yaşayırlar. Hər şeyin Allah tərəfindən olduğunu bilir, Allahın yaratdığı qədərə tam təslim olurlar. Bu iman Allahın Quranda təriflədiyi, vacib olduğunu vurğuladığı iman şəklidir. Allah bir ayəsində belə buyurur:
Neçə-neçə peyğəmbər bir yığın Allahpərəstlə (Allah adamı ilə) birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər! (Ali-İmran surəsi, 146)

Agarta

Şərhlər:

  1. Single Girl dedi ki:

    dogurdanda Beledi Her ani Allahla olan insanin Dilinden ALlah kelmesi duwmeyen insani Allahda Mukafatlandirir! Cox saqolun bele gozel xebere gore…

  2. Dj ExTrEmE dedi ki:

    cox sagol)

  3. New_Moon dedi ki:

    İman Gətirən İnsanın Həyatının Hər Anı Gцzəl Keзir
    Allah Razi Olsun Cox SAgol

  4. taliya dedi ki:

    TEЬEKKUR ALLAH RAZİ OLSUN

  5. Cici_Girl dedi ki:

    Allah yaninda saleh bendelerden olaq insallah!!!

  6. Jasmin Azeri dedi ki:

    ALLAH razi olsun! twk

  7. BadBoy dedi ki:

    ALLAH RAZI OLSUN

  8. BalaM dedi ki:
    Cox sagol Allah razi olsun
  9. _Cinbala_ dedi ki:

    Allah razi olsun!

  10. VERY_SHY dedi ki:

    Single Girl,
    qatiliyam canim.coxsago xebere gore

  11. BuBLiK dedi ki:

    ALLAH razi olsun sennen!!

    Single Girl,
    nea men razi deylem….=(

  12. Single Girl dedi ki:

    BuBLiK,
    Her sheyin gec tezi vare ureyim sebr ele=)
    VERY_SHY,
    opucuk

  13. Бакинка dedi ki:

    Sebr Sebr Sebr Sebr SEbr >>> HEr Weyin Acari zamanin Acari MEhz Sebrdi .. HEeleki Dozuruk INsallah Allah BiZE HEr Weye DOzECEyimiZ QeDEr Sebr VereR=( AMinnnnn

  14. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIK.MARAQLIDIR

  15. merry-girl dedi ki:

    duzdu QURBAN OLUM ALLAHA

  16. meleyim dedi ki:

    dogurdan da allah sebr edenleri sevir

  17. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  18. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…