Hər şey keçmişdəki kimi…

…30.04.11…22:00…

Sabah ad günümdür…yaşımın üstünə yaş gəlməsinə 2 saat var.Bu iki saatı səbrsizliklə gözləməkdənsə,yatmağı seçdim…



KE199;M304;350;D399;K304; K304;M304;...

Səhər açıldı və bu günün digər günlərdən bir xüsusiliyi yox idi.Bəli , bir xüsusiliyi yox idi,səni gördüyüm ana kimi.Yenə səssiz küçələrin birində gəzirdim…gözümə köhnə bir konserv qutusu sataşdi və mən azyaşlı uşaq kimi oynuyurdum o qutuyla sanki…Onu səkinin bir tərəfindən o biri tərəfinə ataraq başımı qatırdım.



Sanki bu sıxıcı günü yola verməyə bir bəhanə artarırdım və bu qutu da yeganə çıxış yolum idi.Sənə rast gələnədək…



“Hələdə bu vərdişini tərgitməmisən?!” – səsin gəldi qulağıma.İlk olaraq yəqin mənə belə gəlir,başımı qaldırıb görmüyəcəyəm səni düşüncəsi gəldi ağlıma, amma yenədə həmişəki kimi ürəyim qalib gəldi və mən baxanda o şirin simanı gördüm…gözlərimə inanmazdım amma bu sən idin.



KE199;M304;350;D399;K304; K304;M304;...

Heçnə olmamış kimi qucaqladın,öpdün məni.İnan ki həyatımda belə surpriz görməmişdim.Ürəyimin döyüntüsü səsini eşitməyə mane olurdu, amma onu da başa düşmək lazımdı,axı həyəcanlıdı…



Mənə dəyişmisən dedin,gülüşün,baxışın dəyişib dedin.Amma sən heç dəyişməmişdin,əvvəlki “həyatım” idin.Əvvəlki baxış, şirin gülüş və əvvəlki öpüş. Yenədə inanmadım gerçəkliyinə bu anın, bəlkə “sır kapısıdı?” dedim.Amma inanmamaq da olmurdu.Əgər yalan olsaydın,xülya olsaydın çoxdan yoxa çıxmışdın.Amma sən hələdə mənimlə idin…Əlindən bərk-bərk tutmuşdum ki çıxıb getmə şansın olmasın.Xoşbəxtlikdən zaman da dayanmışdı sanki…



Sanki bu bir videolent, “kinofilm” idi və kimsə onu yavaşladırdı.Çox qəribədir, amma sən geri döndün.Unutduğunu, vəfasız olduğunu düşündüyüm sevgilim döndü.Çox xoşbəxtəm inan ki, bu hissləri ifadə edəcək bir söz yoxdu məncə.


KE199;M304;350;D399;K304; K304;M304;...



Bütün günümü səninlə keçirdim…



KEÇMİŞ GÜNLƏRDƏKİ KİMİ…



Metroya mindik, insanla dolu vaqonda mənə elə gəlirdi ki, bir sən idin, birdə mən…



KEÇMİŞ GÜNLƏRDƏKİ KİMİ…



Yenə guya qulağına söz demək məqsədi ilə daha da yaxınlaşıb sənə yanağından öpürdüm…



KEÇMİŞ GÜNLƏRDƏKİ KİMİ…



Artıq axşam olmuşdu və səni evinə yola salmaq vaxtı idi.



Keçmişdəki kimi yenə sağollaşdığımız yerə gəldik.Öpüb, qucaqladın məni, mənsə şüphələndim bir az və sanki keçmişdəki kimi bunun son görüş olduğunu düşünüb dəlicəsinə qucaqlayıb öpdüm dodaqlarından…dönüb getdin…amma mən gözümü çəkmədim səndən…son gedişin olduğundan şüphələnirdim çünki,gözləyirdim,görəsən keçmişdəki kimi geriyə qayıdıb qucaqlayacaqsan məni,yoxsa son gedişində olduğu kimi arxana baxmadan gedəcəksən…


KE199;M304;350;D399;K304; K304;M304;...

Getdin…mənsə qanadı qırılmış quş kimi geriyə…evimə qayıtmağa başladım.Artıq şüphəm qalmamışdı bu son gedişin idi..Yox, yanılmışdım, ümidlərim üzülərək qəmlənib yoluma davam edərkən bir əl toxundu mənə, baxdım bu sən idin.Qucaqladın məni və “ömrüm” sabah görüşmək ümidiylə dedin…KEÇMİŞDEKİ KİMİ…



Sevincimdən eve necə qayıtdığımı bilmirəm, amma bir də baxdım ki evdəyəm, qapını açıb içəri daxil oldum, qonaqlarla görüşmədən otağıma qaçdım və gizlətdiyim şəkilini çıxarıb masamın üstünə qoydum…KECMİŞDƏKİ KİMİ…



Axı artıq sən qayıtmışdın.Bu an telefonumun səsi eşidildi, sevindim…düşündüm ki sənsən və “alo” deyən kimi “nə tez unuduldum?bir sms yazmaq bu qədər çətindi ömrüm?!” deyəcəksən.Telefonu əlimə götürdükdə zəngin səsi gəlsə də kimin zəng etdiyi görşənmirdi.Get-gedə səs yüksəlirdi.Qulağımı cingildədən bu səs telefonumdan gəlmirdisə,bəs hardan gəlirdi…!


