2010-cu ilin müğənnisi seçildi


alt

2010-cu ilin ən məhsuldar və reytinqli müğənnisi Röya oldu: Şou-biznes sakinləri arasında sorğu keçirib. Sorğu zamanı məlum olub ki, ilin ən çox işləyən müğənnisi, gənclərin sevimlisi hesab olunan Röya Nəcəfovadır.

Xalq artisti Faiq Ağayev: “Röya və Zamiq bu il yaman çox işləyiblər. Gənc müğənni və bəstəkar Ramal da çox işlər gördü. Aygün Kazımovanın da gözəl iki mahnısını dinlədik bu il”.

Əməkdar artist Elza Seyidcahan: “Bir çox işləyən müğənnilər oldu. Amma onların arasında ən çox çalışan məhz Elza oldu. Birdə Elzanın konsertləri maraq cəlb etdi. Mən bu il həm bəstəkar, həm də müğənni kimi işlədim. Gecə-gündüz studiyalarda oldum. Necə deyərlər, çiyinlərimdə böyük məsuliyyət daşıdım, özü də tək daşıdım. Düzdür, bir sıra tənqidlərə məruz qalsam da, bunlardan çıxdım. Düzdür, bu il ərzində Röyanın da layihələri çox oldu. Amma onun ən böyük işi ana olmağıdır”.

Müğənni Sevda Yahyayeva: “İlin ən çox işləyən müğənnisi Röyadır. Röya və Aygün Kazımova bir nömrədirlər. Yəqin ki, Aygün və Röyadan sonra da mən gəlirəm (gülür). Kişilər arasında isə Faiq Ağayev, Zamiq, Rəhim Rəhimli və Nadir Qafarzadə ən çox işləyən müğənnilərdir”.

Müğənni Xumar Qədimova: “Mən heç kimin az və ya çox işləməsini deyə bilmərəm. Yalnız özüm haqda danışa bilərəm. Mənim bu il ərzində yeni nəğmələrim çox oldu. Onların sırasında “Gəl bu gecə”, “Yağmur ağlayır” oldu ki, bu mahnılar da çox sevildilər”.

Müğənni Rüfət Axundov: “Nəinki, bu il, illər öncə belə Röya birinci olub. Bu dəqiqə şou-biznes aləmində Röya kimi çalışan, vuruşan müğənni yoxdur. O, dayanmadan konsertlər verir, hit mahnılar ifa edir. Mən ikinci belə müğənni tanımıram. Düzdür, bir çox müğənnilər də var… Amma səmimi danışmaq lazımdır, Röya bu dəqiqə nömrə birdir! Bu ilin ən tənbəl müğənnisi isə Rüfət Axundovdur. Bəlkə də bu il nələrsə etmişəm. Ancaq mən heç bir zaman ulduz olmaq istəməmişəm. Mən tək işləmişəm və azla kifayətlənən müğənnilərdənəm”.

Müğənni Aslan: “Bu ilin ən məhsuldar müğənniləri Röya və Zamiqdir. Onların “Doğma diyar” layihələri böyük iş idi. Bunlar, xalq konsertləri idi. Röya bütün rayonlarda pulsuz konsertlər verdi. Amma onu da qeyd edim ki, bu xanım pullu da çıxış etsəydi, yenə də o tamaşaçı kütləsini yığardı. Bunu hər kəs bilir. Bu ilin ən az işləyən müğənnisi isə məhz Aslandır”.

Müğənni Ayan Babakişiyeva: “İnsanların şou-biznesə marağı ölüb. Ona görə kiminsə çox işləməyini görmürəm. Onlar daha çox qalmaqal ssenariləri qurub, məhz onun üzərində işləyiblər. Əslində bu il mənim də bir çox işlərim oldu. Yeni albom, o albomun içindəki lap yeni mahnılar, saytımın təqdimatı və konsertlərim, çıxışlarım oldu. Deməzdik ki, bu il az işləmişəm. Birdə ki, hər zaman olduğu kimi Brilliant Dadaşova çox seçildi”.

alt

DaRk_AnGeL

Şərhlər:

  1. _Cinbala_ dedi ki:
    Maraqlidi ele Roya laiqdi ilin mugennisi olmaga

    twk
  2. sevgi yalandir dedi ki:

    twk twk DaRk_AnGeL,
    deymez)))))

  3. DaRk_AnGeL dedi ki:

    Cox sagolun reylerinize gore

  4. Weak_life dedi ki:

    Herbir insan sef ede biler hec kes hec kesi qinama ixtiyari yoxdu hec kes hecden pis yola dusmur.neyinse xetrine neyese gore.Royanida hec kesin qinamaga ixtiyari yoxdu.Kim ne sef edirse ozune gore edib.Roya layiqdi ilin mugennisi olmaga………….

  5. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore….

  6. Imperator dedi ki:

    Hec bilmirem lazim da deyil ilin mugennisi saqol

  7. Бакинка dedi ki:

    ROyaaa daaa sess varee eladi sesi mahnilarinin coox bir hisseesi eladii mence laiqlidi o=)

  8. DaviDoFF dedi ki:

    maraqlidi =) cox saol

  9. merry-girl dedi ki:

    royadan acigim gelir ama mahnilari eladi da olmusun

  10. BEAUTIFUL_LIFE dedi ki:

    mence xumar olmalidi axi o heyvanlara ve ruhlara konsert verir)))bu dunyada ilki edib)))))))) he bir de kertekele mahnisin unutmaq olmaz o sehnemizin kertenkelesidi)))

  11. ANGEL16 dedi ki:

    Hec birinden xosum gelmir.ROYAdan basqa.En yaxsisi ele odu.Twk.

  12. VERY_SHY dedi ki:

    Bilirdim sagol

  13. Single Girl dedi ki:

    ufff XUmardan zehlem gedir daniwanda day ele ezilib buzulurki adamin olan qalan etide sumuyunden ayrilir Royayla Zamiq ise ele layiqlidi=)

  14. Gucci dedi ki:

    a bu xumar kertenkeleyeva ve bu deliyeva elza dordanda bashdan xerebdilere Roya genc olsada cox hit olacaq mahnilari lahiyeleri var bunlar ne daniwirlar ancaq ozlerini terifleyirler ordada hecne yoxdu biri adini kertenkele qoydu biride delileer meskenin bash qehramani elan etdi bubda lahiyeleri ROYA dordanda 2010 en populyar mugennisidi ele bu ilde olacaq (men royanin fanati deilem amma olani demeyi xoshlayiram)

  15. Fidaska dedi ki:

    hmmm lap yaxsi