Özünüzü Unutmayın…


214;z252;n252;z252; Unutmay305;n...


Durğunam…

Boş yaşayırmışam ki kimi bir hissə sahibəm…

Bir şeyin fərqinə vardım.Uzun zamandır özüm üçün heç bir şey 

etmirəm.Atdığım hər addım bəzilərini düşünərək atılan addımlardır.Bundan 

şikayətçi deyiləm.Bəzilərini düşünüb onların xoşbəxtliyi üçün məşğul olmaq 

gözəl bir şeydir.Amma bunları edərkən özümü unutmaq istəmirəm.

“Oyuncağammı?”-deyə düşünürəm hərdən.

Bu gün metronun gəlişinə baxarkən “Düşsəmmi?”-deyə düşündüm.Düşsəm və

min parçaya bölünsəm.Tək bir parçamı belə tapa bilməsələr… Heç olmasa 

bomboş bir həyat yaşamanın ağrısına bu şəkildə qəti bir həll tapsam…

Amma sonra bir dayandım.”Bəs sevdiklərim onlar kədərlənməzmi?Onlar mənə 

küsməzlərmi?Məni qınamazlarmı?”

Sonra güldüm öz-özümə.Və əsəbiləşdim.

Etdiyim o qədər şeyin arasından çəkə biləcəyim kiçik də olsa bir şey çıxmır 

özümə dair…Hər nə edirəmsə,hər nə düşünürəmsə ikinci tək kəslər üçün…

Atdığım addım,söylədiyim söz..Hətta aldığım nəfəs belə..Zəruri nəfəs alıram.

Nəfəs almasam ölərəm deməkdir.Ölsəm bəzilərini xoşbəxt edə bilmək səyində 

ola bilmərəm.Sanki o bəziləri mən olmasam xoşbəxt ola biləcək bir yol tapa 

bilməyəcəklərmiş kimi…

Özümdən uzaqlaşıram get-gedə…

Önünə atlaya bilmədiyim metroya mindim bu gün…Bir neçə dayanacaq sonra 

nəfəsim kəsildi sanki..Heç enmədiyim bir dayanacaqda endim.Çölə çıxdım…Bir 

neçə addım atdıqdan sonra səmaya baxdım.Dərin dərin nəfəs aldım.Maviliklər 

gözəl göründü mənə…Buludlardan xəyallar qurdum..Bir az getdim..Bir park 

gördüm və çəmənlikdə uzandım.Gözlərim maviliklərdə,ağlım fərarilikdə.

Sonra bilmədiyim səmtin,bilmədiyim küçələinrdə gəzintiyə çıxışım…

Bir günü daha bitirdim… 

Amma heç yoxdan bu gün öz qərarımla bilmədiyim küçələrdə itdim və yolumu 

özüm tapdım.

Sizə tövsiyyəm-Həyatınızı yaşayarkən başqalırını düşündüyünüz qədər

özünüzü də düşünün.Əgər özününüzdən başqa hər kəsi düşünməyə 

başladığınız nöqtədəsinizsə dayanın və dərin bir nəfəs alın.Hər şeyi nəzərdən

keçirtməyin vaxtı gəlib…

Öz adınıza həyatdakı ən böyük xəzinəniz Sizsiniz…Əsla özünüzü unutmayın…


İmza:
HeYiF Ki HəLə Də SəNiN GöRə BiLMəDiYiN SəNi SəNDəN ÇoX SEVƏN MəN…
MəN KiMəM? SaDəCə BiR SEVƏN

balaca

Şərhlər:

  1. MELUSINA dedi ki:

    tesekkurler balaca maraqli hekayeye gore twk

  2. DaRk_AnGeL dedi ki:
    Cox sagol dosi xebere gore gozel idi……
  3. ...::EMERALD::... dedi ki:

    SUPERDI.THANKS

  4. fanya_ya dedi ki:

    superdi dosiii sanx

  5. taliya dedi ki:

    super beyendim

  6. Single Girl dedi ki:

    laugh1birinci xeberin adni bawga cur oxumuwdumxaxaneyse=))))gewey xeber idi hemiweki kimi ama cimcimem demiw imza supppadi

  7. sirine dedi ki:

    tesekkurlercik maraqlidir

  8. ::HappilY:: dedi ki:

    elaa xeberdi tesekkurler

  9. AristokraT dedi ki:

    Tewekkur ederim…

  10. _Aynur_ dedi ki:

    Cox saq ol Wexriyar xebere gore maraqlidi…

  11. _Cinbala_ dedi ki:

    Cox sagol maraqli xebere gore hemse bu imzani yazirsan xeberden daha cox imzani beyenirem =) ok

  12. Miss_Azericka dedi ki:

    Cox sagol ela gul

  13. merry-girl dedi ki:

    cox sag ol canim gozel hekaye idi ellerine sagliq

  14. meleyim dedi ki:

    deyersiz birine gore aglamaga deymez.deeyrli olan aglatmaz

  15. Dj ExTrEmE dedi ki:

    Sagol Balaca)

  16. VERY_SHY dedi ki:

    vay vaaay,elaa,coox maragliydiyee canim menim,sende neler varmiw=)canim cox beyendim,coxsagol

  17. Бакинка dedi ki:

    yadunda saxla balacaaaaa=)Sadece sadece olaraqda qalir chaliş ozuvu gorsedmeyi bacarr=) yoxsa bu zemane daydayun adun sanun var gedceysen qabagaa…