Böyük Günahlar..


alt
İmam Sadiqdən (ə) hədis..

İmam Kazım (ə) buyurur: Əmr ibni Ubeyd (İslam alimlərindən biri idi) İmam Sadiq (ə)- ın hüzuruna gəlib salam verdi və bu ayəni oxudu:

Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdır. Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə ücün sükut etdin?

O dedi: Quranda bu günahların sayını bilmək istəyirəm. İmam buyurdu: Bəli, ey Əmr eşit!

1) Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-taala buyurmuşdur:

“Hər kəs Allaha özünə şərik qoşsa Allah behişti ona haram edər” (“Nisa” 72)

2) Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır.

Nece ki Allah- taala buyurmuşdur:

” Kafirlərdən başqa heç kəs Allahın rəhmətindən ümidsiz olmaz”. (“Yusif” 78).

3) Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir.(İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həmdə Allahın əzabından qafil olmamalıdır). Allah – taala Quranda buyurur:

“Yalnız ziyana uğrayanlar Allahın məkrindən amanda qalacaqlarına inanarlar” (“Ə”raf” 99)

4) Böyük günahlardan biridə ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah -taala ata-anasına əziyyət verən şəxsi güclü lakin bədbəxt bir insan kimi tanıtdırır.

5) Adam öldürmək. (istisna olunmuş hallarda başqa) Allah – taala buyurur:

“Hər kəs bir mömini qəsdən öldürsə cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək lənətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır” (“Nisa” 93).

6) İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah – taala buyurur:

“Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr dünyada və axirətdə lənətə gəlmişlər” (“Nisa” 23).

7) Yetimlərin malını yemək: Quranda belə şəxslərin haqqında oxuyuruq:

Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar. (“Nisa” 10)

8) Faiz yemək: (sələmçi olmaq). Bu barədə Allah – taala buyurur:

“Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar” (“Bəqərə” 277)

9) Sehr və cadu etmək. Quranda sehr haqqında bele oxuyuruq:

“Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə qiyamət günü heç bir mənfəət çatmayacaq.” (“Bəqərə” 102)

10) Zina. Belə ki Allah- taala buyurmuşdur:

“Hər kəs bunu (zinanı) etsə o günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar”. (“Furqan” 68-69)

11) Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri o cümlədən namazı tərk etmək. Çünki islam Peyğəmbəri həzrəti Məhəmməd (s.a.s.) buyurur:

“Hər kəs bilərəkdən namazı tərk edərsə Allahın və onun Peyğəmbərinin əhd-peymanından bizar olmuşdur.”

12) Əhdə vəfa qılmamaq və yaxın qohum əqraba ilə rabitəni kəsmək. Allah- taala “Furqan” surəsinin 25 ci ayesində bu məsələlər haqqinda buyurur:

“Onların ( Əhdə vəfa qılmayanların) axirətdə yeri çox pisdir”


Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda Əmr İbn Ubeyd imamın sözlərinin təsirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:

“Həlak olsun o şəxs ki, elmi olmadan nəzər verə, və həlak olsun o şəxslər ki siz imamlarla elm və fəzilətdə üzbəüz dura” (yə’ni həlak olsun sizin düşmənləriniz).

Imperator

Şərhlər:

  1. BlAcKsTaRiN dedi ki:
    ALLAH RAZI OLSUN….!
  2. DaRk_AnGeL dedi ki:
    Cox sagol dosi Allah razi olsun oxudum axra kimi cooox gozel idi ellerive sagliq
  3. Gucci dedi ki:

    Imperator,
    sen menim yazdiklarimi oxu gor men ne deyirem sohbet mecburiyyetden getmir

  4. Miss_Azericka dedi ki:

    Allah razi olsun dostikkk give_rose

  5. ANGEL16 dedi ki:

    hamisin oxudum Allah razi olsun

  6. meleyim dedi ki:

    allah razi olsun twk

  7. merry-girl dedi ki:

    elin qolun var olsun Allah razi olsun ,cox beyendim,adam oxuduqca rahatlanir ellerine sagliq heart

  8. ...::EMERALD::... dedi ki:
    MARAQLIDIR.SAG OL
  9. Single Girl dedi ki:

    Cox cox olduqca maraqli idi Quranda(azerbaycanca tercmesinde)cox sureleri oxumusham..bunuda copy eledim sabah yenede oxuyacam..Allah razi olsun! ALlah imanimiza guc versin!

  10. _AyDaN_ dedi ki:

    ALLAH razi olsun tkr xebere gore.

