Allahın buyurduqları

alt

İslam dini insan orqanizminə zərər verən, onun sağlamlığını korlayan hər bir şeyi haram buyurur və insanlara onlardan qaçınmağı məsləhət bilir. Spirtli içkilər, tütün, kefləndirici maddələrin hamısı bu qəbildəndir.
Qur`anın müsəlmanlara vacib buyurduğu namaz və onun kimi əsas ibadətlərin sağlamlıq baxımından çox böyük əhəmiyyəti vardır..
Namaz vaxtları bədənin hərəkəti üçün tövsiyə edilən ən münasib vaxtlardır. Sübh namazı insanın yuxudan tez durmasına, təmiz hava udmasına, günorta namazı gərgin işdən sonra bədənin dincəlməsinə, zöhr namazı işin sonuna yaxın orqanizmdə əmələ gələn yorğunluğun aradan qalxmasına səbəb olur. Şam namazı gün ərzindəki işini başa vuran insanın istirahətə hazırlaşması, gecə (yatsı) namazı isə günü başa vuran insanın öz yorğunluğunu və süstlüyünü aradan qaldırması, qan dövranını təzələmək, tənəffüsü yaxşılaşdırmaq məqsədilə bədən hərəkətləri etməsi üçün ən münasib vaxtdır.


İslam dini insan orqanizminə zərər verən, onun sağlamlığını korlayan hər bir şeyi haram buyurur və insanlara onlardan qaçınmağı məsləhət bilir. Spirtli içkilər, tütün, kefləndirici maddələrin hamısı bu qəbildəndir.
Qur`anın müsəlmanlara vacib buyurduğu namaz və onun kimi əsas ibadətlərin sağlamlıq baxımından çox böyük əhəmiyyəti vardır..
Namaz vaxtları bədənin hərəkəti üçün tövsiyə edilən ən münasib vaxtlardır. Sübh namazı insanın yuxudan tez durmasına, təmiz hava udmasına, günorta namazı gərgin işdən sonra bədənin dincəlməsinə, zöhr namazı işin sonuna yaxın orqanizmdə əmələ gələn yorğunluğun aradan qalxmasına səbəb olur. Şam namazı gün ərzindəki işini başa vuran insanın istirahətə hazırlaşması, gecə (yatsı) namazı isə günü başa vuran insanın öz yorğunluğunu və süstlüyünü aradan qaldırması, qan dövranını təzələmək, tənəffüsü yaxşılaşdırmaq məqsədilə bədən hərəkətləri etməsi üçün ən münasib vaxtdır. Namazda edilən hərəkətlərə gəlincə isə, qeyd etmək lazımdır ki, hər namazda bir neçə dəfə oturub qalxmaq insan bədənindəki qan dövranını təzələmək, onu canlandırmaq üçün ən yaxşı üsuldur. Namaz insan orqanizminin istifadə etdiyi bədən hərəkətlərinin ən yaxşısı hesab olunur. Çünki namaz qol, qıç, əl, ayaq və başı hərəkətə gətirir, bu hərəkətlər isə öz növbəsində əzələlərin, oynaq və sümüklərin hamısına yetişir.
Namaz bədənin üst tərəfindəki qanı endirmə gücünə malikdir. Məhz buna görə də, yüksək qan təzyiqi xəstəliyinə tutulanlar mütəmadi olaraq namaz qıldıqda onun faydasını mütləq görəcəklər.
Namaz sinir sisteminin rahatlanması, əsəb gərginliyinin, yuxusuzluğun aradan qaldırılması üçün də gözəl vasitədir.
Oruc. Oruc tutmaq müsəlmanın, Allahın buyurduğunu yerinə yetirərək, islam təqvimi ilə hər ilin bütün ramazan ayı boyu dan yeri söküləndən Günəş bat qədər yemək-içməkdən könüllü surətdə imtina etməsi deməkdir.
Orucluq insanın iradəsini möhkəmləndirir, oruc tutmaqla insan nəfsini özünə ram edir, yəni nəfsi onun üzərində deyil, o, nəfsinin üzərində hakim olur. Müsəlman hicri ili miladi ilindən on gün qısa olduğu üçün orucluq ilin müxtəlif fəsillərinə, o cümlədən yayın istisinə, qışın sazağına, şaxtasına düşür. Allah-təala bununla insanları sanki imtah çəkir. Allah rizasını qazanmaq istəyən mömin bütün bu çətinliklərə sinə gərərək bir ay ərzində orucunu tutur, ramazanda bütün asudə vaxtını namaz qılmağa, Allahı zikr etməyə, günahlardan tövbə etməyə, dua-səna ilə məşğul olmağa sərf edir. Allah-təala və mələklər yemək-içməkdən uzaq olduqları üçün, insan, ramazan ayında ilahi əxlaq haləsinə bürünür, mələkxislət olaraq böyük savab qazanıb cənnətlik olur.
Allahın insanlara vacib buyurduğu əməllərin arxasında bizim bildiyimiz və bilmədiyimiz bir çox mənfəətlər mövcuddur. Allah-təala, öz adətinə uyğun olaraq, insanlara pis şeyi əmr etməz. Əgər bu və ya digər əməli yerinə yetirmək Allah tərəfindən bizə buyurulubsa, deməli, onun bizim üçün müəyyən bir faydası vardır. Lakin insan ona vacib buyurulan hər hansı bir dini mükəlləfiyyəti praqmatik məqsədlə deyil, hər şeydən əvvəl, Allahın əmrinə itaət etmək, Onun razılığını qazanmaq üçün yerinə yetirir. Həmin əməlin savabı, əcri isə Allaha aiddir.
Oruc tutmaq da belədir. Orucluğun fərdi, sosial, əxlaqi və sağlamlıq baxımından insan üçün çox böyük əhəmiyyəti və faydaları vardır. İndi biz, qısa da olsa, orucluğun insanın sağlamlığı üçün olan faydalarına toxunmaq istərdik. Orucluq bir il müddətində gecə-gündüz çalışan bədən üzvlərinin istirahəti deməkdir. Orucluq sinir sisteminin dincəlməsi, mədə-bağırsaq, ürək-damar xəstəliklərinin, şəkər xəstəliyinin, yüksək qan təzyiqinin müalicəsi üçün böyk əhəmiyyətə malikdir. Orucluq köklüyün qarşısının alınması, bədəndə olan artıq piylərin təmizlənməsi, insanın fiziki cəhətdən yüngülləşib özünü qıvraq hiss etməsi baxımından misilsiz müalicə vasitəsidir..
Məlumdur ki, köklükdən əziyyət çəkən insanlar arıqlamaq üçün dərmanlar və tibbi preparatlar qəbul edirlər. Müxtəlif kimyəvi maddələrdən düzəldilən bu dərmanlar kökəlmənin qarşısını müəyyən qədər alsa da, bədəndə başqa xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Oruc tutmaq kökəlmənin, piylənmənin qarşısını almaq üçün ən gözəl, ən geniş müalicə üsuludur.
Orucluq müddətində ürəyin fəaliyyəti xüsusilə yaxşılaşır. Belə ki, bədənin hər bir hüceyrəsini qanla təmin etmək üçün durmadan fəaliyyət göstərən ürək orqanizmi qanla daha yaxşı təmin edə bilir. Orucluq nəticəsində bədənin hüceyrələri qüvvətlənir, onların müqavimət qabiliyyəti artır.
Orucluqda beyinin insan orqanizminə nəzarəti daha da yaxşılaşır, beyin bədənə daha tam şəkildə nəzarət edə bilir. İnsanın iradəsini qüvvətləndirən, psixoloji vəziyyətini yaxşılaşdıran, orqanizmin bütün üzvlərinin həmahəng şəkildə çalışmasına səbəb olan orucluq bütövlükdə ruh və bədənin sağlamlığını təmin edir. Orucluq insan bədəninin xəstəliklərə qarşı müqavimətini artırır.
. Göründüyü kimi, Allahın vacib buyurduğu orucun dünyadakı faydası bizi sağlam, güclü, iradəli, ruhən rahat etmək, axirətdəki faydası isə bizi Allah rizasına qovuşdurmaq, bununla da, bizə hər iki dünya səadətini bəxş etməkdir.


