ibretamiz hekaye

Keçmişdə bir qaniçən, istilaçı hökmdar vardı. Işi-peşəsi müharibə eləmək, ölkələri viran qoymaq, çapıb-talayıb qənimət yığmaq, xəzinəsini qızıl-gümüşlə doldurmaq idi. Bu xəzinənin qəribə bir sirri vardı. Qapısı ancaq çöldən açılırdı. Açarın biri hökmdarda, o birisi isə xəzinədə idi. Qapı gərək ehtiyatla açılaydı. Örtüldüsə onu içəridən açmaq mümkün deyildi. Padşah bir gün yenə böyük qənimətlə səfərdən qayıtmışdı. Xəzinədəki daş-qaşa, qızıl-gümüşə, zəngin sərvətə tamaşa eləmək üçün xəzinəyə yollandı. Sirli qapı hökmdarı məşğul eləməyə başladı: “Görəsən nə səbəbə qapı örtülür, ama açılmır?”. Bu fikir içində padşah xəzinənin qapısını açanda ehtiyatsız tərpəndi. Qapı örtüldü. Heç kəsin xəbəri olmadan o içəridə qaldı.

 

Bir gün, iki gün, üç gün keçdi. Padşah aclığa tab gətirə bilmirdi. Gördü ki, burda qalıb öləcək. Oğluna belə bir məktub yazdı:
“Oğul, ALLAH anlayandır. Taleyim elə gətirdi ki, ölkələr fəth eləyən atan xəzinədə acından öldü. Bu qədər qızıl, daş-qaş bircə həftə məni yaşada bilmədi. Bir xəzinə bir çörəyi əvəz edə bilmədi. Indi başa düşdüm ki, bundan ötrü bu qədər qan tökməyə dəyməzmiş. Ölkəni sülhlə idarə elə. Daş-qaş, qızıldan, var-dövlətdən ötrü müharibə eləmə, qan tökmə. Xəzinəni boş saxla. Təki anbarların taxılla, təknələrin çörəklə dolu olsun. Qızıl insanı yaşada bilməz, çörək yaşadar. Qızıl yeyilməz, Çörək yeyilər!!!

Ayselka

Şərhlər:

  1. PRistupnIK dedi ki:

    hmmmm saqol

  2. MILAQROS dedi ki:

    cox teshekkurler

  3. Angelocka dedi ki:

    Coooooooooooxxxxxxxx sagolllllll canimmm heqiqetende cox maraqli idi opucuk

  4. aznetin_gozeli dedi ki:

    men ilk defe idi ki, online nese oxuyurdum,,,,adeten saxlayib sonra oxyuram, amma sene halaldir, bunu men etdiridn..

    ehsen!

  5. star dedi ki:

    COOOOOOX TEWEKKURLER,BOW YERE DEMIRLER KI,INSAN BU DUNYADAN GEDENDE 1 AG KEFENNEN BAWQA HECNE APARMIR OZUYNEN,BIR DE KI YAXSHI VE PIS EMELLERINI.DUNYA MALI DUNYADA QALIR.BUNU ISE COOX TEESSUF KI,COOXLARI ANLAMIR BU FANI DUNYADA, opucuk