Ayaqyalın…


ayaqyalin
Ayaqqabısının taqqıltı səsləri, iradəli addımlayan insan təəsüratını yaradırdı. Sanki atın ayağına vurulan nal kimi elə sürətlə yeriyirdi ki, sanki növbəti addım kiminsə tapdalanacağınla nəticələnəcək. Ayağın damarlarındakı gərginlik, heçdə xoş addımlardan xəbər vermirdi.
Məgər həyatın sərtliyinə , sərt addımları inad idimi ?!
Yox! O, bu qədər acımasız deyildi…
Yolun tam ortasında ayağındakıları çıxardaraq idman ketlərini ayağına geyindi. Addımlarında yeriş sürətləndi. Hətta qaçdı. Son nəfəsə tək qaçdı , tullandı, oynadı.
Məgər həyat onun hissləri ilə oynadığı kimi , qaçışı həyata inad idimi?!
Yox! O bu qədər yalandolu yerişlərə öyrəşməmişdi…
Ketin iplərini belə açmadan, çətinliklə belə olsa onu ayağından çıxartdı. Sildi atdı yalandolu gülüşlü insan obrazını. Verdi ayağındakıları yoldan keçən dilənçiyə keçirtdi ayağına qaloşu gəzdi şəhərdə səfil kimi. Arada bir ayağını yolda sürütdədi insanların əsəbləri ilə oynadı.
Məgər həyat onu sürütdədiyi kimi, onun da hərəkəti həyata inad idimi?!
Yox! O bu qədər mənliyini ucuzlaşdırmamışdı…
Yolun ən çətin anına gəldi. Çətin, uğur, sevgi, məsuliyyətdolu bir yol idi.
Cırıq qaloşları ayağından çıxardaraq , ayaqyalın yeriməyə başladı. Daşlar, çınqıllar, incitsə belə, palçıq ipəktək dərisini çirklətsə belə, qarda ayaqları buz olsa belə, yayda asvaltın istisindən yansa belə, yenilmədi! O heç kəsə , hətta brend düşüncəli insanların hazırladığı ayaqqabılara belə aldanmadan ,möhtac olmadan bu yola addım atdı…
Çünki, bilirdiki qazanacağı uğuru onun bütün ağrılarını sağaldacaq. Çönüb arxasına baxdıqda isə ayaqqabısın dabanları sınan, ketinin açılmış iplərini ilişib yıxılan, cırıq qaloşda gülüş hədəfi olanlar kimi olmayacaq!

Whatever Happens

sirine

Şərhlər:

  1. Miss_Azericka dedi ki:
    cox sagol canim
  2. VERY_SHY dedi ki:

    Maraglidi…

  3. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  4. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…

  5. fanya_ya dedi ki:

    Djanim xabar chox gozaldi chox saq ol no san axirda yazmisan eee Whatever Happends onun na menasi var ki? xetruve deymasun aaaaa prosto soruwdum eeeeee niya ele yazmisan Nasa Olubki?

  6. Nadejda_Lyubvi dedi ki:

    maraqli XEBERDİ

  7. MELUSINA dedi ki:

    maraqli xebere gore cox sagol twk

  8. UNDERCOVER dedi ki:

    4ox saol maraqli xebercun

  9. DaRk_AnGeL dedi ki:
    Cox sagol maraqli xeber idi
  10. Jelannaya_013 dedi ki:

    twk ellerine saglix…

  11. Tix_Tix_Xanim dedi ki:

    [b] Tesekkurler[/b]