DUSHUNMEYE DEYER……………..

DUSHUNMEYE DEYER.................

*Təbəssüm…
O heç nə ilə alınmır,amma çox şey verir.
O anları bölüşür,amma bir ömür yadda qalır.
Heç kim onsuz keçinə biləcək qədər imkanlı deyil,amma hər bir kasıb da onunla zəngin ola bilər.
Onu almaq olmaz,onu satmaq olmaz,onu istəmək olmaz,onu oğurlamaq olmaz,onu borca götürmək olmaz.
Çünki o ancaq bağışlanandır.Könüllü.Yoxsa heç bir dəyəri olmur.

*Bacarmaq lazımdır…
yorucu kitabı örtməyi…
pis kinonu yarımçıq qoymağı…
xoşlamadığınız işdən çıxmağı…
pis adamlardan ayrılmağı…

*Kim ki fikirləşir ki,başqaları olmadan da keçinə bilər yanılır.
Kim ki fikirləşir ki başqaları onsuz keçinə bilməz ikiqat yanılır..

*Biz çox vaxt bizimçün hər şeyi etməyə hazır olanları sevmirik,bizə onunçün nəsə etməyə icazə verən insanı sevirik…

*Qorx laqeyd adamlardan-onlar nə öldürmür,nə də xəyanət etmir.Amma həyatdakı bütün xəyanətlər və ölümlər laqeyd adamların dinməz təbəssümü nəticəsində həyata keçirilir

*Xoşbəxtliyin arxasınca qaçma-o sənin daxilindədir.
Kim ki həyatdan çox şey gözləyir-çox gözləməli olacaq…

*Əgər səndən sitat gətirirlərsə,deməli artıq çox şey əldə etmisən.
Əgər sənin sitatlarını oğurlayırlarsa,deməli görkəmli adamsan.
Amma əsl şan-şöhrət başqalarının sitatını da sənin adına çıxırlarsa yaranır,deməli sən artıq dahisən

*Dostlar pulla alınmır,amma onlar çox sərfəli satılır.

*Nəyi isə arzulayırsansa amma hələ də əldə etməmisənsə,deməli kifayət qədər güclü arzulamırsan…

*Mənbəyə çatmaq üçün axına qarşı üzməli olursan.

*Bəzən səni eşitsinlər deyə susmalı olursan,bu daha faydalı olur.

*O zaman ki,sənə “düzünü de xahiş edirəm” deyə müraciət edirlər,bütün qəlbinlə başa düşürsən ki yenə yalanlar uydurmalı olacaqsan…

*Fikirlərinizə sahib olun,onlar hərəkətlərinizin başlanğıcıdır.

*Zaman böyük müəllimdir,heyif ki tələbələrinin ölümünə səbəb olur.

*Ali təhsildən başqa insanda həm də orta da olsa düşünmə qabiliyyəti olmalıdır.

*Məşhurluq-dəstəyi olmayan çemodana bənzəyir-daşimaq ağırdır,atmağa isə heyfin gəlir.

*Cəsarət qorxunun yoxluğu deyil.
Qorxudan da vacib nələrinsə olduğunu anlamaqdır..

*Hər bir insanın daxilində bir nəğməsi var.
Hər bir kəsin qəlbində bir nəğmə səslənir.
Amma bəzən elə olur ki özü də o nəğməni eşidə bilmir…

*Heç səssizliyi dinləmisinizmi,bilirsinizmi necə olur?

Səssizlik çox uca,çox uca səslənir
Qulağa təzyiqi elə güclü olur ki,sanki kar ola bilərsən.
İnsana əzab vermək istəyisinizmi?
Onu səssizliyi ilə baş-başa buraxın!

*Yeni ümidlərə,yeni arzulara getmək istəyirsənsə get,amma arxaya baxmadan.
Çünki arxaya baxarsansa hər zaman səni geri qayıtmağa məcbur edən bir səbəb tapa biləcəksən

*Biz ulduzlara can atırıq,çünki onlar parıldayır və əlçatmazdır.
Amma yaxınlığımızda daha dərin və zərif şəfəq var-qadın !

star

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Bacarmaq lazımdır…
    yorucu kitabı цrtməyi…
    pis kinonu yarımзıq qoymağı…
    xoşlamadığınız işdən зıxmağı…
    pis adamlardan ayrılmağı…

    canim menim bu fikirlere gore cooooox sagol.. kiss_mini
  2. mik-mik dedi ki:

    Təbəssьm…
    O heз nə ilə alınmır,amma зox şey verir.Heз kim onsuz keзinə biləcək qədər imkanlı deyil,amma hər bir kasıb da onunla zəngin ola bilər.

    Nəyi isə arzulayırsansa amma hələ də əldə etməmisənsə,deməli kifayət qədər gьclь arzulamırsan…(cox duzgun fikirdir)
    O zaman ki,sənə "dьzьnь de xahiş edirəm" deyə mьraciət edirlər,bьtьn qəlbinlə başa dьşьrsən ki yenə yalanlar uydurmalı olacaqsan…
    Fikirlərinizə sahib olun,onlar hərəkətlərinizin başlanğıcıdır.(FIKIRLESMEMISDEN QABAQ FIKIRLESIN)

    cOX eLA FIKIRLERDI,COX SAG OLUN

  3. the 13th Warrior dedi ki:

    Bəzən səni eşitsinlər deyə susmalı olursan,bu daha faydalı olur

    Bu lap eladir.Ehsen. Allah razi olsun.

  4. IzYuMinKa dedi ki:

    *Hər bir insanın daxilində bir nəğməsi var.
    Hər bir kəsin qəlbində bir nəğmə səslənir.
    Amma bəzən elə olur ki цz
    ь də o nəğməni eşidə bilmir…

    spasibki za novosttt bayaca

  5. star dedi ki:

    Angelocka,
    deymezz,canim. opucuk

  6. Angelocka dedi ki:

    *O zaman ki,sənə \"dьzьnь de xahiş edirəm\" deyə mьraciət edirlər,bьtьn qəlbinlə başa dьşьrsən ki yenə yalanlar uydurmalı olacaqsan…

    Superrr cox sagol canimm opucuk

  7. star dedi ki:

    siz sag olun,dosdlar. opucuk

  8. Admin dedi ki:

    SENSIZLIK :

    Insanin dar agacinda oldugu zaman heyati istediyindende cox bir insan ucun darixmaq ve carasizlikdir.

    Bu meqalede bu catmir !

    TWK GOZEL XEBER IDI .Heqiqetende tebessum eledir.AMma…..