“Onun yarısı” Zaur haqqında şok informasiyalar


alt
ATV kanalının aparıcısı Zaur Baxşəliyev döyülüb. Qaynar.info “Mərkəz”ə istinadən xəbər verir ki, aparıcı «Onun yarısı» proqramının iştirakçılarından biri tərəfindən fiziki təzyiqə məruz qalıb. Belə ki, layihəyə qatılan iştirakçı canlı yayımda Zaur tərəfindən verilişdən kənar edilib. Nəticədə gənc iştirakçı yaxın dostlarının köməkliyi ilə qisas məqsədilə Zaur Baxşəliyevi işdən evə gedərkən fiziki təzyiqlərə məruz qoyublar. Vəziyyəti ağır olan aparıcını xəstəxanaya yerləşdiriblər. Bir müddət xəstəxanada müalicə olunan aparıcı dünən evə buraxılıb.

Aparıcı haqqında yayılan digər bir xəbərə görə, ATV kanalında «Onun yarısı» verilişin bağlandıqdan sonra Zaur təxminən 200 min manat civarında pulu mənimsəyərək aradan çıxıb. Deyilənə görə, həmin pul proqramın səhnə tərtibatı və dekorasiyaları üçün xərclənməli imiş. Lakin Zaur Baxşəliyev həmin vəsaitə sahib çıxaraq qonşu İrana səfər edib. Səfərin hansı məqsədlə edildiyi hələ ki, bəlli deyil. Onu da xatırladaq ki, ATV kanalı əməkdaşları mətbuata açıqlama verərək proqramın müvəqqəti dayandırıldığını söyləmişdilər. Onların qeyd etdiklərinə görə, veriliş səhnə dekorasiyalarının təzələnməsi məqsədilə bağlanıb və yaxın günlərdə yenidən yayımlanacaq. Məlumatı dəqiqləşdirmək üçün Z. Baxşəliyevlə əlaqə saxlamaq istədik. Telefonu şəbəkə xaricində olan aparıcının deyəsən özü də elə ölkə xaricində idi. Belə olan halda proqramın digər yaradıcıları ilə əlaqə saxladıq. Verilişin rejissoru ümumiyyətlə, bu barədə bir kəlmə də olsun açıqlama vermək iqtidarında olmadığını söylədi: «Mən proqramın rejissoruyam və üzərimə düşən işi görmüşəm, yəni verilişi çəkib, verilişi tərk etməklə məşğul olmuşam. Mənim proqramın bağlanması, müvəqqəti olaraq dayandırılması, yaxud, hər hansı bir şayiələrin yayılması ilə bağlı heç bir məlumatım yoxdur. Xahiş edirəm bu cür sualları mənə verməyin, proqramın prodüserinə müracət edin, sizi nə maraqlandırırsa, ondan soruşun. Mənim adımdan bir kəlmə də olsun, heç nə yazmayın».
Prodüserlə əlaqə saxlamaq cəhdimiz isə heç cürə alınmadı. Xatırladaq ki, ötən həftədən «Onun yarısı» proqramının efir yayımı dayandırılıb. Proqramın bağlanma səbəbi barədə konkret açıqlama verilmədiyindən bununla bağlı mətbuatda çoxlu sayda versiyalar hallanmaqdadır. Səbəblərlə bağlı yayılan əsas versiyalardan birinə görə, bu telekanal şou-biznes, qalmaqallı, əyləncəli verilişlərə həddindən artıq üstünlük verdiyi üçün ciddi tənqidlərə məruz qalıb. Elə buna görə də telekanalın şou-biznes məzmunlu, qalmaqallı, ailədaxili konfliktlərin qabardıldığı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət verilişləri ilə əvəzlənməsi gözlənilir.

Agarta

Şərhlər:

  1. HENRY dedi ki:
    xixi)) bizimkiler tv de he4ne bacarmirlar)))))
  2. Miss_Azericka dedi ki:

    twkler xeber ucun

  3. VERY_SHY dedi ki:

    oxumadim sagool

  4. MELUSINA dedi ki:

    ELE BAGLANSA YAXSIDI roll

  5. aznetin_gozeli dedi ki:
    size show lazimdirse Zaur onu gosterir, size qalmaqal lazimdi onu da yaradir,. day ne isteyirsiz bu INSANdan?:)

    bir de ki, bu dunya mediasinda da beledir, muellif proqramlari deyilen bir anlayis var, muellif muellifi oldugu verlisi goturub basqa bir kanalda da yeniden yayimlaya biler, ve ya belke de dogurdan texniki nasazliq varmis aparatlarda, men esitdiyime gore monitorlar qisa qapanmadan siradan cixib.
    Bizim milletde adetdi ee, yixilana balta vurmaq, Yaxsi ki

    ZAUR OZU BU YAXINLARDA IKI-UC GUN OLAR YENI VERLISININ REKLAMINI VERIB EFIRE KI BU AGZIGOYCEKLERIN AZGI YUMULSUN:)

  6. Single Girl dedi ki:

    Menim Zaurdan xoshum gelirdiyeee ehh onun yarisi baglandi indi mecburam o 2dene oqlana oxshuyanlara baxmaqa

  7. Ayselka dedi ki:

    mende cox sozler ewitmiwem ama yaxwi olardiki zaur ozu bu barede aciqlama versin .

  8. Бакинка dedi ki:


    Boww sobetdi yixilana balta ele bizim millete yaraawar….!

  9. Weak_life dedi ki:

    kul bizimkilerin basina gic muselmandida hecne bacarmirlar medeniyet yoxdu axi………..

  10. taliya dedi ki:

    bilirdim bu melumati ,yenede sagol

  11. Gucci dedi ki:

    hm..lazim olsa ozu aciqlama vererdi demekki gercek helede gizli olmaqdadi

  12. Milady dedi ki:

    XEBER UCUN COX SAGOL AMA YENE BU ZAUR VERLIW ACIR twk

  13. BalaM dedi ki:
    maragli verliwiydie hayif baglandi(( Cox sagol xebere gore
  14. Dj ExTrEmE dedi ki:

    HENRY,
    Hele Onu de))

  15. sirinka))) dedi ki:

    BILIREM TWK

  16. BuBLiK dedi ki:
    BalaM,
    aha magil bahirdig=))bu hebyar coxtandi bizde indi cihrir=))ppc=))

  17. Imperator dedi ki:

    bunu men bir ay qabaq isitmisemeeee!saqol

  18. KIVANC dedi ki:

    Oxumusam bunu kohne xeberdi.Yende sag ol

  19. Ayka_zayka dedi ki:

    пипец