Bundan sonra 13 burc olacaq.

alt

Ulduz xəritəsindəki yerdəyişmələr insan həyatında əks olunur. 88 bürc haqqında nə bilirik?

İl ərzində uzaq ulduzların fonunda Günəşin görünən yolu – ekliptika üzrə hərəkət 12 bürcu əhatə edir. 76 bürc, sadəcə bu trayektoriyadan çox uzaqda olduğu üçün “istifadəsiz qalır”.

Əslində, ulduz topalarını xəyali xətlə birləşdirərək onlara müxtəlif adlar veriblər. Həmin bürclərdən hər birindəki ulduzlar arasında isə məsafə ağlasığmaz dərəcədə böyükdür.

13-cü bürc barədə yazılan xəbərlərdə oxuyuruq: “ABŞ-dan olan astronomiya üzrə professor Park Kankl yüzilliklər ərzində Yer oxunun tədricən yerini dəyişdiyini iddia edir. Onun sözlərinə görə, ən azı 2000 il öncə əldə edilən məlumatlara əsaslanan bürc sistemi artıq köhnəlib. O, Yer oxunun dəyişməsinə əsaslanan yeni bürc xəritəsi hazırlayıb”. Məlumat əsasən düzdür, ancaq yeni ulduz xəritəsi hazırlamağa ehtiyac yoxdur. Sadəcə, söz ekliptikanın sərhəddini dəqiqləşdirməkdən gedə bilər.

Xəbərdə daha sonra qeyd olunur: “Professor yeni 13-cü bürcün İlan olduğunu qeyd edir. Əvvəllər bu bürcün sadəcə 5 gün 16-21 noyabrda olduğu güman edilirdi. Lakin Kankl “İlan”a bir ay vaxt verib.

Keçən əsrin 70-ci illərindən rusdilli kütləvi elmi ədəbiyyatda bu barədə məlumata rast qəlmək olurdu. Fərq, həmin müddətin 30 noyabrdan 17 dekabradək olan 18 gün hesabındadır. Bürcün adı da düzgün verilməyib: ”İlan” əvəzinə,”İlantutan” olmalıdır. İlan bürcü ekliptikadan daha çox uzaqda yerləşir.

Və ən nəhayət, xəbərdə deyilir ki, Amerika Astroloqlar Federasiyasının mətbuat katibi Şelli Akermanın sözlərinə görə, professorun bu kəşfinə sakit reaksiya göstərmək lazımdır.

Astroloqların çoxu Kanklın açılışının yeni olmadığını düşünür. Belə ki, əsrlər öncə yaşamış astroloqlar Yer oxunun sürüşməsini öz hesablamalarında nəzərə alıb. Astroloq Süzan Miller bildirib: “Gələcəyə bürclər yox, planetlər işarə edirlər. Bürclər sadəcə, ölçü cihazlarıdır”.

Park Kanklın yeni bürc sistemi kimi təqdimatı belədir:

Oğlaq 20.01 – 16.02

Dolça 16.02 – 11.03

Balıqlar 11.03 – 18.04

Qoç 18.04 – 13.05

Buğa 13.05 – 21.06

Əkizlər 21.06 – 20.07

Xərçəng 20.07 – 10.08

Şir 10.08 – 16.09

Qız 16.09 – 30.10

Tərəzi 30.10 – 23.11

Əqrəb 23.11 – 29.11

İlan 29.11 – 17.12

Oxatan 17.12 – 20.01

Əslində isə,cədvəl belə olmalıdır:

1.Qoç 19.04-13-05

2.Buğa 14.05-20.06

3.Ekizlər 21.06-20.07

4.Xərçəng 21.07-10.08

5.Şir 8.08-16.09

6.Qız 17.09-30.10

7.Tərəzi 31.10-22.11

8.Əqrəb 23.11-29.11

9.İlantutan 30.11-16.12

10.Oxatan 17.12-19.01

11.Oğlaq 20.01-15.02

12.Dolça 16.02-11.03

13.Balıqlar 12.03-18.04

Bir qədər “İlantutan” bürcü haqqında məlumat vermək istəyirəm.

Ərəbdilli ədəbiyyatda ona “Şücaə” deyirlər. Həmin bürcün yunanca adı “Ophiuchus”dur. Ptolomey bu bürcün ulduzlarını Saturn və Venera təsirli olduğunu yazırdı. Həmin ulduzlardan parlaq olanların adları belədir:

1. Kəlb ər-ran (ərəbcə,çoban iti) – beta ulduzudur, Oxatana nəzərən 26 dərəcə 2 dəqiqə vəziyyətindədir.

2. Əl- yəd Posterior (“yəd” ərəbcə ”əl”, posterior – latınca “arxa”) – epsilon ulduzudur, Oxatana nəzərən 4 dərəcə 12 dəqiqə vəziyyətindədir.

3. Əl-yəd Prior (prior – latınca “irəli”) – delta ulduzudur, Oxatana nəzərən 3 dərəcə vəziyyətindədir.

