Ayrılıq acısı


alt
Ayrılıq acısı

Ayrılıq… Bu 7 hərfdən ibarət olan söz iki ildən çoxdur ki, məni məndən edib, məni səndən edib, yolumu dumanlı edib. Artıq ürəyim bu qədər yükə tab gətirmir. Sənsizlik məni yandırıb külə döndərdi. Nə olar gəl artıq bezdim səni kimdəsə axtarmaqdan. Sənsizlik məni parça-parça edir. Ürəyimdən çıxan həsrət yanğısı gözümdəki yaşları qızdırır. O yaşlar ki, üzümə dəyəndə sənsizliyin acısını məndən ala-ala öz qəddar izlərini buraxır. Mənə bu canı Tanrı verdi, amma sən alırsan. Səni sevməkdən deyil gəlməyəcəyini bilə-bilə yolunu gözləməkdən bezdim. Amma qəlbimdə sənə aid olan ümidlərim məni həyata bağlayır. Nə vaxtsa gələcəksən deyə içimdə bir ümid var. Heç üzünə baxmadım. Səsinin tonunu eşitmədim. Hər zaman bunu düşünmüşəm. Görəsən Səni Sevirəm sözünü necə vurğu ilə deyirsən? Mənimlə danışsaydın mənə nə deyə müraciət edərdin? (ürəyim, birdənəm, eşqim, canım, qiymətlim yoxsa sadəcə adım ilə?) Amma nə yazıq ki, nə deyəcəyini bilmirəm və heç zaman bilməyəcəm. Mənim olduğu halda o gözə baxa bilmədim, əllərini tuta bilmədim. Sadəcə sənin dilindən çıxan bir of kəlməsi məni yandıra-yandıra kül etdi. Sonrada sən dəli bir külək olub məni hər tərəfə, bilinməyən yerlərə sovurdun. Mən səni sevirdim. Amma nə yazıq ki, qürurumdan bunu etiraf edə bilmədim. Başqalarının nə deyəcəyini düşünə-düşünə səni öz əllərimlə yadlara təhvil verdim. İndi kiminsən? Kimlərləsən? Evlənibsən? Ölübsən? Qalıbsan? Heç birini bilmirəm. Çünki sən iki il bundan öncə mənim idin bu gün yox.

::HappilY::

Şərhlər:

  1. ZakonLubvi dedi ki:

    agla AYRILIK AGISI NEDIR MEN COK YAXWI BIKIREM AMMA HECNE OXUYA BILMEDIM CANN agla agla

  2. UNDERCOVER dedi ki:

    yaxwiki oxuya bilmedim 4unki menlik deyil

  3. fanya_ya dedi ki:

    UNDERCOVER,
    ale oxuyanda bizim werhlerimizi de oxu

  4. HATE OR LOVE ME dedi ki:

    cox yaxwi oxuya bilmedim. ama yene de bawa duwdum. maraqli idi. sevmeyi bacaririqsa unutmagi da bacarmaliyiq twk

  5. ::HappilY:: dedi ki:

    ZakonLubvi,
    Miss_Azericka,
    fanya_ya,
    New_Moon,
    fanya_ya,
    _Cinbala_,
    New_Moon,
    _Aynur_,
    MELUSINA,
    fanya_ya,
    LadyGirl,
    Бакинка,
    ANGEL16,
    Jelannaya_013,
    meleyim,
    BlAcKsTaRiN,
    UNDERCOVER,
    Gucci,
    fanya_ya,
    hz_yusif,
    HATE OR LOVE ME,
    deymezzz

  6. ::HappilY:: dedi ki:

    Dj ExTrEmE,
    deymezz

  7. klose777 dedi ki:
    TESHEKKURLER, MARAQLIDI…
  8. ::HappilY:: dedi ki:

    Imperator,
    klose777,
    …::EMERALD::…,
    deymezz…………………………

  9. BlAcKsTaRiN dedi ki:

    cry uhuuuuuuuuuu cry uhuuuuu… agla

  10. meleyim dedi ki:

    ne olaydi etibar vefa adindan
    layiqli bir eser yaza bileydim
    goturub dunyanin dil kitabindam
    ayriliq sozunu poza bileydim

  11. Miss_Azericka dedi ki:

    oxudum ureyim:((( cry cry

    Talib Taleh-Sen Ozge Birinin Men Ozge Birinin mahnisi aqlima geldi :(((((((((((

  12. fanya_ya dedi ki:

    oxuya bilmedim)))

  13. New_Moon dedi ki:

    Super Redakte Edilib………………….Cox SAgol Dostik Birteher Oxudum greeting
    cry cry cry

  14. fanya_ya dedi ki:

    New_Moon,
    no men he4 oxuya bilmadim

  15. New_Moon dedi ki:

    fanya_ya,
    Kopya Ele Worde Orda Oxuya Bileceksen

  16. _Aynur_ dedi ki:

    Oxuya bilmedim…gozlerim aqraqdi…yenede cox saq ol…

  17. MELUSINA dedi ki:

    oxudum maraqlidi cox sagol twk

  18. fanya_ya dedi ki:

    New_Moon,
    sovet uchun chox saq ol

  19. Бакинка dedi ki:

    tewekkuler djanim o4enn intresnooo

  20. ANGEL16 dedi ki:

    Xebere gore cox sagol. Allah hec kimi sevdiyinden ayirmasin

  21. Jelannaya_013 dedi ki:

    twk xebere gore…