”ATV Maqazin” və ”Onun yarısı” verilişləri bağlanıb?

alt

[HIDE] ATV Press xəbər portalının məlumatına görə, söhbət «Onun yarısı»«ATV Maqazin» verilişlərindən gedir. «ATV Maqazin»i bundan sonra «Onlar» verilişinin əvəzləyəcəyi bildirilir. «Onun yarısı»nın isə yenidən efirə qayıdacağı gözlənilir.

Məlumatı aparıcı Zaurdan dəqiqləşdirmək cəhdlərimiz baş tutmadı, lakin telekanalın digər əməkdaşları hər iki xəbəri təsdiqləyiblər. Onlar «Onun yarısı» verilişinin hələ ki efirə getmədiyini, lakin yaxın zamanlarda bərpa olunacağını söyləyiblər.
Bəzi mənbələr isə «ATV Maqazin» verilişinin qapadıldığını söyləyib.

Verilişlərin bağlanmasının səbəblərini hələ ki dəqiqləşdirmək mümkün olmayıb. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb.

Məşhur telekanalın hansı verilişləri bağlanılır?

Azərbaycan teleməkanında əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət, incəsənət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək. 

Əldə etdiyimiz məlumata görə, islahatlar telekanalın həm də verilişlərində və onların məzmununda da aparılacaq. Belə ki, bir neçə verilişlərin dayandırılması, bəzilərinin adının, məzmununun dəyişdirilməsi nəzərdə tutulur. Telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir. Bununla əlaqədar olaraq bəzi verilişlərin, təxminən 5-6 verilişin dayandırılması, bəzilərinin isə adının və ya aparıcısının dəyişdiriləcəyi gözlənilir. 

Bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu «Burada və indi» (keçmiş «Çal-çağır» verilişi) adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, «Sən tək deyilsən» verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək «Səni axtarıram» olacaq. Qısa müddətlik fasilədən sonra yeni adla, yeni formatda efirə çıxacağı gözlənilir. 

Bağlanılması planlaşdırılan verilişlərdən birinin – «Onun yarısı»nın isə yüksək reytinqini nəzərə alıb, yenidən bərpa edilməsi gözlənilir. Hazırda isə həmin verilişin çəkilişləri dayandırılıb.

Bu gün məlumat verdiyimiz kimi, bağlanması gözlənilən verilişlərdən biri kimi «ATV maqazin» verilişinin də adı çəkilir. Ona görə də verilişin aparıcısı İlkin Həsəni ilə əlaqə saxladıq. Lakin İlkin Həsəni Milli.Az xəbər portalına açıqlamasında bu məlumatı təkzib etdi və verilişinin əvvəlki axarında davam edəcəyini deyib: «Dediyiniz məsələlərlə bağlı mən yalnız onu deyə bilərəm ki, “ATV maqazin” verilişinin artıq 8 ildir ki, aparıcısıyam və veriliş indi də fəaliyyətini davam etdirir. Hər həftə öz vaxtında, öz saatında efirə çıxacaq, yəni, proqram öz axarı ilə davam edəcək”.[/HIDE]

Imperator

Şərhlər:

  1. Single Girl dedi ki:

    ehhh niye bagladilaree baxirdimda=))Toy olsuna baxime gerey indi orda bir chuska var idi heyf)))diyirdimki sen deme ele deyilmiwwww))))

  2. DaRk_AnGeL dedi ki:

    Cox sagol bekar olanda baxirdim heyif cox sagol xebere gore

  3. Бакинка dedi ki:

    bilirdime dosii cox saq ol elin var olsun……..

  4. Rizvan dedi ki:

    menm ucun coox maraglı bır xeberdı tesekkur edırem

  5. Agarta dedi ki:

    Ayda maraqliydi cox sagol

  6. merry-girl dedi ki:

    bunu bilirdim oxumusdum cox sag ol

  7. Nurik79 dedi ki:
    3 verliwderi baglayiblar) \"Onun yarisi\" ,\"ATV maqazin\" ve \"Sen tek deyilsen\")
  8. taliya dedi ki:

    melumata gore twk

  9. qeribelik dedi ki:

    beber ucun tskler.bilmirdim

  10. sabina ibragimova dedi ki:

    melumata gore teshekkurler,4ox guman ki dogrudur

  11. Dj ExTrEmE dedi ki:

    cox sagol)

  12. UNDERCOVER dedi ki:

    ATV maqazinin yox 10-nun yarisinin baglanmasi zor olardi

  13. BuBLiK dedi ki:

    [hide]

    ay da menda deyrem nia neca gundi gostermiller=))coxxxxxxxxxxxxxxxxxxxxx sagol eeeeee wad hebyar dedin=)sevindim=))

    [/hide]

  14. hearts dedi ki:

    bilirdim.xebere gore cox sagol

  15. Imperator dedi ki:

    hele onsuzda yalan idi

  16. _Aynur_ dedi ki:

    Bilirdim oxumuwdum…yenede xebere gore saq ol…

  17. VERY_SHY dedi ki:

    ewi yaxwi olub.coxsagol

  18. _Cinbala_ dedi ki:

    Mende oxumusdum cox maraqlanirdimki gorsen nolub..ama davam edecek deyirler axi…yene olsune qesey verllisdi basimizi qatiriq…verlisde baglandi Aytac ere getmedi(ozmu demiremaa ordakini =)))) )

  19. Milady dedi ki:

    beledıkı duz eleyıbler onun yarısını baglayıblar vallah ona baxanda adam utanırdı ( tewekkur xeber ucun.

  20. ...::EMERALD::... dedi ki:

    XEBERE GORE SAG OL

  21. Single Girl dedi ki:
    _Cinbala_,
    yeri ged azzz bilmirem sein caninda neler var=)
  22. BadBoy dedi ki:

    BAQLANSA SUPER OLAR=)

  23. Gucci dedi ki:

    bow shayedi goreriz baglanmayacaq

  24. KIVANC dedi ki:
    clapping Uraaaaaaaaaaaaaaaaaaaaa 2-de gic-gice rah
  25. ceka dedi ki:

    OMBUDSMAN Elcisi

  26. Imanguliyeva dedi ki:

    Uje Var) Ve mende cox sevinirem 🙂 xeyal heart