Allah namazlarınızı, oruclarınıznı və etdiyiniz bütün dualarımızı qəbul eləsin!

Imperator

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    İslam dini insan orqanizminə zərər verən, onun sağlamlığını korlayan hər bir şeyi haram buyurur və insanlara onlardan qaзınmağı məsləhət bilir. Spirtli iзkilər, tьtьn, kefləndirici maddələrin hamısı bu qəbildəndir.


    bilmek ve emel etmek her muselmanin borcudur esas emelinde duz olasan,.

    Allah namazlarınızı, oruclarınıznı və etdiyiniz bьtьn dualarımızı qəbul eləsin!


    Amin!!!
    xebere gore cox sag ol bele xeberlere ehtiyacimiz var tek oxumaq bilmek yox EMEL etmek lazimdir

  2. Miss_Azericka dedi ki:
    Allah razi olsun
  3. MELUSINA dedi ki:

    Allah namazlarınızı, oruclarınıznı və etdiyiniz bьtьn dualarımızı qəbul eləsin!


    Maraqli xebere gore cox sagol.Allah razi olsun twk

  4. Milady dedi ki:

    Allah razı olsun..

    Allah namazlarınızı, oruclarınıznı və etdiyiniz bьtьn dualarımızı qəbul eləsin!

  5. Jelannaya_013 dedi ki:

    TWK deyerli ve vacib xebere gore…

  6. UNDERCOVER dedi ki:

    4ox saol brat Allah razi olsun

  7. hz_yusif dedi ki:

    twk ALLAH RAZI OLSUN
    XEBERE GORE

    men namaz qilmazdan evel istediyim kimi gezirdim oz bildiyimi eliyirdi amma sizi inandirim ki indi xosbextliyin zirvesindeyem ve evvel xosbext oldugum seylere indi nifret eliyirem

  8. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZI OLSUN

  9. Yeni urek dedi ki:

    Allah cox-cox razi olsun.Saq ol qaqaw.Ellerin hec vaxt zerer gormesin.Amin!!!!

  10. DaRk_AnGeL dedi ki:

    Cox sagol dosi Allah razi olsun senden ki,bele gozel xeberi bizimle boluwursen

  11. BlAcKsTaRiN dedi ki:
    Allah namazlarınızı, oruclarınıznı və etdiyiniz bьtьn dualarımızı qəbul eləsin!
  12. ::HappilY:: dedi ki:

    Allah razi olsun

  13. _ESME_ dedi ki:

    Allahın vacib buyurduğu orucun dьnyadakı faydası bizi sağlam, gьclь, iradəli, ruhən rahat etmək, axirətdəki faydası isə bizi Allah rizasına qovuşdurmaq, bununla da, bizə hər iki dьnya səadətini bəxş etməkdir.

    Xebere gore TSK-ler…. twk twk twk ALLAH razi olsun

  14. _Sia_ dedi ki:

    Deyerli sozlerdir.

    ALLAH Razi olsun !…