Gedən Gəlməz, Gələn Gedər…


alt

Gedən Gəlməz, Gələn Gedər…

-Heç bir yaş, ölümü düşünmək üçün tez deyil…

Bir gül yarpağı kimi, min bir müəmma ilə örtülü kainat kitabında, bir sətirlik ömürü olan hər canlının, digər bir ifadəylə hər gələnin gedib, hər gedənin də gəlməmək üzrə ardından buraxdığı mesaj, üç hecalıq bir “əl-vi-da”dır…

alt
Bəli “Gecə-gündüz dönməsində hər dost vida edər”. İndiyə qədər bu sondan heç bir kimsə özünü qurtara bilməmişdir. Bədiüzzamanın ifadəsiylə: “Necəki insan kiçik bir aləmdir; yıxılmaqdan xilas ola bilməz. Aləm də böyük bir insandır; o da ölümün pəncəsindən xilas ola bilməz.”



alt

Bir sətirlik həyatımızın hansı hərfində, hansı hecasında olsaqda dəyişməyən həqiqət budur ki, “Heç bir yaş, ölümü düşünmək üçün tez deyil” Bu gerçək bir həyat prinsipi olması lazım olarkən, nədəndirsə başımıza xəstəlik kimi bir müsibət gəlmədən oyana bilmirik.


alt

Gedən gəlməz, gələn gedər…
Aldandığımız digər bir xüsus, hisslərimizin çəkdiyi rotadır ki, fani olan bu dünyanı ölümsüz və daimi zənn edirik. Niyə? Çünki özümüzə, ətrafımıza və dünyaya baxdığımızda hər şeyin sabit və sanki heç bir dəyişikliyin olmadığı düşüncəsinə qapılırıq. Hər doğum müjdəsinin bir ölüm xəbəri demək olduğunu unutmuş olsaq belə, bizdən əvvəlkilər haradadırlar?

alt

Bunların yanında ən gizli məxluqun ahını eşidən bu dünya sarayının sənətkarı bizə bu haləti; gecə və gündüzü, qış və yazı ilə dünyanı bir kitabın səhifələri kimi asanlıqla çevirib, yazıb, pozub dəyişdirməsi ilə hiss etdirməkdədir. Və sanki “hazırlanın daimi və başqa bir məmləkətə gedəcəksiniz” deyə xəbərdarlıq etməkdədir.

alt

“Ölüm sonrasını düşünərkən, kainatın təməl qanunlarını, Yaradanın sənət incəliyini başa düşərək, hətta ona heyran olaraq yola çıxmaq lazımdır. Yoxsa, kainat nizamını bir təsadüf, həyatı və canlılığı sadə bir uyğunlaşma sanaraq insanın ucalığındakı sirləri həll etmək qeyri-mümkündür. Beləcə təməl düşüncə tərzində materialistlərdən ayrılırıq. Maddə elmlərinə əslində onlardan daha çox hörmətliyik.

alt

Maddəni quru qəlibləri içində görərək ondan başqa varlıq qəbul etməmək bir qəflətdir. Əgər hər şeyi maddə sansaq o zaman həyat ‘Ardından qaçıb tuta bilmədiyimiz ümidlər, bədbəxtliklər… həyəcanlar, kədərlər, yorğunluqlar və bunlara son damğasını vuran ölüm…’ ssenarisindən ibarət olar. Kainatın gözəlliklərindən, incə sənətindən, dərin şüurundan belə bir sonu gözləmək qeyri-mümkün. Kainatın uca yaradıcısı, aləmlərin ən gözəli, insana belə bir son damğasını vurmaz.

::HappilY::

Şərhlər:

  1. _JeLiBoN_ dedi ki:

    Tesekkurler girl_cool

  2. Gucci dedi ki:

    coxsagol :)))) twk

  3. MELUSINA dedi ki:

    xebere gore cox sagol twk

  4. DaRk_AnGeL dedi ki:
    Cox sagol xowuma geldi
  5. Milady dedi ki:

    maeaqlıydı coooooox sagol

  6. _Aynur_ dedi ki:

    Maraqli xeberdi cox saq ol…

  7. HATE OR LOVE ME dedi ki:

    cox sagol canimş superdi

  8. ::HappilY:: dedi ki:

    LadyGirl,
    KIVANC,
    …::EMERALD::…,
    meleyim,
    Gucci,
    MELUSINA,
    DaRk_AnGeL,
    Milady,
    _Aynur_,
    HATE OR LOVE ME,
    deymez

  9. ...::EMERALD::... dedi ki:

    COX SAG OL

  10. Jelannaya_013 dedi ki:

    "Цlьm sonrasını dьşьnərkən, kainatın təməl qanunlarını, Yaradanın sənət incəliyini başa dьşərək, hətta ona heyran olaraq yola зıxmaq lazımdır.

    maraxli idi twk…

  11. UNDERCOVER dedi ki:

    maraqli xebere gore 4ox saol

  12. _ESME_ dedi ki:

    -Heз bir yaş, цlьmь dьşьnmək ьзьn tez deyil…

    xebere gore tsk-ler twk twk twk

  13. ZakonLubvi dedi ki:

    Bir sətirlik həyatımızın hansı hərfində, hansı hecasında olsaqda dəyişməyən həqiqət budur ki, "Heз bir yaş, цlьmь dьşьnmək ьзьn tez deyil" Bu gerзək bir həyat prinsipi olması lazım olarkən, nədəndirsə başımıza xəstəlik kimi bir mьsibət gəlmədən oyana bilmirik. shock

  14. VERY_SHY dedi ki:

    Coxsaol oxumadim

  15. Miss_Azericka dedi ki:

    cox sagol ureyim

  16. ::HappilY:: dedi ki:

    _JeLiBoN_,
    Jelannaya_013,
    UNDERCOVER,
    _ESME_,
    ZakonLubvi,
    VERY_SHY,
    Miss_Azericka,
    fanya_ya,
    deymeeezzz

  17. Sweet HOSTed Girl dedi ki:

    thanksssss