SənsizLikdə Sən..

SənsizLikdə Sən..


Gözlərimi açıb sakitcə saata baxdım.. 23:34ü göstərirdi. Yerimdən durmaq istəməsəm də birtəhər özümü cəmləyib ayağa qalxdım. Yorğun olsam da yatmaq fikrim yox idi. Səbəbini anlamazlıqdan gəlmək istədiydim amma qəlbimi aldada bilmirdim. Səbəb mənim səndən, sənində məndən uzaqda olmağım idi. Gözlərimi qapayıb xəyallara daldım. İlk tanış olduğumuz gün gəldi ağlıma…

SənsizLikdə Sən..


Sənin gözlərinə baxmağım və anlamadığım bir duyğunun içində titrəməyini gözümün önündən keçirdim…
Darıxdım… Eyvana çıxdım… Təmiz havanı ciyərlərimə toplayıb səmaya baxdım.. Ulduzlar toplaşmışdı ayın ətrafına. Yenə sən gəldin ağlıma.. Axı sən də mənim ulduzum idin.

SənsizLikdə Sən..


Hər dəfə qarşımda dayanıb mənə baxmağını xatırladım.Mən isə sənə anlatmaqda aciz qaldığım hisslərimi sənə gülümsəməklə deyə bilirdim. Sən də çox gözəl bilirdin bu baxışların nə mənaya gəldiyini.. Bu baxışlar sənə dünyanı vermək istəyən adamın baxışları idi… Sənsiz darıxan, sənsiz büzüşən bir yeniyetmənin baxışları idi. Bu baxışlar “məni tərk etmə” “mənə nəvaziş göstər” deyən bir sevda yetiminin baxışları idi. Axı sən mənim sığınacaq yerim idin…
Xoş idi mənim üçün sənin hər bir kaprizin… Axı sən mənim ən dəyərli varlığım idin…

SənsizLikdə Sən..


Sevirdim səni… dəfələrlə deməyimə baxmayaraq etiraf etməkdən bezmədiyim sözlər idi… Səni sevirəm… Səni bezdirən, mənə yaşama gücü verən tamamlanmamış bu iki kəlimə idi… Axı sən mənim oxunmamış kitabım idin. Səndən gözəlləri də var dünyada, səndən ağıllıları da amma mən səni sevirəm. Sən bunun səbəbini anlamayıb 100 kərə, 1000 kərə məndən soruşsan da, mən səbəbini bilmədən sevirəm səni… Tanışlığımız saytda, ömrümüz həyat səhifəsində davam edir. Mən quruluşcu rejisor, sənsə mənim baş qəhrəmanımsan… Sənsiz həyat səhifəm bom boş və mənasızdır. Həyatda filmlər kimi yalandır. Amma mənim üçün gözəldir.. Çünki SƏN varsan… Son pərdə nə ilə bitərsə bitsin…

SənsizLikdə Sən..


İndi məndən uzaqda olmağın da xoşdu mənə çünki səni xatırladır. Səni sənsiz yaşamaq da gözəldir. Çünki SƏNİN SƏNSİZLİYİNDƏ də sən varsan… Dedim axı sevirəm səni.. Məndən uzaqda olsan belə,məndən ayrılsan belə, sənsiz olsa belə sevirəm səni…

SənsizLikdə Sən..


İmza:
HeYiF Ki HəLə Də SəNiN GöRə BiLMəDiYiN SəNi SəNDəN ÇoX SEVƏN MəN…
MəN KiMəM? SaDəCə BiR SEVƏN

balaca

Şərhlər:

  1. Imperator dedi ki:

    coox saqol eladi respekt

  2. kaka real dedi ki:

    İndi məndən uzaqda olmağın da xoşdu mənə зьnki səni xatırladır. Səni sənsiz yaşamaq da gцzəldir. Зьnki SƏNİN SƏNSİZLİYİNDƏ də sən varsan… Dedim axı sevirəm səni.. Məndən uzaqda olsan belə,məndən ayrılsan belə, sənsiz olsa belə sevirəm səni…

  3. HENRY dedi ki:
    Hər dəfə qarşımda dayanıb mənə baxmağını xatırladım.Mən isə sənə anlatmaqda aciz qaldığım hisslərimi sənə gьlьmsəməklə deyə bilirdim. Sən də зox gцzəl bilirdin bu baxışların nə mənaya gəldiyini.. Bu baxışlar sənə dьnyanı vermək istəyən adamın baxışları idi… Bu baxışlar \"məni tərk etmə\" \"mənə nəvaziş gцstər\" deyən bir sevda yetiminin baxışları idi. Axı sən mənim sığınacaq yerim idin…

    …..
  4. Milady dedi ki:

    cry cry cry

    HeYiF Ki HəLə Də SəNiN GцRə BiLMəDiYiN SəNi SəNDəN ЗoX SEVƏN MəN…
    MəN KiMəM? SaDəCə BiR SEVƏN

  5. PENELOPE dedi ki:

    cry cry cry EHHHHHHHHHHHHHHHHHHH,,,,,,,,,,,,,

  6. Single Girl dedi ki:

    Sen deye biri yoxdu axi mencun eyyy Sen kimsen sen?)))cox saqol balaca cox beyendim hemiweki kimi ela

  7. ...::EMERALD::... dedi ki:

    ELLERINE SAGLIK

  8. merry-girl dedi ki:

    cox sag ol balaca cox maraqlidi heqiqetende menalidi ellerine sagliq

  9. meleyim dedi ki:

    sensizlik senden vefali cixdi

  10. RoZaLiNDa dedi ki:

    HeYiF Ki HəLə Də SəNiN GцRə BiLMəDiYiN SəNi SəNDəN ЗoX SEVƏN MəN…
    MəN KiMəM? SaDəCə BiR SEVƏN =)

  11. Miss_Azericka dedi ki:

    imza her xeberinde yazilir balaca =)))

    cox sagol beyendim

  12. DaRk_AnGeL dedi ki:

    Cox sagol balaca xebere gore cooox gozel idi menim xowuma geldi

  13. Бакинка dedi ki:
    Neinki sessizlikde hetta her yerde Sen…….twklerrrrrr xebere gore….
  14. VERY_SHY dedi ki:

    Səni sevirəm

  15. Dj ExTrEmE dedi ki:

    twk Cox sagol Xebere Gore 2 ci wekil ele mene aiddi((

  16. BlAcKsTaRiN dedi ki:
    Ellerine sagliq superdi
  17. ::HappilY:: dedi ki:

    eladi cox sagol