“O”

“O”
"O"


Hamı kimi deyil. Nəsə qəribədir. Gözlərini yumub, qoxusunu içinə çəkəçəyin bir ətiri var, dodaqlarını azacıq sola meyl etdirən gözəl gülüşü, həyata fərqli baxışları var. Gözəl gözləri olsa da baxışlarını ancaq qəfil yaxalamaq olar. Gah yerə, gah sağa, gah da sola baxacaq. Gözlərinə bir neçə an baxa bilərsən. Onlar səni utandıracaq.

"O"


Hamı kimi deyil, sonsuz inamı var özünə. Səni heç vaxt saxlamayacam deyir. Hara getsən də qayıdacaqsan, mənə baxdığın kimi, mənə toxunduğun kimi, mənim olduğun kimi hec kimin olmayacaqsan deyir. Həmişə bir olacağıq deyir. Mənim kimiləri olmur, sənin kimiləri isə itirilmir deyir

"O"


Hamı kimi deyil. Romantikdir. Hər anı qeyd edirmiş kimi xatırlayar, ürəyimə yol tapacaq mesajlar yazar, gecələr mənə özü kimi şirin yuxular diləyib, səhər tezdən öz zəngi ilə yuxudan oyadar. Bəzən hirsləndirər, qısqandırar, uzun uzadı özünü müdafiyə edər, məni hər şeyə peşman edər. Hər şey bitsin demək istədiyin an bir smaylla məni məndən alar.

"O"


Hamı kimi deyil, bizi birləşdirən bir şeylər var. Bu nə sevgi, nə ehtiras, nə borcluluq, nə də üzük deyil. Bizi birləşdirən bir-birimizə bəxş etdiyimiz xəyallarımız və bəxş edə biləcəyimiz arzularımız var. Bizi bu qədər ayrılıqdan sonra birləşdirən bir şeylər var.

"O"


O hamı kimi deyil. Daim yanımda olmasını istədiyim, qollarımda sığınıb yatdığını, səhərlər bəzənməmiş, yuxulu gözləriylə üzümə baxıb gülümsədiyi an, onun bu dünyada ən gözəl qadın olduğunu düşünmək istədiyim, hər kəs məndən üz döndərsə belə onun mənlə qalacağını bildiyimdir. O hamı kimi deyil, o mənimdir.

balaca

Şərhlər:

  1. R_E_N_A dedi ki:

    ela cox sagolun

  2. Miss_Azericka dedi ki:
    Cox SAgol
  3. _Aynur_ dedi ki:

    Tewekkurler xebere gore….

  4. VERY_SHY dedi ki:

    Single Girl,
    ay sagoleeee.Artig hissdi

  5. ...::EMERALD::... dedi ki:

    EELA THANKS

  6. BuBLiK dedi ki:

    O, hamı kimi deyil – O Mənimdir.


    menimdiiiiiiiiiiiiiiiii utan
    cox sagol balaca=)superdi…

  7. Single Girl dedi ki:

    Kawki Menimde bele eminlikle deyeceyim O menimdir mene aiddir sozleri iwledeceyim biri olsaydi heyatimda Amma inaniramki bundan daha xowbext olmazdim Cox saqol balaca dostik =)utanSevgi artiq hissdir heyatda

  8. merry-girl dedi ki:

    cox sag olun oxudum

  9. Dj ExTrEmE dedi ki:

    cox sagol eladu

  10. taliya dedi ki:

    sekiller vabsi eladi twk

  11. Jelannaya_013 dedi ki:

    supeeeeeeer ellerine saglix..

  12. meleyim dedi ki:

    saytlardan kopiya edib xeber qoyursuz bura dash

  13. VERY_SHY dedi ki:

    O deye biri yoxdu artig… yahoo yahoo