Cənnət əhlinin böyük hissəsini kim təşkil edəcək?

Cənnət əhlinin böyük hissəsini kim təşkil edəcək?

Kişi ilə qadın bir-birləri ilə İlahi göstərişlər əsasında rəftar etməlidirlər. Bunun isə yeganə çıxış yolu İlahi təqvaya və ədalətə riayət etməkdir. İstər məişət işləri, istərsə də intim məsələlərdə ifratçılığa yol verməməlidirlər. Bundan başqa, hər iki tərəf üzərinə düşən vəzifələrə səhlənkarlıqla yanaşmamalıdır.

Kişinin qadına, qadının da kişiyə qarşı ədalətsizlik edib haqqını tapdalaması və ona qarşı hörmətsiz olması əxlaqdankənar hərəkət hesab olunur.


Qadınlar fiziki və bəzi hallarda ruhi baxımdan kişilərdən zəif olurlar. Əgər İlahi qanunlarda onlara bir sıra güzəştlər olunursa, kişilər bunu hər şeydən əvvəl nəzərə almalıdırlar. Heyz və nifas halında olan qadınların gündəlik vacib namazları qılmaması və vacib orucları tutmaması bu güzəştlərin ən bariz nümunəsi ola bilər.


Möminlərin əmiri Əli (ə) oğlu İmam Həsənə (ə) göndərdiyi məktubdda yazır: “Unutma ki, qadın güc və qüdrət mənbəyi deyil, bir dəstə güldür…”.


İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur: “Cənnət əhlinin böyük bir hissəsini zülmə məruz qalan qadınlar təşkil edəcək. Allah-Təala onların zəifliyindən agah olub Öz rəhmətinə qovuşdurar”.


Allaha iman gətirən hər bir müsəlman Allahın qadınlara İlahi güzəştini nəzərə alıb onlardan öhdəsindən gələ bilmədikləri işləri tələb etməməlidir. Kişi bilməlidir ki, qadın onun şəxsi mülkiyyəti deyil və ondan istədiyi kimi istifadə edə bilməz.


Qadın da, öz növbəsində ailədə tam mənada sərbəst və azad olmadığını və hər zaman istədiyini edə bilmədiyini dərk etməlidir. Bu barədə nə qədər fəsahətli sözlərdən istifadə edib ədəbi cümlələr qurmaq istəsək də, Peyğəmbər (s.ə.s) və Məsum imamların tövsiyələrinə ehtiyac duyur və onları özümüzə örnək qəarar verməli oluruq. Peyğəmbər (s.ə.s) bu haqda verdiyi bəyanatlardan birində buyurur:


“Əri ilə bədxasiyyət rəftar edən qadının qıldığı namaz və etdiyi xeyirxahlıqlar ərinə kömək edib onu razı salmayınca Allah tərəfindən qəbul olunmaz. Həmin bədxasiyyət qadın bilməlidir ki, gündüzlərini oruc tutub, gecələrini ibadətlə keçirib, Allah yolunda bir nəfəri azad edib bütün var-dövlətini sədəqə versə də, belə davam etməklə Cəhənnəmə ilk daxil olan şəxslərdən olar. Bu, qadınlara aid olmaqla yanaşı kişilərə də aiddir. Həyat yoldaşına əzab-əziyyət verən şəxs gündüzlərini oruc tutsa, gecələrini ibadətlə keçirsə, Allah yolunda bir nəfər bəndəni azad edib bütün var-dövlətini sədəqə versə belə, Cəhənnəmə daxil olan zülmkarlardan biri olar”.


Zülm deyildikdə, tək fiziki təzyiqlər deyil, mənəvi əzab-əziyyətlər də nəzərdə tutulur. Bir sözlə, Allah zülm və zülmkarlığı sevmədiyi kimi, Ona bəndəlik edən bəşər övladı da zülmə yol verməməlidir.

alt

melek=)

Şərhlər:

  1. Gucci dedi ki:

    cox sagol ellerine sagilq angel

  2. merry-girl dedi ki:

    cox sag ol canim Allah razi olsun

  3. sirinka))) dedi ki:

    canim darixma vsi budet ok))))))ver mne))))xeberin cox maraglidi sps))))) applause

  4. Sylar dedi ki:

    Cənnət əhlinin bцyьk hissəsini teqvali mu\"minler təşkil edəcək.

  5. BAKINKA_777 dedi ki:

    Mominlerin emiri Eli (e) oglu Imam Hesene (e) gonderdiyi mektubda yazir: "Unutma ki, qadin guc ve qudret menbeyi deyil, bir deste guldur…". applause

  6. MELUSINA dedi ki:

    ALLAH RAZI MARAQLIYDI TWK-LER twk

  7. meleyim dedi ki:

    maraqli temadi tsk

  8. ...::EMERALD::... dedi ki:

    MARAQLIDIR/.SAG OL

  9. Miss_Azericka dedi ki:

    cox sagol

  10. DaRk_AnGeL dedi ki:
    Cox sagol cox maraqli xeber idi amma Allahin iwini bilmek olmaz bunlar sadece proqnozlardir…
  11. RoZaLiNDa dedi ki:

    kiwi ile qadin munasibetlerindeki widdetden sobet gedir..bir birine pis reftar eden wexsler cennete girmez

  12. Бакинка dedi ki:
    tewekkur bu deyerli xebere…yeqin 20% olar ureyi emeli temiz olan her kes .Ureyi Allahla olan her kes Cennete laiqdir…
  13. Milady dedi ki:

    Allah razı olsun cog saol

  14. Dj ExTrEmE dedi ki:

    Allah Razi OLsuN)

  15. Single Girl dedi ki:

    Ureyi kinli insanin kimdense aciq cixmaqi gozdeyen insanin yanindakinin torbasini bezrazmer tiken insanin cennetde ne iwi?? ALlah her birimize komey olsun! ALlah razi olsun! Deyerli xebere gore!

  16. Imperator dedi ki:

    cox saqol ALLAH RAZI OLSUN

  17. ANGEL16 dedi ki:

    Deyerli xebere gore sagol

  18. taliya dedi ki:

    sagol bacis melumatlandirdigin ucun angel

  19. UNDERCOVER dedi ki:

    4ox saol Allah razi olsun

  20. fanya_ya dedi ki:

    suppa xeber idi 4ox saol

  21. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…