KE199;M304;350;D399;K304; K304;M304;...

Telefonumdan gəlirmiş…30.04.11 saat 23:58…

Zəng edənsə sən deyildin…KEÇMİŞDƏKİ KİMİ…



Yaxın dostum idi,ad günümü ilk o təbrik etmək istəyibmiş.Mənimsə ən gözəl ad günüm və ən gözəl hədiyyəm cəmi 2 saatlıq bir yuxuymuş…görəsən mən nə vaxtsa xoşbəxt olacam…?!



KEÇMİŞDƏKİ KİMİ…

BadBoy

Şərhlər:

  1. Fidashka dedi ki:

    Supeeeeeeeeeeerrrrr utancaq

    twk

  2. Askim dedi ki:

    Getdin…mənsə qanadı qırılmış quş kimi geriyə…evimə qayıtmağa başladım.Artıq şьphəm qalmamışdı bu son gedişin idi..

  3. merry-girl dedi ki:

    BadBoy ne ujeli senin ureyinden bele sozler kecib ,sen axi BadBoysan

  4. BadBoy dedi ki:

    Sitat: merry-girl
    BadBoy ne ujeli senin ureyinden bele sozler kecib ,sen axi BadBoysan

    OzUm BadBoy-da OLSAM AMA DAXILIM ELE DOYUL=)

  5. BuBLiK dedi ki:

    Yaxın dostum idi,ad gьnьmь ilk o təbrik etmək istəyibmiş.Mənimsə ən gцzəl ad gьnьm və ən gцzəl hədiyyəm cəmi 2 saatlıq bir yuxuymuş…gцrəsən mən nə vaxtsa xoşbəxt olacam…?!


    ay da gozlerim doldu=(((((((((((( cry ne pis oldum=((ufffffffff…=((saol Ilham cox tesir eladi=((sendaki hemwa bela hebyar atisan=((pisssss…sayta gelannen senin sevgin bir yol uste gelmir de…

    ancag yuhularda seninla ola bileram=((ayildigca yoxsan=((((((((((((((((((((((((( cry
  6. New_Moon dedi ki:

    gцrəsən mən nə vaxtsa xoşbəxt olacam…?!

    cry ……….KEЗMİŞDƏKİ KİMİ……… cry
    Tesir Edici Xeberdi Cox SAgol Brat

  7. Single Girl dedi ki:

    Əvvəlki baxış, şirin gьlьş və əvvəlki цpьş

    crycryayda axiracan oxudum=(((((((((((((((((((((dogurdanda heyat cox qeribedi kimi daha cox sevirikse hemiwe birinci onu alir elimizden=(((((((((((

  8. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIQ/SUPER

  9. dangerous_angel dedi ki:

    superdi oxumuwdum)

  10. VERY_SHY dedi ki:

    coox xwuma geldi,oxudum coxsagol

  11. meleyim dedi ki:

    eh lap yarali yerime toxundu

  12. ceka dedi ki:

    maraqlidi sagol xebere gore

  13. fanya_ya dedi ki:

    Geweng xeber idi. Thanks applause .

  14. BadBoy dedi ki:

    REYLERE GORE SPS =) BEYENDIZSE SEVINDIM

  15. Weak_life dedi ki:

    Ela sag ol Ilham

  16. Бакинка dedi ki:

    Ilham teki xowbext olasan kecmiwdeki kimi!! Amin … tesirlii idi ellerine saglik…Qismet Allahdan……

  17. _Cinbala_ dedi ki:

    Ayda demek bu yuxu imis exx oxuduqca o sexs kimi emnde sevindimki qayidibmis…ama yuxuymus…ela idi sebrsiz Ayka bunu oxudu xosum geldi…. cry

  18. Imperator dedi ki:

    COX TESIRLI IDI bu yuxu imis dry

  19. R_E_N_A dedi ki:

    ayda mende sevinmiwdim ki bariwiblar ne pis oldu axiri. Ama eeela idi cox sagol

  20. DaRk_AnGeL dedi ki:

    Cox sagol can xebere gore superdi))))

  21. Miss_Azericka dedi ki:

    cox sagol elaaaaaaaaaaaa

  22. BadBoy dedi ki:

    =(( Exxxxx o MenImdi Ne De OLSAN-=(

  23. ZakonLubvi dedi ki:

    oyy romantik boy darixmiwdim senin bu romantik temalarin ucun cok sag ol,hemiweki kimi superdi twk

  24. BadBoy dedi ki:

    Sitat: ZakonLubvi
    oyy romantik boy darixmiwdim senin bu romantik temalarin ucun cok sag ol,hemiweki kimi superdi

    =) Can UrEYKam=) Dayixma

  25. taliya dedi ki:

    tesekkur cox romantikkkkkkkkk

  26. Sweet HOSTed Girl dedi ki:

    saol