Allahla Peyğəmbər arasında vasitəçi


alt
əbrail – ərəb dilində “Allahın kişisi, Allah adamı” mənalarını ifadə edir. O, Allaha yaxın olan dörd mələkdən biri və onlardan Allaha ən yaxın olandır. Vəhy mələyi, Allahla Peyğəmbər (s.ə.s) arasında vasitəçidir.

Qurani Kərimdə Cəbrail adına üç yerdə rast gəlinsə də, ümumilikdə onunla əlaqəli 18 ayə nazil olmuşdur: “Bəqərə”, 87, 97, 98, 253; “Nisa”,17; “Maidə”,110; “Nəhl”, 2, 102; “Ənkəbut”, 17, 19; “Şüəra”, 193; “Ğafir”, 15; “Nəcm”, 6; “Təhrim”, 4; “Məaric”, 4; “Nəbə”, 38; “Təkvir”, 19; “Qədr”, 4). Qeyd olunan ayələrdə vəhy mələyi bu adlarla təqdim olunmuşdur: Ruhul-qudus, Ruhul-Əmin, Ruh, enlçi, Namusi-əkbər,

Əzəmətli ruh.

Həzrət Cəbrail peyğəmbərlərə vəhy nazil etməklə yanaşı, Allahın izni ilə bir çox işlərdə də onlara kömək etmiş, ölümdən nicat vermiş, qövm və düşmənlərini həlak etmişdir. Həzrət Cəbrail ilk dəfə Peyğəmbərin (s.ə.s) görüşünə Məkkənin yaxınlığında yerləşən Hira dağına gəlir və Allah tərəfindən nazil olan “Ələq” surəsini çatdırır. O, Peyğəmbərin (s.ə.s) görüşünə gəldiyi zaman əməlisaleh səhabə Dihyə Kəlbinin surətinə düşərdi. Yalnız ilk dəfə Hira dağına gəldikdə və Merac gecəsi öz surətində gəlir. Həzrət Cəbrailin Məhəmməd peyğəmbərlə (s.ə.s) görüşü 23 il davam edir və bu müddət ərzində Quran tam şəkildə nazil olur. Bununla yanaşı, hər Qədr gecəsində Onun yanına gələr və o vaxta qədər nazil olan Quran ayələrini Peyğəmbərə (s.ə.s) təkrar etdirərdi. Peyğəmbər (s.ə.s) dünyasını dəyişdiyi il Onun yanına son dəfə gəlir və Quranı ona oxutdurur.

Həzrət Cəbrail Adəm peyğəmbərə (ə) on iki, Nuh peyğəmbərə (ə) əlli dəfə, İbrahim peyğəmbərə (ə) qırx, Musa peyğəmbərə (ə) dörd yüz dəfə, İsa peyğəmbərə (ə) on, Həzrət Məhəmmədə (s.ə.s) isə iyirmi dörd min dəfə nazil olaraq onlara İlahi hökmləri çatdırıb.

DaRk_AnGeL

Şərhlər:

  1. Gucci dedi ki:

    cox sagol ellerine sagil ama xeber ne qeder uzun olursa bir o qederde az oxunulur ama din xeberleri daim ondedi cox sagol eladi

  2. melek=) dedi ki:

    canik coooox saqol xebere gore cox maraqliydi ALLAh razi olsun senden

  3. UNDERCOVER dedi ki:

    4ox saol bu gozel xebere gore.ALLAH razi olsun

  4. sirinka))) dedi ki:

    allah razi galsin twk

  5. meleyim dedi ki:

    tsk bele xeberlerin her zaman yeri var

  6. BadBoy dedi ki:

    Xebere Gore Tewekkurler

  7. Single Girl dedi ki:
    ALlah imanimiza guc versin!
  8. Suskun-Ruh dedi ki:

    eziyyete gore cox sag ol

  9. Miss_Azericka dedi ki:
    cox sag ol xebere gore…
    ALLAH razi olsun… give_rose
  10. taliya dedi ki:

    ALLAH razi olsun melumatlandirdigin ucun twk

  11. Бакинка dedi ki:

    Allah razi olsun webnemim ela xeber idi…

  12. Agarta dedi ki:

    Cox maraqliydi deset xosuma geldi Allah razı olsun

  13. Dj ExTrEmE dedi ki:

    Ureyim cooooooox sagol Allah Razi OlsUN)) opucuk

  14. merry-girl dedi ki:

    cox sag ol canim maraqla oxudum ellerin yorulmasin

  15. BuBLiK dedi ki:

    ……….
    awkim ALLAH razi olsun!

  16. ...::EMERALD::... dedi ki:

    SAG OL BACIS.ELLERINE SAGLIK

  17. ANGEL16 dedi ki:

    Cox sagol Allah razi olsun.

  18. _Cinbala_ dedi ki:

    Maraqlidi dordan oxuduqca lezet eledi mene..ama oxumaqdan cox kimse danissa mene o dahada maraqli olur menimcun..yaxsiyadi cox sagol..
    Sekil yaxsi…
    Redakt yaxsi…

  19. VERY_SHY dedi ki:

    _Cinbala_,
    ya_za
    Coxsasgol canim

  20. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…