Allahın sevimli qulu


alt
Allahın sevimli qullarından biri bir yuxu görər; yuxusunda özünə belə deyilir: 


Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!” Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yedi, baldan şirin tapdı.

alt
Allaha həmd etdi, getdi. Qarşısına altından bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq üzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, “Mən əmr ediləni etdim.” deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: “Ey Allahın sevimli qulu, məni saxla. Mənə kömək et.” Onu götürdü. Arxasından şahin gəldi; belə dedi: “Ey Allahın sevimli qulu. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma”. Öz-özünə belə dedi: “Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməm əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz uyluğundan bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: “Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir.” 
alt

Daha sonra, yuxusunda belə izah edildi:

“Birinci görüb yediyin hirsdir”. Əvvəl böyük bir dağ kimi görülər; səbrlə hirs udulsa, baldan şirin olar. 


İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. 


Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə.


Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. 


Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır.

alt

Tanrı qəzəbinə gələcək nəsə etmə…əgər etsən Şeytana Yar olarsan...

BalaM

Şərhlər:

  1. ...::EMERALD::... dedi ki:

    COX SAG OL BITANEM/HARIKAAAAAAA

  2. taliya dedi ki:

    sagol GUNKA cox maraqliydi angel

  3. UNDERCOVER dedi ki:

    4ox saol ALLAH razi olsun

  4. BalaM dedi ki:
    tek tek tshk edirem
  5. Milady dedi ki:

    tewekkurler cox gozel ve maraqlı ıdı :angel: applause

  6. merry-girl dedi ki:

    Tanrı qəzəbinə gələcək nəsə etmə…əgər etsən Şeytana Yar olarsan…

    cox sag ol canim gozel xeberdi oxudum seve seve

  7. ANGEL16 dedi ki:

    ALLAH razi olsun.

  8. tural_16 dedi ki:

    maraqli xeberdi,cox sagol

  9. BadBoy dedi ki:

    Xebere gore sps

  10. Suskun-Ruh dedi ki:

    eziyyete gore cox sag ol

  11. EQoiSTKa dedi ki:

    …SUPER PUPER Coh BegenDim…

    applause

  12. Miss_Azericka dedi ki:

    Allah razi olsun

  13. DaRk_AnGeL dedi ki:

    Cox sagol canim menim cox gozel xeber idi opucuk

  14. MELUSINA dedi ki:

    MARAQLI IDI.MUELLIFE TWK-LER

  15. nikki dedi ki:

    tewekkurler maraqliydi.

  16. BuBLiK dedi ki:

    ay da Balam hamsini ohudum nesa birteher oldum…cox saol awkim pouchitelno…ALLAH sennan razi olsun!

  17. Agarta dedi ki:

    Cox sagol xebere gцre Allah razı olsun

  18. BalaM dedi ki:
    tek tek tshk edirem
  19. Single Girl dedi ki:
    saqoleee balashkammm ALlah Her birmizi sevimli qullarindan edsin
  20. VERY_SHY dedi ki:

    Men Allahin en sevmediyi quluyam!!bilirem bunu,axir vaxtlar gordum!!! cry

  21. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…