Allahı Eşqlə Sevmək

alt

ALLAHı Eşqlə Sevmək

EŞQ ALLAHı sevməkdir..
ALLAHı sevənləri sevməkdir..
ALLAHın sevdiklərini sevməkdir..
Bəli sevimli dostlar. gerçək bir sevgi ilə 
ALLAHı sevmək hər kəsə nəsib olmur..

“ALLAHı PEYĞƏMBƏRİ sevirəm “deyən, amma günahdan uzaqlaşmayan çox aldanan var
“ALLAHI SEVİRƏM “demək asandır..

Amma adam əgər günahlarını tərk edə bilmirsə, keçmiş günahlardan peşman olub tövbə etmirsə, “ALLAHA qurban olum “deməsi boşuna, çünki onu sevgi yalançı sevgidir..
ALLAHı sevmək nə olduğunu bilmədən danışır demək..

insan YARADANINI sevərsə,Ona qarşı edəcək ən kiçik səhv, qüsur ,ona dağ qədər ağır gələr. .çiynində ağır bir yük kimi daşıyar. .tövbə etmədən, gözyaşı tökmədən rahatlamaz..
“görəsən RƏBBİM məni bağışlayarmı ?”deyə soruşar özündən..

qarşısına çıxan haramlardan sürətlə uzaqlaşarkən, “YA RƏBBİM !SƏNİN üçün, SƏNİ SEVDİYİM üçün ” deyər və sevinc gözyaşları tökər..
İLAHİMDƏN ‘dən başqa gerçək dostum olmadığını bildiyim gündən bəri, O ‘nsuz yaşadığım günlər və illər üçün ağladım..
ONdan ayrı aldığım hər nəfəs üçün ağladım..

“QUL OLMAQ “nə demək bilmədən yaşadığım zaman üçün ağladım..

Qəflətdə yaşayarkən işlədiyim saysız günahlar üçün gözyaşı tökdüm..
“RƏBBİM ,SƏNƏ istədiyin kimi qul ola bilmədim məni bağışla “dedim..
İbadət etmədən keçirdiyim illərim ox kimi batdı ürəyimə.. 
Çünki ALLAHI sevən adam ibadətlərini axsatmaz, xüsusiylədə namazlarını heç buraxmaz..
Namazda insan sevdiyini görüşdüyünü hiss edər, ONunla danışar,Ona dua edər, istəklərini ifadə edər..

Ruh, doğrudan doğruya ALLAH ilə vuslat yaşadığını hissedər.. 

ALLAH sevgisi ruhunda hissedən adam, artıq ONdan başkasını görməz, baxdığı hər şeydə ONU görər, hissedər..
EY BÖYÜK ALLAHım !
EY YARADANIM,
EY TƏK KÖMƏKÇİM ,
DOSTUM !
Mən SƏNİ sevən, EŞQİNLƏ yanan qullarından olmaq istəyirəm !
SƏNƏ itaət etmək istəyirəm..
Hər ibadət SƏNİNLƏ VUSLAT OLMALI…
NASIP ET ALLAHım..
NASIP ET ! AMİN

Nədir bu eşq?

Varmı tərifini bilən…?

Qula qulluq etdirən, qulu qula qırdıran,
İnsanı ALLAHa çatdıran ya da cəhənnəmə atdıran, nədir?

İnanın çoxunuz bilmirsiniz..!

Eşq insanın günahı, günahı, zülməti,

Eşq insanın hakimi, vəkili, qoruyucusudur.

Eşq insanın həm haramı həm halalıdır 

Eşq insanın qüvvəti, səbri, etibarıdır.

Bəlkə dünyanın ən gözəl duyğuları,

Bəlkə də ən iyrənc hissləri…

Hər başdan bir səs çıxır.

Kimi özünü asmış, kimisi xoşbəxtliyə qovuşmuş

Kimi şerlər yazmış.

Eşq yalnız bir insana kor-koranə bağlanmaqmı? 

Onu sevirəm deyib bəzən həyatını məhv etməkmi? 

Bu qədər sadə olmamalı, yaxşı o zaman nədir?

Tam olaraq nədir, yaxşımı pismi..? 

Kim qərar verir buna,

Heç düşündünüzmü? 

Əslində günahkarları biz bilirik,

Dünya və insan, həm də xəbər belə vermədən.

İçində ALLAH eşqi olmayan,

Peyğəmbər sevgisi olmayan eşq nəyə fayda, kimə fayda verər.

Sevəcəksənsə ALLAHı sev, ALLAH üçün sev.

