Günahkar bəndələrin nəzərinə…


alt

Əziz bacı qardaşlarım çox xahiş edirəm ki, mövzunu çox diqqətlə oxuyub və çox dərindən düşünəsiniz, çünki bu günümüzün ən aktual problemlərindən biridir ki, hər birimizə aiddir. Çalışacağam sözümü çox qısa və çox təsirli edim.

“İslama Doğru” ailəsinin hər bir üzvünün niyyəti Allaha Təalanın rizasını qazanmaqdı. Çünki, hər birimiz günahlardan qaçıb 

Allah

ın rəhminə sığınmışıq. Heç hərdən özümüzə sual edirik ki, görəsən biz nə dərəcədə günahlardan qaçmışıq? Necə bir qəlblə 

Allah

a sığınmışıq? Hər birimiz bilirik ki, günahlardan çəkinmək hər bir günahdan çəkinməkdi, ancaq bəzilərimiz hələ də bu sözün mahiyyətinə varmamışıq. Mömin olmaq istəyirik ancaq günahları dərk etmirik. Hələ də günahlarımızı şeytan bizə yaxşı əməl kimi göstərir. Başqa günahlar bir yana məgər dinimiz zinanı haram buyurmurmu?! Məgər peyğəmbərimiz (s.a.a.) buyurmayıb ki, qadının kişiylə əl ilə görüşməsi belə haramdır?! Məgər zinanın növləri bizlərə agah edilməyibmi?! Məgər naməhrəm qadınla deyib-gülmək zina deyilmi?! Yaxşı bunları bildiyimiz halda bəs niyə günah edirik? Niyə zina edirik? Niyə hələ də bəzilərimiz sayt daxilində, şəxsi ismarıc yerində, agentdə, msndə bir-birmizə bacı-qardaş deməklə özümüzə təskinlik veririk və danışırıq bir-birimizlə? Şükür olsun saytda bacıların sayı və qardaşların sayı kifayət qədərdir. Oğlanlar bir danışsın, qızlar ayrı danışsın. Bu günə kimi bu mövzuda kim nə edibsə adminlər adından mən halal edirəm. Amma Amma Amma Amma bu cür halların təkrarı zamanı HAQQIM HALAL OLMAZ!

Qardaşlar – bacılar: internetdən istifadə etmək günah deyil… Amma bizlər bunu günaha çeviririk! Ona görə cahil adamlar deyir internet şeytan aləmidir… Şeytanı niyə özünüzə yaxın buraxırsınızki?! 

Burdaki qızların çoxusu su kimi safdılar. Onlar insanları özləri kimi saf niyyətli olduğunu düşünürlər lakin… Bacılarmızın xətrinə dəyməsin bu sərt sözlər. Həqiqətən həyat çox çirkindi. İnsanlar yalan danışmaqda məharətli olublar, yarışa giriblər bir-birləriylə. 

Bacılara sözüm: Heç bir oğlanla məcbur olmadığınız halda danışmayın. Əgər məcbursunuzsa o sözü o kəsdən soruşum onda admin heyyəti ilə əlaqə saxlayın… Bizim vasitəmizlə bildirin sözünüzü…
Qardaşlara sözüm: Heç bir qızla məcbur olmadığınız halda danışmayın. Əgər məcbursunuzsa o sözü o kəsdən soruşum onda admin heyyəti ilə əlaqə saxlayın… Bizim vasitəmizlə bildirin sözünüzü…
Hər kəsə sözüm: Agentdə və s. proqramlarda danışmaq gizlində danışmaq deməkdir və böyük günahdır… Odur ki, bacılara ayrı, oğlanlara isə ayrı şərait yaradacam. Tam İslam əxlaqına uyğun şəkildə olaq. ÇOX-ÇOX Rica edirəm! Xahiş edirəm! Özünüzü günahdan çəkindirin! Admin kimi deyil bir qul kimi deyirəm… 

Allah

ın günahkar qulu kimi deyirəm…

Vəssalamun Aleykum…

melek=)

Şərhlər:

  1. BlAcKsTaRiN dedi ki:
    Bacim cox sagol maraqlidi ALLAH RAZI OLSUN…..!
  2. taliya dedi ki:

    sagol gulshahim

  3. melek=) dedi ki:

    taliya,
    can men gulsah yox Royaneyem laugh1

  4. fanya_ya dedi ki:

    Xabara gora tewekkur!

