niye olmaz DONUZ ETI?

Bir şeyin halal və ya haram olması Allahın əmrinə bağlıdır. Allah nəyi halal buyursa halal, haram buyursa, haram hesab edilir. Uca Allah Quranda belə əmr edir: «Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir» («Bəqərə» surəsi, 173). Yəni din bir imtahan və insanlara edilən bir təklifdir. Dinimizin qadağan etdiklərindən biri də donuz ətidir. Bu qadağanın bir çox hikməti vardır. Biz burada yalnız bir neçəsi haqqında danışmağa çalışacağıq.
a) Zəhərli maddələr:

Donuz əti çox yağlıdır. Yeyildiyi zaman bu yağ qanın tərkibinə keçir. Qanın tərkibində artıq miqdarda olan bu yağ; arteriyanın daralmasına, qan təzyiqinin yüksəlməsinə və miakard infarktına səbəb olur.
Həmçinin donuz yağının tərkibində “sitoksin” adlı zəhərli maddələr mövcuddur. Orqanizmə daxil olan bu zəhərli maddələrin oradan kənarlaşdırılması üçün linfa vəziləri artıq fəaliyyət göstərməlidir. Bu hal, əsasən uşaqlarda linfa düyünlərinin iltihabı və şişməsi kimi özünü göstərir. Xəstə uşağın boğazı anormal şəkildə şişərək, sanki donuza bənzəyir. Buna görə də bu xəstəliyə “donuz xəstəliyi” (skrofuloz) deyilir.

b) Artıq miqdarda kükürd:

Donuz ətində bol miqdarda sümüyəbənzər birləşdirici əzələ toxuması, kükürd baxımından çox zəngindir. Orqanizmə artıq miqdarda daxil olan kükürd; qığırdaq, əzələ və sinirlərə yerləşərək oynaqlarda iltihab, kirəclənmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə səbəb olur.

c) Anormal böyümə:

Donuz ətinin tərkibində böyümə hormonu da çoxdur. Donuz əti ilə artıq miqdarda qəbul edilən böyümə hormonu, orqanizmdə toxuma şişləri və iltihablar yaradır. Burun, çənə, əl və ayaq sümüklərinin anormal şəkildə böyüməsinə və orqanizmin piylənməsinə səbəb olur.
Böyümə hormonunun ən təsirli cəhəti, xərçəng xəstəliyinin inkişaf etməsinə şərait yaratmasdır.

d) Dəri xəstəlikləri:

Donuz ətinin tərkibində olan histamin və imidazol adlı maddələr, dəridə qaşınma yaradır. Eqzema, dermatit, neyrodermatit kimi iltihabi dəri xəstəliklərinə zəmin yaradır.
Bundan başqa, frunkul (dəridə çiban xəstəliyi), appendisit, öd yollarının xəstəlikləri, venaların iltihabı kimi xəstəliklərə tutulma ehtimalını artırır.

e) Donuz əti və trixin

Donuz ətindən insana yoluxan xəstəliklərdən biri də trixin xəstəliyidir. Donuzlar bu xəstəliyə trixinli siçan yeməklə və trixinli donuz gübrəsi yeməklə yoluxurlar. Lakin trixin donuzlar üçün ağır bir xəstəlik deyildir. Halbuki insanlarda bu xəstəlik çox təhlükəli və öldürücü təsirlərlə nəticələnir.
Ölkəmizdə yerli xristianlardan başqa heç bir heç bir müsəlmanda trixin xəstəliyinə rast gəlmək mümkün deyildir. Çünki ölkəmizdə xristianlardan başqa heç kim donuz əti yemir.

aznetin_gozeli

Şərhlər:

  1. love_krasotka dedi ki:

    сагол джана opucuk

  2. Angelocka dedi ki:

    Coooxxx sagol gozelim allah razi olsun opucuk

  3. aznetin_gozeli dedi ki:

    ALLAH CUMLEMIZDEN RAZI OLSUN!

  4. Devil_666 dedi ki:

    saaqolll dostk allah senden razi oolsun… bezilerin buna dordan ehtiyaci var idi senin sayende oz niyelerine vcb tapdilar….. opucuk

  5. the 13th Warrior dedi ki:

    Qurani-Kerimde buyrulmuwrur\" BIZ HEC BIR BENDEMIZE ZULM ETMERI, BENDELEZ OZU-OZULERINR ZULM EDERLER.

    aznetin_gozeli —–ALLAH RAZI OLSUN.AMIN

  6. Badi_Seba dedi ki:

    coooox maraqlidi tesekkurler… opucuk

  7. KENAN_M dedi ki:

    DONUZ ETI KISILERDE QISQANCLIQ HISSINI OLDURUR.!!!!!!!!!!!!!!!!!2 CI XERCENG XESTELIYI YARADIR

  8. BEAUTIFUL_LIFE dedi ki:

    fuuuuuuuuu iyrenccccccccccccccccc