EŞQ

Hz. İbrahim in atəşə atıldığı zaman ki təslimiyyətdir,

Hz. Eyyub un xəstəliyə qarşı səbridir, zəfəridir,

Hz. Davud un səsidir, əliylə dəmirə şəkil verməsidir,

Hz. Saleh in qayadan çıxan dəvəsidir

Hz. Musa nın qırmızıdonuzu ikiyə bölən əsasıdır

Hz. İsa nın qoxusunu belə hiss etdiyi Son Peyğəmbər i müjdələməsidir

Hz. Məhəmməd in doğardoğmaz “ümmətim ümmətim ” deməsidir

Hz. Məhəmməd in ALLAHa olan təslimiyyətidir

Hz. Məhəmməd söyləyirsə doğrudur deyən Hz. Ebubəkir in sədaqətidir

Hz. Ömər in ədaləti belə heyran buraxan ədalətliliyidir

Hz. Osman ın şeytanı belə utandıran həyasıdır, ədəbidir

Hz. Əli nin cəsarətidir, elmidir

Hz. Hüseyn in haqsızlığa qarşı getməsidir, şahidliyidir

Səhabənin və Əhli Beyt in yaşayışıdır

Hz. Yunis in cənnəti istəməyib ALLAHa “Mənə Səni gərək Səni” deməsidir

Hz. Mövlana nın nəfəsidir, səmasıdır, Gəl deməsidir

Çöllərə düşən Məcnun un gözlərinin dağlanılmasıdır

Bülbülün gülə ötüşü, ölən sahibin başında gözləyən atdır

Azanı Məhəmmədin oxununca qurtuluşa,namaza qaçmaqdır

QURANİ KƏRİM oxununca onu ürəyində hiss etməkdir

Bir ALLAH Dostunun üzünə baxıb ALLAHı xatırlamaqdır

Könüldən gələn bir Kəlmeyi-şəhadətdir

ALLAH və Rəsulunun adı xatırlanınca göz yaşı tökməkdir
ALLAHa qul, Həbibinə layiqiylə ümmət olmaqdır

Köməyə möhtac birinə kömək etmək, bir acı doyurmaqdır

İnsanlara yaxşılığı tövsiyə etmək, pisliklərə qarşı xəbərdar etməkdir

Yoldakı bi daşı kənara qoymaqdır

İnsanlara kömək etmək ən azından gülərüzlü olmaqdır

Halal qazanıb halal yeməkdir

Ailəsi üçün çalışmaq, alın təri tökməkdir

İSLAM ı doya doya yaşamaqdır.


Eşq; Yalnız quru bi sevgi ya da sonu müəyyən bir macəra həvəsi deyil,


CANAN la bir CAN olmaqdır, onu hər gün daha çox sevməkdir,


ALLAH üçün sevməkdir.


Eşq; yalnız səni sevirəm demək deyil


Və ALLAH yolunda daha bir çox şey…
sevməkdir..


ALLAHın sevənlərini sevməkdir..


ALLAHın sevdiklərini sevməkdir..

Imperator

Şərhlər:

  1. _Cinbala_ dedi ki:

    Oxudum superrr Allah razi olsun,yazi deyismeseydi oxuyan deyildim don-t_mention

  2. MELUSINA dedi ki:

    Maraqli xebere gore coox sagol.Allah razi olsun twk

  3. _XiLeLi_ dedi ki:

    Necede lezet eledi ellerine saglik=))

  4. Yeni urek dedi ki:

    Allah razi olsun.Yazan elleriniz eziyyet gormesin insallah.Allah amaninda.

  5. MY WISH dedi ki:

    give_rose allah komeyin olsun bildiyini boluwduyun ucun cox sag ol

  6. YuSKa dedi ki:

    ALLAH razi olsuin ellerine saglik…

  7. Dj ExTrEmE dedi ki:

    Allah Razi Olsun

  8. ANGEL16 dedi ki:

    Allah razi olsun

  9. ::HappilY:: dedi ki:

    cox sagol Allah razi olsun

  10. New_Moon dedi ki:

    ALLAHı Eşqlə Sevmək
    EŞQ ALLAHı sevməkdir..
    ALLAHı sevənləri sevməkdir..
    ALLAHın sevdiklərini sevməkdir..
    Bəli sevimli dostlar. gerзək bir sevgi ilə
    ALLAHı sevmək hər kəsə nəsib olmur..
    .
    Cox SAgol Qaqawim Allah Razi Olsun Xebere Gore

  11. Miss_Azericka dedi ki:
    _Cinbala_,
    mende:)
  12. ...::EMERALD::... dedi ki:

    SAG OL.COX MARAQLIDIR.

  13. UNDERCOVER dedi ki:

    4ox saol brat Allah razi olsun

  14. ZakonLubvi dedi ki:
    Nədir bu eşq?

    Varmı tərifini bilən…?

    Qula qulluq etdirən, qulu qula qırdıran,
    İnsanı ALLAHa зatdıran ya da cəhənnəmə atdıran, nədir?

    İnanın зoxunuz bilmirsiniz..!

  15. hz_yusif dedi ki:

    Eşq; yalnız səni sevirəm demək deyil

    Və ALLAH yolunda daha bir зox şey…
    sevməkdir..

    ALLAHın sevənlərini sevməkdir..

    ALLAHın sevdiklərini sevməkdir..

    COX SAGOL XEBERE GORE

  16. _ESME_ dedi ki:

    cox maraqli idi. TSK-ler

    Imperator

    twk twk twk

  17. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…