  5. Single Boy dedi ki:

    Cox sagol.Maraqli xeber idi

  6. Скажи-да dedi ki:

    ALLAH razi olsun twk

  7. UNDERCOVER dedi ki:

    4ox saol.Allah razi olsun

  8. Miss_Azericka dedi ki:

    ALLAH RAZI OLSUN..

  9. DaRk_AnGeL dedi ki:

    Cox sagol Can Allah razi olsun

  10. _Cinbala_ dedi ki:

    Superrrrrrr xeberdi cox beyendim…2 sozle xeberi yola vermek niyetim yoxdu…sadece xebere soz tapmiram yazim beyendim goodgood

  11. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR.SAG OL

  12. hz_yusif dedi ki:

    Her bir kes bezen bilerekden bezen de bilmeyerekden gьnah işleyir. Her kesin bir qьsuru var, qьsursuz yalnız Allahdır. Allah bьtьn gьnahlarımızı bağışlasın. O, Rehman ve Rehimdir.
    GOZEL FIKIRDI heyata kecirsez minetdar olaram Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir! rebim meni ve menim momun qardaslarimi qorusun

  13. melek=) dedi ki:

    meleyim,
    sozumun bas ayagi var sen fikir vermemisen onda insanlar gunah elesinde cehnnem qazansin

  14. MELUSINA dedi ki:

    YAZDİQLARİNLA TAMAMİLE RAZİLASİRAM MENCE HAMİSİNDA DOGRULUQ VAR COXLU GUNAHLAR SAHİBİ OLDUGUMU BOYNUMA ALİRAM BUNA BAXMAYARAQ YENE DE GUNAHLAR QAZANMAGA DAVAM EDİREM ALLAH BUTUN GUNAHLARİMİZİ BAGİSLAYAR İNSALLAH XEBER UCUN COX SAGOL COX XOSUMA GELDİ ALLAH RAZİ OLSUN twk

  15. BuBLiK dedi ki:

    Her adamin gunahi var…amma caliwib elamemay lazimdi….ALLAHIM kec gunahlarmizdan…!
    cox sagol ALLAh razi olsun!

  16. meleyim dedi ki:

    bele pis cixmasin senin sozuvun basi ayagi olmadi.here ozune cavabdehdi.senin sozunden bele cixdi ki millet hec ne elemesin?

  17. RoZaLiNDa dedi ki:

    bu bir islam saytin admini terefinden istifadecilere yazilib..bilirem o sayti..biznen boluwduyncun saol tewekurler…

  18. 90_EJ_062 dedi ki:

    hmmm onsuz o qeder gunahim var ki…. cenneti haqq elemirem hec olmasa cehennemi haqq edim de..

  19. Milady dedi ki:

    Allah razı olsun

  20. Yeni urek dedi ki:

    Allah cox-cox razi olsun.Saq olun. twk

  21. VERY_SHY dedi ki:

    saol canim getdi secilmiw xeberlerime

  22. merry-girl dedi ki:

    cox sag ol canim

  23. Single Girl dedi ki:

    Gunahsiz bende yoxdu…Her insanin gunahi var..boyukden tutmuw kicik gunahlaracan…Allah bizim butun gunahlarimizi efv elesin…Bizi oz yolundan ayirmasin…Allah Bizi cennet ehlinden edsin! Cox saqol bacishim Allah Senden Razi Olsun! Allah imanimiza guc versin..!

  24. Gucci dedi ki:

    nem gunahi eden realdada eder virtualdada …. gunah ezelden var insan sehfleri uzerinde oyrenir ve hemen sehfi tekrarlamamqcun caliwir sadece PEWMANCILIGI gerek bacarasanda

  25. ZakonLubvi dedi ki:

    Allaha Təalanın rizasını qazanmaqdı. Зьnki, hər birimiz gьnahlardan qaзıb Allah ın rəhminə sığınmışıq. Heз hərdən цzьmьzə sual edirik ki, gцrəsən biz nə dərəcədə gьnahlardan qaзmışıq? angel

  26. Бакинка dedi ki:
    Gucci,
    O qeder ele adam varki PEWMANCIligi qebul etmir gunah usdune gunah edir o uje seheddi awmiw tarazligi pozmuw insan olur Allah onlara IMAN versin AMIN..senin sozunde heqiqet boyukdu..

    Saoleee melek=) arada insanlari bezi burdaki GUNAH sahiblerini ayiltmagin xeyri var bekemde gunahlarini gorer bekemde gormezden geler .. opdum heyatim..

  27. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…