Aybəniz Haşımova: “Haqsızlıq edildi”

alt

Əməkdar artist “Eurovision-2011” Mahnı Müsabiqəsinin milli seçimindən narazıdır




“Dörd aydır ki, ayaq üstə əziyyət çəkirik. Həm qızım Aynişan, həm də mən! Heyf o əziyyətdən, səhnədə görünmədi… Rejissorun qeyri-dəqiq işıqlandırması Aynişanın rəqslərinin ekranda yaxşı görünməsinə mane oldu. Ən kobud səhvlər qızım üçüncü mahnını oxuyanda özünü göstərməyə başladı. Aynişanın səhnə performansı ekranda səhv işıqlandırıldı. Canlı yayım zamanı zəng vurub, rejissorla əlaqə saxladım. O da mənə dedi ki, necə tapşırılıb, elə də çəkirəm. Niyə onun səhnə hərəkətlərinin 99 faizi göstərilmədi?” Bunu açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib.




Aybəniz Haşımova “Eurovision-2011” Mahnı Müsabiqəsinin final iştirakçısı kimi çıxış edən qızı Aynişana qarşı haqsızlıq edildiyini iddia edib: “Mən öz ölkəm üçün çalışıram. Ana kimi yox, daha çox vətənpərvər kimi etiraz edirəm. Bu müsabiqəyə musiqi bayramı kimi baxırdım. Əslində mən “Eurovision”a maraqlı deyiləm, ümumiyyətlə SMS-li müsabiqələr həmişə məni təəssüfləndirir. Lakin qızım istədi, mən də etiraz etmədim. Bu münasibət təkcə Aynişana deyil, İlqarəyə də oldu, İlhamə oxuyan zaman qüsurlar yarandı. Aynişan oxuyanda, səhnə dekorasiyası, az qala “28 may” küçəsi də göstərildi, bircə Aynişanın çıxışı göstərilmədi”.


Müğənni seçimin nəticələrinə dair fikirlərini bölüşüb: “Ora kimin gedəcəyi məni maraqlandırmır, mən klas Azərbaycan musiqisinin ifaçısıyam, qızımın arzusunu yerinə yetirdim vəssalam! Eldarın seçilməyinə söz yoxdur. O qızın isə səsi zəifdir, digər iştirakçılar ondan daha geniş imkanlara malikdirlər. Mən daha çox haqsızlıqdan inciyirəm, adını da qoydular ki, işıq sistemində nasazlıq var. Bu yeni təmirdən çıxan teatr binasıdır, belə texniki nasazlıqlara hazırlıqlı olmalıdır. İki gün teatrda vaxt itirmişəm, bütün detalları xatırlatmışıq, hər şeyin yüksək səviyyədə işıqlandırılması üçün əlimizdən gələni etmişik…

...::EMERALD::...

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    hec xowum gelmir bundan) cox sag ol xeber ucun)
  2. Alone Girl dedi ki:

    pIS DEYIL.QIZINDAN ZEHLEM GEDIR EEE sick

  3. SeLiN dedi ki:
    xebere gore tesekkurler twk
  4. KurQAN dedi ki:

    eee.maraqsizdi..zehmete twk

  5. DaRk_AnGeL dedi ki:
    Yaxwi oldu bu qiz getmedi sesi yad yoxdu ozun oldurur
  6. Niqulya-1 dedi ki:

    Bu vicdanın xeberidir oxumuwam)yersiz sohbetlerdi de edir…guya ayniwan getseydi ne olacaqdi.

  7. UNDERCOVER dedi ki:

    mene maraqli deyil.eziyyet4un 4ooox soal

  8. fanya_ya dedi ki:

    Choooooooox Saq Ol informasiyaya gora

  9. NiGhT AnGeL dedi ki:

    qizi secilmiyib deye paxilliq edir.xebere gore tewekkur

  10. MELUSINA dedi ki:

    xebere gore cox sagol twk

  11. merry-girl dedi ki:

    tesekkurler

  12. sWeeT dedi ki:

    ee narzi olmaqdns qizina bxsin

  13. Gucci dedi ki:

    eeeeeeeeeeeeee gica xeste eliyibe camaati ozu az deyildi qizida cixdi qizinin ne sesi var var nedek bir wey ne oturube deqe bawi qizim secilmedi nemen eceb oldu bezdiribe busbutun