Saç düzümünu dəyişmədən saçları necə dəyişdirməli?

Sa231; d252;z252;m252;nu d601;yi351;m601;d601;n sa231;lar305; nec601; d601;yi351;dirm601;li?

Saçlarınızı bəzəyini düzgün seçin…

Zərif cinsin yaraşığı olan saçları necə qaydaya salmaq, nələrdən və necə istifadə etmək lazımdır

Çox vaxt saç ustasına getməklə saçlarımıza qarşı haqsızlıq etmiş oluruq. Saç düzümünu dəyişmədən fərqli formalarda gözəl görünmək mümkündür. Bunun üçün sizə lazım olan nə qayçı, nə daraq, nə də fendir. Bu yerdə sizə ancaq saçlar üçün nəzərdə tutulan aksesuarlar lazımdır.

Bu yazıda Sizə saç formanızı çox vaxt itirmədən və pulunuza qənaət edərək dəyişmənizə şərait yaradan saç aksesuarları barədə məlumat verəcəyik. Çünki bu aksesuarlardan istifadə edərək həm səliqəli, həm də gözəl görünəcəksiniz. Amma saç aksesuarlarından istifadə etməyiniz üçün bir neçə əsas şərt var. Belə aksesuarlar səliqəsizliyi sevmir. Əgər obodok, saç sancaqları və s. kimi aksesuarlar taxmaq fikrinə düşmüsünüzsə, qaşlarınızın forması ideal olmalı, yanağınızın almacıq sümükləri isə vurğulanmalıdır.

Hansı saç aksesuarları dəbdədir?

Qüsursuz saç düzümlərində bu aksesuarlar dəbli görünür. Yaxşı fenlənmiş saçlarınıza obodok taxsanız, çox gözəl və şirin gəlincik kimi görünəcəksiniz. Əgər saç üçün nəzərdə tutulmuş aksesuarlardan istifadə edirsinizsə, o zaman bijuteriyadan istifadə etməyin. Əks halda, sağsağan kimi görünəcəksiniz. Bu il enli və həcmli, ya da nazik və yüngül obodoklar dəbdədir.

Əksər hallarda xanımlar qara rəngdə olan saç aksesuarlarından istifadə edirlər. Qara rəngli aksesurların müsbət cəhəti ondan ibarətdir ki, bu rəngdə olan əşyanın bahalı və ya ucuz olmasını müəyyən etmək mümkün olmur. Eni 2-3 sm olan qara ipək lent həmişə gözəl görünür. Elastik lent isə müxtəlif rəngarəng qaçlarla işlənmiş xırda və ya böyuk broşlada bəzəyə bilərsiniz.

Saç aksesurları dünya üzrə əksər xanımlar tərəfindən istifadə olunur. Əziz xanımlar əgər özünüzə uyğun saç aksesuarı seçməkdə tərəddüd edirsinizsə, onda sizə dünya üzrə aktual olan saç aksesuarlarını təqdim edirəm. Buyurub özünüzə uyğun olanını seçib istifadə edərək daha da gözəlləşə bilərsiniz.

Qara obodok:

Eyni uzunluqda olan saçlarınıza darıxmaq inkanı verməyəcək. Amma qara obodokdan istifadə edirsinizsə saçlarınızı ütüləməyi unutmayın.

İpək obodok:

Qədim aksesuarların şöhrəti barədə müzakirə etməyə ehyiyac yoxdur. Parlaq ipək obodok saçlarınızla uyğunlaşmalıdır. Bunun üçün onlara parıltılı sprey vurun.

Bürünc və ya qızılı obodok:

Saçlarınızın parıltısını vurğulayıb, tellərinizi alnınızdan toplayacaq. Eyni anda iki formasından da istifadə edin – enli və nazik.

İri qaşlı sancaq:

Saçlaınızı 3 sm enində əyrilərə ayırın. Sonra hər birini burun. Buruqların açılmaması üçün qaşlarla bəzədilmiş sancaq və mildən yararlanın.

Nazik metal obodok:

Qarışıq saçlarınızı qaydaya salacaq. Səliqəsiz saçlarınızı toplayıb sancaqlayın. Daha sonra kazik metal obodokdan istifadə edin. Bu zaman saçlarınızın səliqəsiz olması heç kim tərəfdən nəzərə çarpmayacaq.

Elastik sarıq:

60-cı illərin üslubunu tamamlayan çox gözəl əşyadır. Bu əşyadan istifadə etsəniz daraqla saçlarınıza azacıqda olsa həcm verin.

Enli lent:

Məktəbli kimi görünəcəksiniz. Saçınızı “at quyruğu” adlanan formada yığandan sonra həmin hissəni lentləyin.

Mirvari nazik sancaq:

Ciddi görkəminizi yumuşaldacaq. Saçlarınıza gel vurandan sonra ondan istifadə edin.

Simlər:

Ziyafət saç düzümlərinə əlavə edilən simlər bu saç düzümünün ən əsas aksesuarıdır.

Haqqında danışdığımız saç aksesuarlarından istifadə edərək yaraşıqlı görkəminizi və gözəlliyinizi daha da vurğulamaqdan çəkinməyin. Unutmayın ki, gözəl olmayan xanım yoxdur, özünə baxmayan xanım var.

=Utilizator=

Şərhlər:

  1. Miss_Azericka dedi ki:

    cox sagol lazimli xeber ucun give_rose
    ilk xeberin mubuwdu

  2. BlAcKsTaRiN dedi ki:

    =Utilizator=,
    Bas uste reis

  3. fanya_ya dedi ki:

    Cox super xeber idi.

  4. Gucci dedi ki:

    ee tercumeni duz emelli edunde hecne anlamaq olmur

  5. Бакинка dedi ki:

    Xebere gore cox saq ol….

  6. Single Girl dedi ki:

    cox saqol ama men tenbelin biriyem bunlari eden deilemlaugh1

  7. KIVANC dedi ki:

    There is problem in prints. Thanks according to news.

    heart

  8. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol….

  9. BuBLiK dedi ki:

    mena tez bazar lazimdi=))hayif deyil oglannar hec daramagdan lazim deyil=))))))))))))
    cox sagol maraglidi…
    ILK HEBYARUN MUBIWTI CAN ARDI GELSIN!

  10. ZakonLubvi dedi ki:

    twk tewekkur ilk xeberin mubarek inwallaq son olmaz beyendim cok sag ol twk

  11. _Cinbala_ dedi ki:

    Cox sagol bezek aksesuarlarini sevmirem..ama qulluq nese yazsayduz qesegce emel ederdim =))
  12. BlAcKsTaRiN dedi ki:
    Bezi heriflerin yerine isareleri gorub eseblesdim oxumadim….ama sac ucun meslehet almaq istiyen olsa mennen ala biler…..
  13. merry-girl dedi ki:

    cox sag ol can ellerine sagliq ,ilk xeberin mubuw,davami gelsin

  14. Optimist... dedi ki:

    MESLEHETLERE GORE TESEKKUR…