Allahı sevənlər

alt

İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allahın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allahın aciz bir qulu olduğu üçün, səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu gerçək bir Quran ayəsində belə xəbər verilir:

Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir Surəsi, 45)

Bu İlahi hökmə əsasən Allahın qullarından tələbi heç səhv etməmək, ya da heç günah işləmək deyil. Mömindən gözlənilən Allahın məmnuniyyətini axtaraq və sərhədlərinə diqqət yetirmək, işlədiyi bütün səhv və günahlar üçün Allaha yönəlmək və Onun rəhmətinə sığınmaqdır. Bundan sonra Quranda bildirildiyinə görə Allah onun nəfsinin pisliklərini aradan qaldıracaq, onu günahlarından təmizləyəcək. Çünki Allah iman edən qullarını təmizləmək istəyir. Rəbbimiz bunu bir ayədə belə xəbər verir:

… Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab Surəsi, 33)

İnsan böyük günahlar işləyə, üsyankarlıq edə, Allaha və dinə zidd olan uzun ömür yaşaya bilər. Ancaq Allah o qədər böyük rəhmət sahibidir ki, sadəcə bir səmimi tövbə ilə insanın bütün günahlarını təmizləyər. Hətta ən böyük günahları işləyən, Allaha və elçisinə qarşı çıxmış olan kafirləri və münafiqləri belə əgər səmimi qəlblə Özünə yönəlsələr bağışlayacağını və pisliklərindən təmizləyəcəyini bildirmişdir. Ayələrdə belə buyrulur:

Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən. Tövbə edənlər, (əməllərini )islah edənlər, Allahdan möh-kəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa Surəsi, 145-146)

Bu hökmlər Allahın qullarına olan sonsuz rəhmətinin təcəlliləridir. Şübhəsiz qullarını Ondan başqa şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyəcək heç kim yoxdur. Allah, mərhəmətlilərin ən mərhəmətlisidir.

alt

Imperator

Şərhlər:

  1. Gucci dedi ki:

    ne gunahsiz insan ardir nedeki dunya:((( hami isterki temiz yalansiz falansiz bir alemde yawasin ammaki……

  2. melek=) dedi ki:

    qurban olum ALLAHA

  3. Imperator dedi ki:

    Qurban olum ALLAHIMA KI bizi yaradib give_rose

  4. merry-girl dedi ki:

    Imperator,
    Qurban olum ALLAHIMA KI bizi yaradib

  5. Dj ExTrEmE dedi ki:

    Allah Razi Olsun

  6. morgan dedi ki:

    Sitat: Lubov
    Cox gozel yazmisan ellerin aqrimasin. Gunahlarima baxib qorxuram ey boyuk yaradan.Birden sen qiyametde mene deyersen bir usaqin qarsisinda gunah etekden utandin menden utanmadin.Sende utanmadim bu seni yungul saydiqinmdan deyil basqasi goren kimi rusvay edir sen gorub ortursen.Senin qapina umudle gelmisem.Sen baqislayansan mende baqislanmaqa gelmisem.


    BRAVO
    +1

  7. ESRA dedi ki:

    HALALDIIIIIIIIIIIII COXXXXXX SAG OLUN MINETDARAM

  8. taliya dedi ki:

    tesekkur ellerine sagliq

  9. ceka dedi ki:

    MARAQLI XEBERE GORE SAG OL

  10. ceka dedi ki:

    ALLAH razi olsun teskkurler

    cooox sagol tewekkur edirem cox gozal xeere gore

  11. sevgi yalandir dedi ki:

    Allah razi olsun.

  12. EQoiSTKa dedi ki:

    Allah, mərhəmətlilərin ən mərhəmətlisidir!

    angel INWALLAX BiziMde GuNaXLaRiMiz BagIwLaNar…AMiN!

  13. Miss_Azericka dedi ki:

    Allah razi olsun.

  14. _Cinbala_ dedi ki:

    Cox sagol Allah razi olsun… flower

  15. Lubov dedi ki:

    Cox gozel yazmisan ellerin aqrimasin. Gunahlarima baxib qorxuram ey boyuk yaradan.Birden sen qiyametde mene deyersen bir usaqin qarsisinda gunah etekden utandin menden utanmadin.Sende utanmadim bu seni yungul saydiqinmdan deyil basqasi goren kimi rusvay edir sen gorub ortursen.Senin qapina umudle gelmisem.Sen baqislayansan mende baqislanmaqa gelmisem.

  16. merry-girl dedi ki:

    cox sag ol xebere gore, Qurban olum Yaradana

  17. Бакинка dedi ki:

    coox saq ol dosii Allah senden razi olsun…Duzdu yaranan bu varliq doguldugu andan etibaren gunahlar edir yawadiqca cuzi de olsa etmeye davam edir ..bunun ucun olum en yaxwisidi ne qeder az iller o qeder az gunahlar… Kaw Ele bir il yawiyaq ALllahin BIze bexw etdiyi Cennetini bIZim uzumuze aciq olardi..

  18. VERY_SHY dedi ki:

    Gunahsiz insan yoxdu!oxudum coxsagol

  19. BuBLiK dedi ki:

    Her damin gunahi var…!!ALLAH hamsin gorur!!teki ALLAHIN gabaginda temiz galin!!ALLAH kecsin gunahmidan!!AMIN!!
    ALLAH razi olsun sennan…

  20. UNDERCOVER dedi ki:

    twk edirem ALLAH senden ve bizden razi olsun.Amin

  21. ...::EMERALD::... dedi ki:

    MARAQLI XEBERE GORE SAG OL

  22. meleyim dedi ki:

    tsk maraqlidi

  23. Single Girl dedi ki:

    Gunahsiz sehvsiz Insan yoxdu Her insanin boyuk ve kicik gunahlari var Hec kim deye bilmezki men sudden cixmiw ag qawigam menim gunahim yoxdu Gunahsiz Ve Sehvsiz Ancaq Yaradandir ALLAHDIR! O dogurdanda Sevilmeye Layiqdi! ALlah bewerdi ebedidi Allahi unutmaq olmaz

  24. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…