Allah

İdrakda yol açmış gecədən gündüzə Allah
Güldürməsən öz könlünü gülməz üzə Allah
Dünyaya şəfəglər kimi tanrım səpələnmiş
Qəlbin gözü yanmazsa görünməz gözə Allah

Allah bilirik cismi deyil bəs nədir? Allah
Ən yüksək olan haqda həgigətdədir Allah
Döndüsə təkamul və gözəllik qabağında
Dərk et, bu təccübdə bu heyrətdədir Allah

Bildik, bilirik gizlidir insandakı qüdrət
Hər kəs onu fəhm etməsə acizdi o əlbət
İnsanın əzəl borcudur insanlığa hörmət
İnsanlığa hörmətdə, leyaqətdədir Allah

Gerçəkdə budur gizlidir hər zərrədə vəhdət
Bir zərrə ikən külli gövüshmaz ulu niyyət
Gorduklerimiz zahiridir betne nufuz et
Batindəki, cövhərdəki fitrətdədir Allah

Fitrətdə yatır sözdə, sözün öz yükü fikrim
Seçmiş, seçəcək daima tükdən-tükü fikrim
Mən bir ağacam yarpağı sözlər, kökü fikrim
Sözlərdə deyil sözdəki hikmətdədir Allah

İnsan təpədən dirnağadək arzu-diləksən
Nəfsində doyumsuz fəgət eşqində mələksən
Zülmün üzünə haqq deyilən şhilləni çəksən
Shilləndə möhürlənmiş o qeyrətdədir Allah

Cahil, əgər alçaqlığa öz qəlbinə yenməz
Vicdandan əgər dönsədə, xeyrində o dönməz
Zülmətdə, cəhalətdə. ədavətdə görünməz
İlqarda, sədagətəe, məhhəbətdədir ALLAH

Firuze

Şərhlər:

  1. love_krasotka dedi ki:

    Аллах разы олсун

  2. MILAQROS dedi ki:

    love_krasotka,
    ya_za

  3. Angelocka dedi ki:

    Cox sagol canim allah razi olsun

  4. the 13th Warrior dedi ki:

    Ehsen Cox sag ol. Cox xowum gelir bu werden. Sehv etmiremse, B. Vahabzadenindir, Hele?

    Allah razi olsun. Elin -qolun agrimasin.

  5. star dedi ki:

    Allah ureyince versin,coooooox sag ol. opucuk