Qohumla ailə qurmaq düzgündürmü?


alt
Ailə qurarkən,bu işdə hər kəsin məsuliyyətli olmasını unutmamaq və riskə girməməkdə fayda vardır.İslam dini əmi, dayı, bibi, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur, amma bəzi hədislərdə məsləhət görülür ki, adamlar uzaqdan evlənsinlər ki, uşaqları sağlam olsun.Ta Qədim Misirdə fironların arasında hətta bacısı ilə evlənənlər də tapılırdı. Avropa kral ailələrində də əmi, dayı, xala, bibi uşaqlarının nikahı da adi hal sayılırdı. Amma İngiltərə kralı 8-ci Eduard bu tilsimi sındırır və xalq arasından çıxmış adi qızla 2-ci Marqretlə evlənir.

Gəlin baxaq:Yaxın qohumla hansı səbəblər üzündən ailələr qurulur?(Aşağıdakı səbəblər Azərbaycan cəmiyyətində formalaşan düşüncələrdir.)

1. “Deyirlər, əmi qızı ilə əmi oğlunun nigahı göydə kəsilib.”

2. “A bala, gəl özümüzkülərdən alaq,ətimizi yesə də,sümüyümüzü atmaz”

3. “Mən Gəncədən oğluma qız almaram!” və ya “Yeraza adam qız verər?”

4. Bəzən qohum cütlər həqiqətən də,bir-birilərinə aşiq olurlar və həyatlarını birləşdirirlər.

5. Valideynlərin təzyiqi altında qohum cütlərin nigahı qurulur.

6. Gənclərin bəziləri bu cür düşünür:”Oğlan evlənəcəyi qız haqqında tam məlumatlı olur. Qızın əvvəlki həyatı barəsində nəyisə araşdırmağa ehtiyac qalmır. Qızın nəsil və nəcabatı, əxlaqı, sağlamlığı, əqidəsi barəsində tam arxayın olur.”

7. Bir çox məsələlərdə qohumlar bir-birinin analmağa çalışırlar. Məsələn toy, nişan və .s kimi məsələlərdə bir-birini maddi xərcələrə salmırlar.

8. Qız qohum olduqda , oğlanın valideynləri ona öz balası kimi münasibət bəsləyir. Qaynana-gəlin məsələsi ortadan qalxır. Qız da həmçinin oğlanın valideynlərinə daim hörmətlə yanaşır. Çünki hər şeydən öncə qız anlayır ki, oğlanın ata-anası onun yaxınlarıdır, qohumudur. Qız da onlara öz doğma ata və anası kimi münasibət göstərir.

9. Qohumçluq əlaqələri daha da güclənir. Hətta ailədə qızla oğlan arasında baş verən münaqişə əksər halda sülh ilə nəticələnir. Çünki valideynlər qohum olduğundan aralarında soyuq münasibətin olmasını istmillər. Belə ailələrdə boşanma halı da az olur.

Səbəbləri araşdırsaq,sayını bir qədər də artırmaq olar.Amma məsələ bundadır ki,qohumluq əlaqəsi ilə ailə quran bütün gənclərin bu nigahdan yarana biləcək nəticələrdən xəbərləri varmı,kifayət qədər məlumatlı olaraqmı nigah bağlayırlar?Bu da doğrudur ki,qohum cütlərin normal keçən nigah durumu da vardır ki,ailələrində əksər uşaqları sağlam dünyaya gəlilər və problemsiz yaşayırlar.Amma,baxaq görək bu bütün ailələrdə belə olurmu?

Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK-nı formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.

Antropoloq Erik Lepisto başqa səbəblər gətirir: «İnsanlar öz varidatını bir yerdə saxlamağa çalışır. Fərqi yoxdur, istər Azərbaycanda olsun, istər Afrikada, Amerikada, yaxud Yaponiyada, insanlar öz qohumları ilə evlənməyə çalışırlar. Və bu, sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir».

melek=)

Şərhlər:

  1. BalaM dedi ki:
    mence pis hecne yoxdu qohumalugda..amma ozum tolko yada gedeceme)))Maragli xebere gore sagol give_rose
  2. Imperator dedi ki:

    saqol mence duz deyil

  3. ZakonLubvi dedi ki:

    twk nifret edirem qohumla evliliylere uwaqlik boyu bagi qardaw axirdada sevgilim crazy

  4. fanya_ya dedi ki:

    no po-moyemu qohumlar evlenende uwaqlari ne day boq wikest olur)))

  5. Dj ExTrEmE dedi ki:

    Cox sagol))

  6. BalaM dedi ki:

    Single Girl,
    qismet))

  7. Milady dedi ki:

    maraqlı xeber ucun tewekkur sevdıkden sonra qohum yad goz gormur ama yad en gozelıdı )))

