BƏHAİ DUASI …

alt

O tərif ki, Sənin ən uca Zatından doğdu və o nur ki, Sənin ən nutlu Camalından parladı, Sənin üzərinə olsun, Sən Ey Əzəmət Məzhəri və Əbədiyyət Sultanı və göydə və yerdə olanların Rəbbi. 

Mən şəhadət verirəm ki, Sənin vasitənlə Allahın səltənəti və Onun Hökmranlığı, Allahın Böyüklüyü və Onun Əzəməti aşkar oldu və qədim cəlalın Günəşi öz şüalarını Sənin dəyişməz əmrinin səmasına saçdı, və Gözəgörünməzin Camalı xilqətin üfüqündə parladı.
Daha sonar şəhadət verirəm ki, Sənin Qələminin tək bir hətəkəti ilə Sənin “Ol” əmrin yerinə yetdi və Allahın gizli Sirri açıldı və bütün varıqlar yaranmağa başladı, və bütün Vəhylər nazil oldu.

Bundan əlavə, şəhadət verirəm ki, Sənin camlınlA Pərəstiş Olunanın camalı göründü, və Sənin üzünlə Məqsudun üzü parladı, və ona şəhadət verirəm ki, Sənin tərəfindən gələn bir kəlmə ilə Sən bütün məxluqat arasında qərar verirsən, Sənə sədaqətli olanları şərəg zirvəsinə ucaldırsan, inanmayanları isə uçurumun dibinə salırsan.

Mən şəhadət verirəm ki, hər kəs ki, Səni tanıdı, o, Allahı tanıdı və hər kəs ki, Sənin hüzuruna yetişdi, Allahın hüzuruna yetişdi. 
Ona görə də, xoş o kəsin halına ki, Sənə və Sənin əlamətlərinə iman gətirdi, və Sənin hökmranlığına baş əydi, Səninlə görüşmək şərəfinə nail oldu, Sənin razılığın əldə etdi, Sənin dövrənə dolandı və Sənin taxtının önündə dayandı. Vay o kəsin halına ki, Sənə qarşı günah etdi, Səni dandı, Sənin əlamətlərini inkar etdi, Səni hökmranlığına qarşı çıxdı, Sənin əleyhinə qalxdı və Sənin üzünün qarşısıda lovğalandı, Sənin dəlillərinlə mübahisə etdi və Sənin hökmranlığından və qüdrətindən qaçdı, və Sənin əmr barmaqlarınla Sənin Müqəddəs Lövhlərində inanmayanlar sırasına yazıldı.

Onda, Ey mənim Allahım və mənim Məhbubum, Öz mərhəmətinin və inayətinin sağ əlindən Öz lütfünün müqəddəs nəsimini mənim üstümə əsdir ki, onlar məni öz nəfəsindən və bu dünyadan ayırıb Sənin yaxınlıq dərgahına və Sənin Hüzuruna cəzb etsin. Sən istədiyini etməyə Qadirsən. 
Sən, həqiqətən, hər şeyn üzərində hakimsən.

Allahın zikri və Onun tərifi, Allaın Cəlalı və Onun nuru Sənin üzərinə olsun, Sən Ey Allaın Camalı! Mən şəhadət verirəm ki, məxluqatın gözü Sənin kimi Məzlum görməyib.
Sən bütün ömrün boyu bəlalar dəryasında qərq olmusan.
Bir zaman Sən zəncir və qandal altında idin; başqa bir vaxt düşmənlərinin qılıncları Səni təhdid edirdi. 
Bununla bele, Alim və Hikmətli Allahın Sənə buyurduqlarını bütün insanlara çatdırdın ki, onlara əməl etsinlər.
Ruhum Sənin çəkdiyin əzablara fəda olsun və canım Sənin məruz qaldığın bəlaların qurbanı olsun. 
Səninlə və Sənin üzünün nuru ilə üzləri işıqlanan və Sənə məhəbbət naminə onlara əmr olunanları yerinə yetirən kəslərlə Allaha and verirəm ki, Səninlə Sənin yaratdıqların arasında maneçilik törədən pərdələri aradan qaldırsın və mənə bu dünyanın və o birisi dünyanın nemətini versin.
Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Ən Şərəfli, həmişə Bağışlayan və Ən Şəfqətliisən.
Ey mənim Rəbbim Allah!, İlahi Ağaca, onun yarpaqlarına, budaqlarına, pöhrələrinə, onun gövdələrinə və onun qol-budaqlarına, Sənin ən yüksək adların durduqca və Sənin ən uca sifətlərin davam etdikcə xeyir-dua ver.
Sonra onu, təcavüzkarın şərindən və zülmün qoşunlarından hifiz eylə. Sən, həqiqətən, Qüvvətli və Ən Qüdrətlisən.
Ey mənim Rəbbim Allah, Sənin hüzuruna yetişən bəndələrinə və kənizlərinə də xeyir-dua ver. 
Sən, həqiqətən, Kəramət Sahibisən ki, fəzli sonsuzdur. Səndən başqa Allah yoxdur, Sən həmişə Bağışlayan və Ən Səxavətlisən.
Bəhaullah

hearts

Şərhlər:

  1. merry-girl dedi ki:

    cox sagol qurban olum Yaradana

  2. hisham dedi ki:

    AY CAMAAT EVVELCE OXUYUN SONRA SHERH YAZIN!!! BU DUA BEHAULLAH ADLI BIR INSANA YONELIB,IKINCI HISSEDE LAP AYDIN GORUNUR.BEHAI DINININ MENSUBLARI BEHAULLAHI DA ALLAH BILIRLER,BU DIN 19-CU ESRDE RUS KESHFIYYATI TEREFINDEN IRANDA YARADILIB.GUNAHDIR BU CUR SHEYLERI YAYMAQ… ALLAHDAN BASHQA ALLAH YOXDUR!!!

    duada yazilir ki Allah zindandadir:) qollarinda da qandal:)

  3. ceka dedi ki:

    Maragli ve deyerli movzuya gore tewekkur edirem

  4. nura22 dedi ki:

    COX SAGOLUN.YAZAN ELLERINIZ VAR OLSUN

  5. New_Moon dedi ki:

    Cox SAgol Dostik Ellerine Sagliq Allah Hamidan Razi Olsun opucuk

  6. meleyim dedi ki:

    cox sag ol.gozel duadi

  7. taliya dedi ki:

    ALLAH RAZİ OLSUN

  8. hearts dedi ki:

    merry-girl
    Single Girl
    BuBLiK
    VERY_SHY
    Бакинка
    …::EMERALD::…
    UNDERCOVER
    BalaM
    Dj ExTrEmE
    rey yazan elleriniz var olsun

  9. Dj ExTrEmE dedi ki:

    Cox sagol)

  10. BalaM dedi ki:
    Sagol Djan islam xeberi ucun,Allah razi olsun
  11. _Cinbala_ dedi ki:

    Allah razi olsun give_rose

  12. UNDERCOVER dedi ki:

    4ox saol xebere gore.ALLAH razi olsun

  13. ...::EMERALD::... dedi ki:

    COX SAG OL MARAQLIDIR

  14. Бакинка dedi ki:

    ALLLAH razi olsun gulum snden

  15. VERY_SHY dedi ki:

    Coxsagol canim,oxudum

  16. BuBLiK dedi ki:

    cox sagol ALLAh razi olsun…

  17. Single Girl dedi ki:

    Cox saqol bacish YAzan Ellerine Saglik Allah RAzi olsun!

  18. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…