Mənalı sözlər

alt

Ağıl sənin üçün yaxşı və andlı bir dostdur. Məlumat sənin üçün çox mərhəmətli bir qardaşdır.

Allaha sığın, onun əmrinə itaətsizlik etmə!

Ağıl bəzəyi dil, dil bəzəyi sözdür. İnsanın bəzəyi üz, üzün bəzəyi gözdür. İnsan sözünü dil dili ilə söyləyər; sözü yaxşı olsa, üzü parlayar.

Allahdan nə gəlirsə ona razı ol!

Anlayış və məlumat çox yaxşı şeydir; əgər tapsan, onları istifadə et və uçub göyə çıx.

Bir insan bütün dünyaya tamamilə sahib olsa belə, sonunda dünya qalar; onun qismətinə ancaq iki top bez düşər.

Bu dünya rəngli bir kölgə kimidir, onun arxasına düşsən qaçar; sən qaçsan o səni vedrələr..

Bu dünyanın qüsuru min, üstünlüyü isə birdir. İnsan bunu necə keçirsə, o elə keçər.

Bütün xalqa içdən gələn mərhəmət göstər.

Böyüklük göstərən, qürurlu və həyasız adam, dadsız və xoşagəlməz olar; qürurlu insanın etibarı gündən günə azalar.

Əgər özünə candan bağlı birini axtarırsansa, sözün qisası, özündən daha candan birini tapa bilməzsin.

Daim yaxşılıq et ki, özün də yaxşılıq tap.

Doğan ölər, ondan əsər olaraq söz qalar. Sözünü yaxşı söylə, ölümsüz olarsan.

Dünya və axirəti hər ikisini birdən əldə etmək istəsən, bu bir neçə işi buraxma; müqtədirsənsə bunları mütləq yerinə yetir!

Əlini uzadaraq göydəki ulduzları tutsansa və başın göyə dəysə belə, sonunda sən yenə yerdəsən.

Ey zadəgan insan! insanlığı əlindən buraxma; insanlığa qarşı daim insanlıqla rəftar et.

İşi ədalətlə et, buna cəhd göstər; heç bir zaman zülm etmə Allaha qulluq et və ONun qapısına üz tut.

Hansı iş olursa olsun, sən onu şirin dillə qarşıla; hər işdə şirin dil istifadə etsən səadət sənə bağlanar.

Heç bir işdə tələ etmə, səbirli ol, özünü tut; səbirli insanlar arzularına çatarlar.

Dilinə və gözünə sahib ol, boğazına diqqət yetir; az ye, lakin halal ye.

Hansı işə girsən, əvvəl sonunu düşün; sonu düşünülməyən işlər, insana zərər gətirər.

Başqasının zərərini istəmə, özün də zərər verməhəmişə yaxşılıq et, öz heva və həvəslərinə hakim ol.
Bax, doğan ölər; ondan, əsər olaraq, söz qalar; sözünü yaxşı söylə! ölümsüz olarsan.

Insanın bu qədər zəhmət çəkməsi həmişə boğazı və kürəyi üçündür; mal toplar, yeyə bilməz; öldükdən sonra da günahı altında qalar.

Ey nemət sahibi olan kimsə, şükr et. Şükr edənə Tanrı nemətini artırar.

İnsan nadir deyil, insanlıq nadirdir. İnsan az deyil, düzgünlük azdır.

Çox mal aç gözlünü doyurmaz. Əcəl gəlincə peşman olar, lakin artıq işini yoluna qoya bilməz.

Ağıl bir məşəldir. Kor üçün göz, ölü bədən üçün can, dilsiz üçün sözdür.

Pislik etsən, pisliyin qarşılığı peşmanlıqdır. Əlindən gəlirsə, pisliyin inadına yaxşılıq et.

Çox dinlə lakin az danış. Sözü ağıl ilə söylə və məlumat ilə bəzə.

Pislik cahillikdən doğular, xəstəliklər pisliklər həmişə eyni nöqsanlıqdan irəli gələr. Lakin müalicə ilə xəstələrə şəfa verilə bilər; tərbiyə ilə pislər yaxşı edilə bilər; oxumaq yoluyla da məlumatsızlara məlumat verilmiş olar.

Könülünü və dilini doğru tut!

Qürur faydasızdır, o insanları özündən soyudar. Təvazökarlıq isə insanı yüksəldər.

Xalqa faydalı ol, onlara zərər vermə!

Hər məxluq öz nəsibini alar. Gedənlər yeməklərini və uçanlar da yemlərini taparlar.

Hər sözü söz deyə ağızından çıxarma. Lazımlı olan sözü düşünərək və ehtiyatla söylə.

Hər baxımdan tam zəngin olmaq istəsən, qənaətkar ol. Beləcə öz nəsibini əldə etmiş olarsan.

Hüzur istəsən zəhmət ilə birlikdə gəlir. Sevinc istəsən qayğı ilə birlikdə tapılar.

