Cənnətə ilk girən qadın

alt
Hz. Fatimeyi Zəhra birgün atası peyğəmbərimiz Muhammedin (s.a.s) yanına gəlib dedi:

– Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?


Peyğəmbərimiz (s.) :


– Filan məhəllədə bir qadın var. O qadın cənnətə ilk girəcək qadındır, – buyurdu.


Hz. Fatimə çox maraqlanmısdı.


– Məndənvdə əvvəl girəcək ata? – deyə soruşdu.


Hz. Peyğəmbərimiz (s.):


– Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol, – dedi – Həm də onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən.


Çox maraqlanan Hz. Fatime bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. Içəridən qoca bir qadın səsi eşidildi:


– Kimdir?


Hz. Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın :


– Canim sənə qurban, ey Allah Rəsulunun qızı, səninlə görüşməyi çox istəyirdim, lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim. Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban. Sabah inşAllah gələrsiniz və mən də yoldaşımdan icazə alaram, görüşərik, – dedi.


Hz. Fatimə sağollaşıb geri döndü, qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı. Ikinci gün qadınla görüşəcəyinə əmin olan Hz. Fatimə yanında Hz Həsəni də götürüb gəlir. Qapını döyür və gəldiyini bildirir. Qadın Hz. Fatimənin yanındakı uşağı görüb deyir:


– Üzr istəyirəm, mən ərimdən yalnız sizin üçün izn almışdım, istəyirsiniz siz girin uşaq bayırda gözləsin, ya da ərimdən uşaq üçün də icazə alaram sabah birlikdə gələrsiniz.


HZ.Fatimə geri dönüb sabahı gözlədi. Sabah yanında bir də Hz. Hüseyni də gətirdi və yenə həminki kimi geri döndü. Qadın ərindən üçünə də icazə aldı və Hz. Fatiməni gözləməyə başladı. 4-cü gün Hz. Fatime uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı. Baxıb gördü ki, qapının arxasından danışan yaşlı qadın gözəl və yaraşıqlı bir xanımdır. Hz. Fatimə təəcüblənib soruşdu:


– Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi… indi isə tam əksinə.


Qadın cavab verdi:


– Sizinlə danışarkən səsim bayıra çıxırdı, yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım. İndi isə o daşı çıxartdım.


Hz. Fatimənin gözləri dolmuşdu. Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü.


Qadin Hz. Fatiməyə:


– Ey Allah Rəsulunun qizi! Indi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı? Allah məni ərimə qarşı hesaba çəkər deyə çox qorxuram, – dedi.


HZ. Fatimə atasının müjdəsini bildirdi:


-Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.
Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz, – dedi, və cənnətə girəcək ilk qadınla söhbətdən sonra icazə alıb evə döndü

alt

melek=)

Şərhlər:

  1. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…Allah razi olsun…

  2. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…

  3. EQoiSTKa dedi ki:

    …Coh MaragLiyDu XeVesLe OxuDuM ALLAH RAZI OLSUN!…

  4. SPARTACUS dedi ki:

    allah razi olsun!! ellerin derd gormesin!! applause

  5. ::HappilY:: dedi ki:

    Allah razi olsun maraqli xeberdi

  6. perishan.olar dedi ki:

    SAG OLUN ALLAH RAZI QALSIN SIZDEN. pray

  7. BLACK STAR dedi ki:

    cox saol xebercun….maraqlidi……oxumuwdum men…

  8. sirinka))) dedi ki:

    maraglidi heyattada bele gadinnar olubmus twk

  9. taliya dedi ki:

    ALLAH razi olsun bacim cox gozel

  10. melek=) dedi ki:

    coox sevindim beyendiyinizcun

  11. BlAcKsTaRiN dedi ki:
    P.S.menim yerim cehennemde hazirdi uje………
  12. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZI OLSUN

  13. Gucci dedi ki:

    cox sagol cox xoshuma geldi eqqeten maraqlidi

  14. fanya_ya dedi ki:

    perviy razdi oxuyuram thanks

  15. _Cinbala_ dedi ki:

    Cox sagol melek oxudum eladu xosum geldi…bele maraqli xeberleri cox beyenirem…ve hevesle oxuyuram

    Sekil yaxsi
    Redakt yaxsi

  16. Miss_Azericka dedi ki:

    Allah razi olsun…

  17. Milady dedi ki:
    Cox gozel maraqlı xeber ıdı tewekkurler
  18. UNDERCOVER dedi ki:

    4ox saol ALLAH razi olsun

  19. AYSE19 dedi ki:

    TWK ALLAH RAZI OLSUN

  20. Single Girl dedi ki:

    Bu gun sinif yoldawim mene dediki bu hekayeni axtar oxu cox maraqlidi dourdanda oxudum cox maraqli ibretamiz deyerli…ALlah razi olsun

  21. BuBLiK dedi ki:

    ALLah razi olsun canim maraglidi…

  22. VERY_SHY dedi ki:

    Oxumuwam bunu,sagol canim

  23. merry-girl dedi ki:

    cox tesirli idi cox sag ol canim

  24. Бакинка dedi ki:

    bunu oxumuwdum melek genede elin qolun var olsun …

    Allah razi olsun