İmam Hüseyn (ə) əzadarlıq mərasimləri


alt
Bütün dünyada olduğu kimi, Yaponiyada da bu ölkənin Əhli-Beyt (ə) tərəfdarları müqəddəs Məhərrəm ayını Şəhidlər Şahı İmam Hüseynə (ə) əzadarlıqlarla qarşılayırlar. (abna)
İmam Hüseyn (ə) əzadarlığı mərasimləri Yaponiyanın paytaxtı Tokioda bu ölkədə Əhli-Beyt mübəlliğlərindən olan Qum Seminariyasının Yaponiyalı məzunu və Tokio Əhli-Beyt (ə) Mərkəzinin rəhbəri Höccətül-İslam vəl-Muslimin Şeyx İbrahim Savadanın gündəlik söhbətləri ilə keçirilir. Bu mərasimlərdə o, İmam Hüseynin (ə) hərəkatının hədəfləri barəsində çıxışlar edir.
Qeyd etməyə dəyər ki, Şeyx İbrahim Savada mütəmadi olaraq Yaponiya müsəlmanları və bu ölkənin ənənəvi dini sayılan sintoizm nümayəndələri üçün İslamşunaslıq seminarları təşkil edir.
ABŞ-ın Texas ştatında yerləşən “İslam Əhli-Beyt (ə) Assosiasiyası” da Məhərrəm ayında bir neçə tədbir keçirməkdədir. Təşkil olunan məclislərdə Şeyx Abbas Cəfər müsəlmanlar üçün xütbələr oxuyur, Aşura ziyarəti və digər dualar oxunur, əzadarlıq mərasimləri keçirilir.
Xatırladaq ki, “İslam Əhli-Beyt (ə) Assosiasiyası” ABŞ-ın Texas ştatının Austin şəhərində 20 fevral 1997-ci ildə yaradılıb.
İngiltərədə yerləşən “Haydari İslam Mərkəzi” dekabr ayının 7-dən etibarən Məhərrəm ayı ilə bağlı tədbirlərə başlayıb. Tədbir öncə Mehdi Həsənin çıxşı ilə başlayır. Ardınca isə əzadarlıq keçirilir. Tədbirlərin fevral ayının əvvəlinədək davam etməsi planlaşdırılır. Burada xanımlar və gənclər üçün də ayrıca məclislər nəzərdə tutulub.
Kanadanın Ontario əyalətinin Missisaqa şəhərində yerləşən “Beytul-Qaim” İslam Mərkəzi Məhərrəm ayının başladığı gündən etibarən hər gün mərasim təşkil edir. İlk ongünlükdə Seyid Razim Rza öz xütbələrilə müsəlmanların xidmətindədir. Ondan sonrakı hər ongünlükdə digər şəxslər də söhbətləri ilə Məhərrəm ayı tədbirlərinə qatılacaqlar. “Beytul-Qaim” İslam Mərkəzində tədbirlər 60 gün boyunca dayanmadan davam edəcək.
ABŞ-ın Pensilvaniya ştatının ən böyük şəhəri olan Filadelfiyada 2000-ci ildə yaradılmış “Mehdiyyə” Elmi Mərkəzi Məhərrəm ayının gəlişi ilə tədbirlər təşkil etməkdədir. Mərkəzin nümayəndəsinin verdiyi məlumata görə, ilk on üç gün ərzində H. I. Ameni “Mehdiyyə”də xütbə edəcək. Bundan başqa, nümayəndəlikdən edilən çağırışda, bütün müsəlmanlardan İmam Hüseyn (ə) və onun tərəfdarlarını yad etmək kimi nurani məclislərdə iştirak etmələri rica olunur.
Sinqapurda yerləşən “Müsəlman Gəncləri Assosiasiya” Məhərrəm ayında silsiləvi tədbirlər keçirməkdədir. İlk ongünlükdə hər gün mərasimlərdə axşam namazlarından sonra əvvəlcə malay, sonra ingilis, sonda isə urdu dilində xütbələr oxunur.
Xatırladaq ki, Sinqapur əhalisinin təxminən 15%-i, başqa sözlə desək, 700 mindən çoxu müsəlmandır.
ABŞ-ın Los-Anceles şəhərində yaşayan Əhli-Beyt (ə) aşiqləri Məhərrəm ayı boyunca hər gün məscidlərdə əzadarlıq məclislərində iştirak edirlər. Məscidin imamı tərəfindən edilən moizəyə qulaq asırlar, ehsan süfrələrinə qonaq olurlar. “Deyerler.org”a açıqlamasında Los-Ancelesdə yerləşən “Məscidun-Nəbi”nin “Heyrat” Fondunun prezidenti Seyid M. Musəvi bildirib ki, Məhərrəm ayı boyunca bu ayın ehtiramını bacardıqları qədər saxlamağa çalışırlar: “Hər gün 19.30-da (yerli vaxtla) məclisimiz olur. Burada Aşura ziyarəti oxunur, Dr. Hicazi dəyərli söhbətləri ilə möminləri məlumatlandırır, daha sonra isə əzadarlıq təşkil edilir, dualar oxunur. Biz bacardığımız qədər Məhərrəm ayının ehtiramnı saxlayırıq”.
Avstraliyanın Sidney şəhərində yerləşən “İmam Hüseyn (ə)” İslam Mərkəzi hər il olduğu kimi, bu il də Məhərrəm ayının başlaması ilə birlikdə İmam Hüseyni (ə) yad edən mərasimlər keçirir. Tədbir hər gün saat 20.00-da Aşura ziyarəti ilə başlayır, daha sonra Seyid Əhməd Hüseyn tərəfindən söhbətlər edilir, onun ardınca isə Amin Əfşarın rəhbərliyi ilə tədbir davam edir, dualar oxunur, əzadarlıq keçirilir.
“İmam Hüseyn (ə)” İslam Mərkəzi ümumilikdə geniş maarifçilik işi ilə məşğuldur. Mərkəzdə 15 yaşadək uşaqlar üçün ingilis və ərəb dillərində dərslər tədris olunur. 16 yaşdan yuxarı insanlar üçün isə ayrıca dərslər keçilir. Məxsusi günlərdə təvəssül, kumeyl və nüdbə duaları oxunur.


Imperator

Şərhlər:

  1. Sabiw dedi ki:

    ALLAH RAZI OLSUN.


    MARAQLI XEBERDI.4oxx saqol

  2. ...::EMERALD::... dedi ki:

    ALLAH RAZI OLSUN

  3. Miss_Azericka dedi ki:
    Allah Razi Olsun Dosim
  4. fanya_ya dedi ki:

    Chox saq ol

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol dosi Allah senden razi olsun

  6. UNDERCOVER dedi ki:

    4ox saol qaqaw Allah razi olsun???

  7. Tix_Tix_Xanim dedi ki:

    Allah razi olsun,tesekkurler

  8. merry-girl dedi ki:

    Allah razi olsun tesekkurler

  9. MELUSINA dedi ki:

    cox sagol Allah razi olsun twk

  10. Nadejda_Lyubvi dedi ki:

    MARAQLI XEBERDI.SAG OL bayaca

  11. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…