4. Əs-sabik (ərəbcə “irəlıgedən”) – Oxatana nəzərən 18 dərəcə 40 dəqiqə vəziyyətindədir.

5. Sinistra (“Sinister”- latınca “sol”) – Oxatana nəzərən 0 dərəcə 27 dəqiqə vəziyyətindədir.

6. Xan (əsl türk sözüdür) – delta ulduzu, Oxatana nəzərən 9 dərəcə 56 dəqiqə vəziyyətindədir.

7. Rəs əl-havva ( ərəbcə “İlantutanın başı”) – alfa ulduzu, Oxatana nəzərən 23 dərəcə 9 dəqiqə vəziyyətindədir.

Təncim elmində bu ulduzlardan ancaq Rəs əl-havva istifadə olunur. Həmin ulduz əxlaqsızlığın, pozulmuş zövqün, qadın sayəsində bədbəxt olmağın himayəçisi sayılır.

Son 40 ildə dünya miqyasında olan dəyişiklikəri anlamaq üçün təncim elmindən də xəbərdar olmaq lazımdır.

alt


Fidaska

Şərhlər:

  1. Бакинка dedi ki:

    Bissimillaahh ALlah axirimizi Xeyr elesin=)) Genede nece olursa olsun geenede Qiz burcuyemmm=)
    Saoll xebre goree =)))

  2. _Cinbala_ dedi ki:

    Maraqlidi cox sagol oxatanam ama oglaq geder xeyir oxatanda qalacam =)

    Sekil babat


    Redakt babat

  3. fanya_ya dedi ki:

    men de zakaz eliyim gerek ki meni ekizlerde saxlasinlar
    xebere gore twk

  4. New_Moon dedi ki:

    Xebere Gore Cox SAgol Amma Bunlara Inanmiram

  5. Gucci dedi ki:

    hm…maraqidi ama bu nedi gunde bir wey olure :((istemiyem twk

  6. meleyim dedi ki:

    hamisi bos seylerdi

  7. Fidaska dedi ki:

    fanya_ya,
    sen hansi burcsenki ?

  8. DaRk_AnGeL dedi ki:

    Gunde bir burc cixir eee bawa duwmek olmur xebere gore cox sagol

  9. _Aynur_ dedi ki:

    Maraqlidi…cox saq ol xebere gore….

  10. sevgi yalandir dedi ki:

    hmmmmmmmmmmmmmmmmmmmmmmmm twk

  11. Single Girl dedi ki:

    zehlem gedir wir burcunden men wir burcu olmaq istemiremmmmmmmmm demiwem deiwmiyceylerlaugh1

  12. Fidaska dedi ki:

    Single Girl,
    ne burcusenki watoskam,he birde wukur ele ilan tutan olmamisan xaxa

  13. ...::EMERALD::... dedi ki:

    DEYIREM BU ABS-LILARDAN NE DESEN GOZLEMEK OLAR

  14. Fidaska dedi ki:

    …::EMERALD::…,
    he duz diyirsen ee cankus

  15. UNDERCOVER dedi ki:

    8.Əqrəb 23.11-29.11

    twk

  16. Melekcik dedi ki:

    Men wir burcuyem yene:))

  17. DaviDoFF dedi ki:

    Бакинка,

    mene serf elemir axi =) terezi olacam =)

  18. Бакинка dedi ki:

    DaviDoFF,
    vayyyy en zehlem geden burcduee=)) bu burcler aktiv olunana kimi yegin olerik uje=)

  19. DaviDoFF dedi ki:

    Бакинка,
    men pul verecem deyecem meni eqrebde saxlasinlar =))))

  20. Бакинка dedi ki:

    DaviDoFF,
    he bu deyqe=)))amma ne disen gozdemek olaree her seyin evveli pull=)

  21. DaviDoFF dedi ki:

    Бакинка,

    pulun oldu dostun taniwun hedda QARDASHLARUN cox olur =)

  22. Бакинка dedi ki:

    DaviDoFF,
    qardaşun yoxee qardaş deyenlerunnn=)

  23. DaviDoFF dedi ki:

    Бакинка,

    indi sehv idi eledim gele uzume vurasan ? xeir tapmazsan a =)

  24. Miss_Azericka dedi ki:

    cox sagol ewitmiwtim bunu

  25. merry-girl dedi ki:

    bunu bilirdim oxumusdum twk

  26. BlAcKsTaRiN dedi ki:
    Onda men eqrebe dusuremki
  27. Fidaska dedi ki:

    ay usaqlar mende onda ekizlere dusurem………………..eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  28. ANGEL16 dedi ki:

    Menim burcum oxatandi.Oldugu kimi qalir. twk

  29. VERY_SHY dedi ki:

    Бакинка,
    mende qizam,diyiller guya cox pis burcdu,yeni wiltag olullar qizdari,ama mene xowdu burcum