Dinlə “qanadsızım” dinlə..!

Dinlə "qanadsızım" dinlə..!

Yoxluğun qiyamət əlamətim…

Sonsuzluq dünyasında hücrə həbsi yaşamaqdır sənsizlik…

Bir gəlsən… Bir görsəm… Bir gülsən…

Sonra yenə get istəsən…

Sən baxıb baxıb fikrə getdikcə qaranlıq üfüqlərə

xəyalların yarım mənliyin əskik qaldığı an röyalarım dəstəyin olsun deyə ürəyinə

qaranlığa hədiyyə edərəm sənli röyalarımı.

Bir ulduza ilişdirərəm ömürümü…

Sən özünü kimsəsiz hiss etdiyin və göyə baxıb

Allah’ la danışmağa başladığında düşən ulduzun quyruğunda görərsən məni…

Ürəyinin xoşbəxtliyinə həsr etmişəm mənliyimi yar…

İbadət saymışam səni sevməyi…

İndi varlığındır ehtiyacım olan.

Artıq hiss etmək bəs etmir canıma.

Birə-bir varlığın olmalı yanımda…

Baxışlarımız toqquşmalı uzun uzun.

Nəfəslər bir-birinə qarışmalı.

Səni hiss etməkdən çox yaşamalıyam artıq…

Səni yaşamalıyam…!

Hər gecə gözlərimi bağladıqdan sonra yaddaşımda qalan son görünüş gözlərin olmalı…

Və hər yeni günə başlarkən gözlərimi açdığımda ilk səni görməliyəm…

Bir qarış yaxınımda olmalı üzün nəfəsin üzümə vurmalı…

Sənsizlik cinnətim olar yar..!

Dinlə “qanadsızım” dinlə..!

Aç ürəyini aç gözünü…

Qorxusuzca ver əlini tərəddüdsüz yaz sol yanına məni.

Xoşbəxtliyimizə kölgə salana qarabasan kimi çökməzsəm əgər…

Gözündə bir tək damla yaşa səbəb olana qəhər olmazsam əgər…

Bu canı sənə xərcləməzsəm əgər…

Və əgər son nəfəsə qədər sənə səni nə qədər sevdiyimi

hiss etdirə bilmədiyim bir günüm belə keçsə ömür dəftərimdə…

Bir gün belə bu sətirlər şahidlikdən imtina etsə sevdama…

Bu bədəni torpaq qəbul etməsin…!

İtlərə yem olsun soyuq cəsədim…

Bir andsan müqəddəsimdə canımsan…

Tək andsan…

Yalnız sənə məcburum sənə möhtac…

Tək şahid Allahım.

Cəhənnəm kimi ürəklə cənnətlik bir eşqlə sevilirsən…

Möhürümsən!…

BadBoy

Şərhlər:

  1. Single Girl dedi ki:
    geweng xeber idi ALlah sevdiyine qovuwdursun seni Ilham
  2. Miss_Azericka dedi ki:

    give_rose cox sagol

  3. Askim dedi ki:

    [b]Yoxluğun qiyamət əlamətim…
    Sonsuzluq dünyasında hücrə həbsi yaşamaqdır sənsizlik…

  4. New_Moon dedi ki:

    Yalnız sənə məcburum sənə mцhtac…
    Tək şahid Allahım.
    Cəhənnəm kimi ьrəklə cənnətlik bir eşqlə sevilirsən…
    Mцhьrьmsən!… twk

  5. hearts dedi ki:

    Ьrəyinin xoşbəxtliyinə həsr etmişəm mənliyimi yar…
    İbadət saymışam səni sevməyi…

    twk

  6. melek=) dedi ki:

    superdi cox saqol applause

  7. BuBLiK dedi ki:

    uffff da cox howuma geldi….=(((
    coxxxx sagol Ilhamchik=)

  8. BadBoy dedi ki:

    Reylere Gore sps

  9. merry-girl dedi ki:

    BEYENDIM TWk

  10. VERY_SHY dedi ki:

    Coxsagol oxudum

  11. _Cinbala_ dedi ki:

    Cox sagol badboyumuz twk

  12. meleyim dedi ki:

    esq ureyimizin en medeniyyetsiz qonagidi.gelerken salam demez gedende sag ol

  13. Dj ExTrEmE dedi ki:

    cox sagol)

  14. DaRk_AnGeL dedi ki:
    Cox sagol qeweng xeberdi
  15. taliya dedi ki:

    TESEKKUR SUPER

  16. ::HappilY:: dedi ki:

    cox sagol yaxsidi