Həyatda çirkin bir şey varmı?


alt
Bir gün bir uşaq anasından soruşur:
Anacan, Allah niyə hər kəsə zənginlik vermir?
Ana körpəsinin başına sığal çəkərək: “Balam, gəl bu sualın cavabını sənə danışacağım hekayədə axtaraq.”.
Bir zamanlar sənin kimi, bir nəfər də bu məsələni elə hey düşünür. Amma heç cürə bu müşkül məsələnin cavabını tapa bilmir.
Bir gün həyətinin bağçasını belləyərkən böyük bir xəzinə tapır.
Həmin adam çox səxavətli olduğuna görə xəzinədən şəhərdəki hər kəsə paylayır. Bunu etdiyinə görə də özünü çox xoşbəxt hiss edir.
Çünki artıq, istədiyi həyata keçmişdi. Artıq hər kəs zəngin idi.
Aradan bir həftə ya keçər, ya keçməz həmin adam evə alış-veriş
etmək üçün bazara yollanır.
Lakin nə görsə yaxşıdır, dükanların hər biri bağlı.

Çünki artıq hər kəs zəngin olmuşdu, heç kəsin pul qazanmağa ehtiyacı qalmamışdı. Nəticədə heç kəs də zəhmət çəkib işləmək istəmirdi.
Qısaca həyat durmuşdu.
Bu adam, vay, başıma gələnlərə bax, deyərək etdiyi səhvi anlayır.

Cənabi-Allahın kainata qoyduğu nizamın təməlində mərhəmət var.İnsan həyata həmin mərhəmətin pəncərəsindən nəzər yetirsə, olub-bitənləri, zərrədən kainatın ucsuz-bucaqsız ümmanında baş verən icraatlara qədər hər şeyin mərhəmət adlanan o hərarətli ana qucağından daha mehriban Rəhmanın cilvələri olduğunu hiss edəcək. Yerdə gördüyümüz bataqlıqda səmanın ulduz sayrışların əksini görüb hər şeyin yerli-yerində olduğunu anlayacaq və anladaıqdan sonra hər kəsə anladmağın sevdası ilə coşub-daşacağıq. Budanan bir qızıl gül daha gözələ təbəddül edir, torpaq altında çürüyüb ölən toxum yeni fidanın anası olur, soyuq qışdan sonra baharın müjdəçisi inciçiçəyinin bəmbəyaz çöhrəsi boylanır dünyaya. Qısacası hər gördüyümüz gözəldir, hər olub-bitən hadisə gözəlliyə atılan bir addımdır. Zənginlik də, varlılıq da bu ədalətli nizamın əvəzolunmaz iki əsasıdır. Yəni Allahın, Rəhmanın mərhəmətidir.
Nə yaxşı ki, kasıblıq var, nə yaxşı ki, zənginlik var, deməyə gecikməyin.

Imperator

Şərhlər:

  1. _ESME_ dedi ki:

    TSK-ler twk twk twk cox maraqli idi

  2. DaRk_AnGeL dedi ki:
    Cox sagol dosi ellerine sagliq
  3. ::HappilY:: dedi ki:

    supeeeerrrr xeberdiiiiiii cox sagollll

  4. Nadejda_Lyubvi dedi ki:

    Həyatda зirkin bir şey varmı?

  5. jasminka dedi ki:

    HER BIR WEYI ALLAH YARATDIGINA GORE MENCE YOX applause applause applause

  6. Melusiana dedi ki:

    ela idi her kec bundan ders goturmelidir,her sey zenginlik deyil

  7. _Cinbala_ dedi ki:

    gelende oxuyacam soz reyimide qeweyce yazacam ………… rah )

  8. UNDERCOVER dedi ki:

    4ox saol Brat Allah razi olsun

  9. New_Moon dedi ki:
    Nə yaxşı ki, kasıblıq var, nə yaxşı ki, zənginlik var, deməyə gecikməyin.
    .
    .
    Cox SAgol Brat Allah Razi Olsun
  10. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler girl_ang girl_ang girl_ang

  11. fanya_ya dedi ki:

    Hamisi duzdu pul olandan sonra hech trudit elamaya oxot yoxdu znachit bilir ki nasa eliyir

  12. dangerous_angel dedi ki:

    thanks)ALLAH razi olsn)

  13. MELUSINA dedi ki:

    xeber coooooox maraqli ve menalidi cox sagol Allah razi olsun twk

  14. Miss_Azericka dedi ki:
    Allah Razi Olsun dosim
  15. _Sia_ dedi ki:

    Nə yaxşı ki, kasıblıq var, nə yaxşı ki, zənginlik var, deməyə gecikməyin.

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…