  11. PENELOPE dedi ki:

    ALLAH RAZI OLSUN YAZAN ELLERINDEN twk

  12. Milady dedi ki:

    ALLAH RAZI OLSUN ELLERINE SALIG

  13. memati777 dedi ki:

    Cox sagolsun avtor ,,,, men hemise oxuyram dini kitablardan ona gore her muselmana vacib goruram, Dinimizi ucada tutmag bizim ucun boyuk emellerden biridi , Allah Talla hamimizi gunahlardan uzag tutsun AMIN!

  14. Бакинка dedi ki:
    Yusif ve BEqere suresini defelerle oxumuwam bir daha taniw oldu mene ve digerleri…dogurdanda din her weyden onde bawda gelir… gunah sahiblerinede hardasa bir iwiq var amma bezileri bu iwiqi gormeyecek qeder KOR olurlar Allahdan oonlara hardasa Iman getirmesini arzu edek oda ki laiqlisine…….
    Tewekkurler xebere gore Halal OLSun RAzi qalsin…
  15. melek=) dedi ki:

    [b][i][u][center][color=#3333FF]saqol ALLAH razi olsun cunki sen hele maraqlo ve dini xeberler gonderirsen=) good

  16. Gucci dedi ki:

    twk Allah razi olsun ama canik inanmirame bu qeder uzun xeberi kimse oxuya kimisi kartla gelir kimisideki telikle az adam adslle gelir bele xeberler inanki gozeldi ellerine qollarina quvvet ama caliw din haqda xeberleri geniw olani deilde qisasin atki oxusunlar daha TWK yazmasinlar emeyine hormetler

  17. the 13th Warrior dedi ki:

    \"Həlak olsun o şəxs ki, elmi olmadan nəzər verə, və həlak olsun o şəxslər ki siz imamlarla elm və fəzilətdə ьzbəьz dura\" (yə\'ni həlak olsun sizin dьşmənləriniz).

    Allah razi olsun qardaşım зox xeyirli mцvzu idi. Allah bizi bu gьnahlardan зekinenlerden qerar versin inşallah

  18. Dj ExTrEmE dedi ki:

    Allah RAzi Olsun))

  19. the 13th Warrior dedi ki:

    Gucci
    İsteyen tez kopyalayib, sonra oxuyar. Her wey insanin ozunden asilidi. O weytana uyanlar behane getire biler. Men de tele olanda kopyalayib atiram WORD-e sonra rahatciliqda oxuyuram, teki elmim artsin.

  20. Gucci dedi ki:

    the 13th Warrior,
    aha hami senkimi deyilse ne ede bilerlerki?:)

  21. the 13th Warrior dedi ki:

    Gucci
    Men de hami kimi gunahkar qul(bende). Insanin ozunden asilidi her wey.

  22. Gucci dedi ki:

    [b]the 13th Warrior,
    insan oz ozunun agasidi:(( ama bezende insani yolddan cixaran keslerde coxduee insani neyese yonlendiren veya eksine edenlerde coxdu[/b]

  23. the 13th Warrior dedi ki:

    Gucci
    size Qurandan bu aye ile cavab vermek isteyirem.
    -Mujde ver o Wexslere ki, muxtelif sozler ewidir, onun en yaxwisina tabe olurlar, hidayet olmuwlar ve eql(agil) sahibleri mehz bunlardir. (Zumre suresi, aye 18)

    yeni Allah insana agil verib ve agili iwletdiyi teqdirde Cennet vede verib.

  24. VERY_SHY dedi ki:

    Gucci,
    men wexsen oxudum,bele xeberler mene maragli gelir

  25. Gucci dedi ki:

    [b]VERY_SHY,
    canik men demireme heckim oxumur of yani cox zaman bele xeberlerde twk yazilir buda onun gostericisidiki oxunmurda :((

    the 13th Warrior,
    cox sagol ama meni yanliw anlayirsiz men demedimki onulmur qoyulmasin xeber eksine istirem qoyulsun ama cox adam uzune baxmadan twk yazir i fso ona yaniram[/b]

  26. Imperator dedi ki:

    Gucci,
    kim oxumur hecde oxumasin!men sadece insanlarla
    dini xeberleri bolusmek ucun gonderirem!
    kim ALLAHA inanir oda oxuyur mecbur etmirik caamati

  27. VERY_SHY dedi ki:

    Gucci,
    duzdu canim,ama onu hamiya aid elemey olmaz

  28. UNDERCOVER dedi ki:

    Allah razi olsun

  29. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…