İşə tələ ilə girmə, səbir və teenni ilə hərəkət et. Tələ edilmiş olan işlər sabah peşmanlıq gətirər.

Enən yüksələr, yüksələn enər, parlayan sönər və yüksələn dayanar.

İnsan, minlərlə yaşasa, arzu etdiyi şeylərə qovuşsa belə, yenə diləyi bitməz.

İnsana insanlığı nisbətində qarşılıqda tapıl. Belə qarşılıqda tapıldığı üçün, insana insan adı verilmişdir.

İnsanı dil qiymətləndirər və insan onunla səadət tapar. İnsanı dil qiymətdən salar və insanın dili üzündən başı gedər.

İnsanların seçməsi insanlığa faydalı olan insandır. Xalq nəzərində mötəbər kimsə, mərhəmətli olan insandır.

Yaxşı hərəkət et, pislərin zərərlərini ortadan qaldır!”

Quru torpaqaltındakı qızıl, daşdan fərqsizdir. Oradan çıxınca, bəylərin başında tuğ tokası olar.

Kimin sənə bir az əməyi keçsə, sən ona qarşılıq daha çoxunu etməlisən.

Pislik dəyərsiz bir şey olduğu üçün, onu edən də dəyərsizdir.

Mənfəət kürsüyə bənzər; başında daşısan səni kiçildər, ayağının altına alsan səni yüksəldər.

Hirs və qəzəblə işə yaxınlaşma; əgər yaxınlaşsan, ömürü heder edərsən.

Söz ağızda ikən sahibinin əsiridir, ağızdan çıxdıqdan sonra sahibi onun əsirdir.

Tək öz mənfəətini güdən dosta könül məzmuna. Fayda görməzsə, sənə düşmən olar, ondan imtina et.

DaRk_AnGeL

Şərhlər:

  1. the 13th Warrior dedi ki:

    İşi ədalətlə et, buna cəhd gцstər; heз bir zaman zьlm etmə; Allaha qulluq et və ONun qapısına ьz tut.

    Cox sag olun, Yaxwi sozler var idi. Birce bu sozlerin muelliflerini de qeyd etseydiz yaxwi olardi

  2. ...::EMERALD::... dedi ki:

    SUPERDI.SAG OL

  3. VERY_SHY dedi ki:

    Əlini uzadaraq gцydəki ulduzları tutsansa və başın gцyə dəysə belə, sonunda sən yenə yerdəsən.

  4. _AyDaN_ dedi ki:

    Əlini uzadaraq gцydəki ulduzları tutsansa və başın gцyə dəysə belə, sonunda sən yenə yerdəsən.
    tkr xebere gore maraqliydi

  5. PENELOPE dedi ki:
    Dilinə və gцzьnə sahib ol, boğazına diqqət yetir; az ye, lakin halal ye.

    ………………hmmmmmm,,ela yazib,,,ellerine sagliq…………….. applause

  6. Milady dedi ki:

    Зox dinlə lakin az danış. Sцzь ağıl ilə sцylə və məlumat ilə bəzə.
    twk twk

  7. HENRY dedi ki:

    Allahdan nə gəlirsə ona razı ol!

  8. Sirinim_ dedi ki:

    Allah razi olsun, cox gozel sozlerdi.tesekkurler

  9. New_Moon dedi ki:

    Sцz ağızda ikən sahibinin əsiridir, ağızdan зıxdıqdan sonra sahibi onun əsirdir.
    .
    .
    Gozel Sozlere Gore Cox SAgol

  10. DaRk_AnGeL dedi ki:
    Sizler cox sagolun Canlarimmm menim
  11. fanya_ya dedi ki:

    super sozlardi saol ureyimmmmmmmm)

  12. Single Girl dedi ki:

    chox saqol Shebishkammm eladiiii ciciwim cox beyendim cox menali sozler idi sekilde wiyinutancaq

  13. merry-girl dedi ki:

    immmmmmm menalidirlar ellerine sagliq cox gozel xeberdi

  14. Miss_Azericka dedi ki:

    cox sagol give_rose give_rose give_rose

  15. UNDERCOVER dedi ki:

    4ox maraqli xeberdi twk edirem

  16. Imperator dedi ki:

    saqol dosi ela

    good

  17. Бакинка dedi ki:

    webiww tewekkurlerrrrrr

  18. ZakonLubvi dedi ki:

    Hər baxımdan tam zəngin olmaq istəsən, qənaətkar ol. Beləcə цz nəsibini əldə etmiş olarsan. twk

  19. morgan dedi ki:
    her birinin ayri yeri hamsini ezberlemek ela olardir heqiqieten de ele zamani gele bier ki
  20. BlAcKsTaRiN dedi ki:

    cox sagol

  21. _Aynur_ dedi ki:
    Allaha sığın, onun əmrinə itaətsizlik etmə!

    Tewekkur gozel sozlerdi….