Gor neler oldu

Gor neler oldu

Mən nələr düşündüm, gör nələr oldu,
Həyatım çiçək tək saraldı, soldu,
Hicranı düşünüb, gözlərim doldu,
Sənə neyləmişdim axı mən gülüm?

Mən səni sevirdim bir yoldaş kimi
Ömrümə, qəlbimə bir sirdaş kimi
Niyə kiçik tutdun böyük eşqimi
Sənə neyləmişdim axı mən gülüm?

Görürəm qabaqda böyük uçuram var,
Məni düşünərsən gözlərin dolar
Sənə yadigarım bu sözlər qalar
Sənə neyləmişdim axı mən gülüm?

Sənə nifrətim yox bir zərrə qədər
Görüm ömrün boyu sən görmə kədər
Ürək susmaq bilmir, yenə səs edər
Sənə neyləmişdim axı mən gülüm?




Espazito

Şərhlər:

  1. Angelocka dedi ki:

    Cox sagol ela smile

  2. BLACK STAR dedi ki:

    cox saol..gozeldi..xowuma geldi))

  3. New_Moon dedi ki:

    Sənə nifrətim yox bir zərrə qədər
    Gцrьm цmrьn boyu sən gцrmə kədər
    Ьrək susmaq bilmir, yenə səs edər
    Sənə neyləmişdim axı mən gьlьm? cry