  8. Dj ExTrEmE dedi ki:

    Eww Qohumla evlenmey hecde yawi gormuram qeweng qiz yoxdu qoyumllarda Ozum tapajam Ozum Olaja Getirejem Emirjana ))))))) opucuk

  9. taliya dedi ki:

    men pis baxmiram hami xosbext olsun

  10. New_Moon dedi ki:

    Pis Baxiram ..Qohumla Qohum Evlenenlerin 90% Bowanirlar
    .
    Xebere Gore Cox SAgol

  11. tural_16 dedi ki:

    eger sevirsense niyede olmasin,xebere gore cox sagol

  12. ...::EMERALD::... dedi ki:

    MENCE DE DUZGUN DEYIL

  13. R_E_N_A dedi ki:

    men bir weyi bawa duwmedime Yerazlara ne olubki orda Yeraza qiz vererler sozu iwlenib. Birincisi yeraza getmey isteyen o qeder qiz varki hec baxin gorun yerazlar ele qizlari ya da ki her qizi beyenib alir? elbetdeki yox.

  14. Single Girl dedi ki:

    BalaM


    az yeri=))))Meni isteyen olub qohumdan olsemde gedmeremmmm tanidiqim adamaaa =))))Men yada gedejem=))))
    _Cinbala_
    saqoleee azz ikimizde ele eyni agildayiqlaugh1

  15. Miss_Azericka dedi ki:

    Maragli xebere gore sagol smiles

  16. the 13th Warrior dedi ki:

    [b]Men hec beyenmirem qohumla aile qurmagi, yene de qismet.
    Emeye hormet, cox sag olun xebere gore[/b]

  17. Single Girl dedi ki:

    Men duz baxmiram emi qizi nedi emi oqlu nedi evlenmek nedi qijiniski sohbetdi Bir birine baci qardas kimi olan adam nece evlene bilere axi mene catmirda

  18. BalaM dedi ki:

    Single Girl,
    az xetrime deyirsenaaaa))))) tayfamda hami qohum qohumu alib))))) ireful ))))

  19. sirinka))) dedi ki:

    tewekkur canim amma gismet twk angel

  20. Бакинка dedi ki:
    Tibbi arawdirmarlarla getsek onlarla bir fkirde olsaq duzgun deil…cun dunyaya gelen uwaqda her hansi sa bir catiwmamazliq meydana cixir buna gore alimler desteklemirler qohum ile aile heyati qurmagi…Gene ALlah ne yazibsa odu ya qohum ya yad ya saqlam ya da wikest…….
    SAol xebere goree suuPPPaaa
  21. _Cinbala_ dedi ki:
    Бакинка,
    Single Girl,
    ureyvuzu bosaldune sizincun atilib xeber laugh1
    "A bala, gəl цzьmьzkьlərdən alaq,ətimizi yesə də,sьmьyьmьzь atmaz"
    menimde xosum gelmir qohum qohumu alsin Fatimenin sozlerine qosuluram..nediki qardas baci kimi isdeyek sora….alsun =))olerem evde qalaram getmerem qohuma =))maraqli xeberdi cox sagoyyyyyyyy wiyinka

  22. Gucci dedi ki:

    bilsiz burda ele de pis wey yoxdu sadece her aile ovladinin duzgun secminie emin deyildir… beleki yawli nesil bizim kecdiklerimizi kecdikleri ucun cavanlarinda hemen sehfi yawamamiscun caliwir duzdu hami bawi dawa deyerek oyrenir:))) o adw hemiwe bawimiza deyir :)))
    sadece insan oglu ezelden beledi evladini qorumaq meqsedile qohmla evlendirilir :))) kimisi razi olur kimisise qacir soygulusune

  23. 90_EJ_062 dedi ki:

    men shexsen duzgun saymiram …en cox da kiwi terefden qiz almaq ve ya ere getmeyi……………. twk

  24. merry-girl dedi ki:

    cox sag ol xebere gore qohumla evlilikde bir sey gormurem cunki bele hadiseler cox gormusem

  25. MELUSINA dedi ki:

    ALLAH NE YAZIB ODA OLACAQ XEBERE GORE TWK-LER melek=) twk

  26. BuBLiK dedi ki:
    BalaM,
    =)))u nas toje=)olarida bawa duwurem hami gorhur yad yerdan almaga gohum bilisen nedi amma yad yerda olani yox=)
    amma menim howum gelmir…
    men vawe ne yad ne gohum era gedan deylem..ozumcun yawiyacam=)

  27. sirine dedi ki:

    nifret eliyiremde qohum evliliyine tesekkurlercik

  28. BlAcKsTaRiN dedi ki:
    ALLAH UZAQ ELESIN MENI QOHUMA VERSINLER,KIS-KISLAR OLSUN……..