13 niyə nəhs sayılır?

alt

On iki və on ikiyə qalıqsız bölünən rəqəmlər bütövlük, tamlıq, ahəngdarlıq rəmzidir. Günəşin il ərzində – on iki ay ərzində on iki bürcdən keçməsi, sutkanın gecə və gündüz olaraq 24, yəni, iki dəfə on iki saat təşkil etməsi bu bütövlüyün təzahürüdür. Yerin Günəş sistemində hərəkət edən on iki səyyarədən biri olması da təəccüblü deyil. (Bu səyyarələrin hamısı hələ kəşf olunmayıb).

Təbiətdə geniş yayılan on iki iqlim və iyirmi dörd saat qurşağının, on iki metalın, qiymətli və yarımqiymətli on iki mədən daşının möcudluğu da bu həmahənglikdən xəbər verir. Kainatda və təbiətdəki harmoniya insan bədənində də əks olunur. Enerji axan on iki meridianın bütün bədəndə səhhətin səviyyəsini təyin edir.

Təsadüflər, yoxsa…?
Qədim Çin həkimləri əsasən, on iki, ümümilikdə isə yetmiş iki cür (72=12×6 ) nəbz vurğusunu qeydə alıblar.
Müxtəlif dinlərdə də on ikinin özəl məqamı var. Nuh əleyhissəlamın yüz iyirmi il ərzində (120=12×10) gəmi düzəltməsi təsadüf sayilmamalıdır. Yəhudilikdə on iki yəhidi qövmünün. Xristianlıqda on iki həvari (apostul), İslamda on iki imam bu ahəngdarlığın təminatçısıdır.

Türk xalqları on ikilik sistemindən bəhrələnmişlər. Xüsusən, Oğuzlarda bu, özünü bariz göstərir. 24 Oğuz qəbiləsinin mövcudluğu buna sübutdur. Dədə Qorqud dastanlarının on iki boydan ibarət olması təsadüfi hal deyil. 72 saz havasını, Qanun musiqi alətində 72 simin olmasını təsadüfi saymaq olmaz. Oğuzlar içində Azərbaycan xalqına məxsuz on iki muğamın, on iki əruz bəhrinin olması da (nədənsə, tədqiqatçıların əksəriyyəti rübai vəznini unudaraq 11 bəhr yazırlar) ahəngdarliq qanunauyğunluğuna tabedir.

İslamda nəhs rəqəm yoxdur
İslamda nəhs günlərin olduğu qəbul edilsə də, nəhs rəqəmlər yoxdur. Xristianlıqda İsa əleyhissəlamla birgə on iki həvarinin on üç olması, onlardan birinin xain çıxması ilə on iki ahəngdarlığının bərpa edilməsi deməkdir. Deyilənlər, belə bir inam yaratmışdı ki, on üç şeytan rəqəmidir. Bir sıra ciddi Xristian ölkələrində təyyarələrdə on üçüncü sıra yoxdur. On ikidən sonra on dördüncü cərgə gəlir. Binalarda 13-cü mərtəbə hesaba alınmır. Hər ayın on üçüncü günü nəhsdir – batil inamı nə qədər xeyirli tədbirin təxirə salınmasına səbəb olub. Ayın on üçü cümə gününə düşəndə isə Avropa ölkələrində böyük həngamə başlayır. Məsələn, Böyük Britaniyada həmin gün fərdi avtomobillərin qarajda saxlanılmasına üstünlük verirlər. Hamı səksəkə içində qalır. Nə isə xoşagəlməz hadisənin baş verəcəyi xofu doğurdan da, bu qorxunu gerçəkləşdirir.

Əslində on üç rəqəminin şər qüvvələrlə heç bir əlaqəsi yoxdur, ona inananlar isə xürafata düşmüşlərdir. Əgər böyük ruhla, sarsılmaz iman və inamla ən çətin işlərə belə görülürsə, heç bir on üç adama mane ola bilməz.
Fikirləriniz….

KIVANC

Şərhlər:

  1. the 13th Warrior dedi ki:

    hec bir reqemin duwer- duwmemezliyi ola bilmaz, men buna inanmiram.
    Ancaq xowlayiramde bu reqemi))

  2. New_Moon dedi ki:

    13 Reqemini Cox Xowlayiram Menim Ugurlu Reqemimdi ..
    .
    Xebere Gore Sagol

  3. BuBLiK dedi ki:

    cox sagol maraglidi..

  4. SPARTACUS dedi ki:

    tewekkurler applause

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore maraqli idi

  6. ...::EMERALD::... dedi ki:

    Maraqlidir.Sag ol

  7. UNDERCOVER dedi ki:

    maraqli xebere gore 4ox saol

  8. Бакинка dedi ki:
    bow inanclarda olsa adamin aglina gelen bawina gelir o qeder bu gunu pisdeyiblerki ocurde beyine hekk olunub bu gunu xow xatire sal beynive dunyadaki bekemde en gozel gun olar adamcun….. saol ee dostik…….
  9. taliya dedi ki:

    bos seydi inannmiram.neye inansan o da ozule seni aparacaq

  10. Milady dedi ki:

    mence 13de bır wey yoxdu hec o gunu sınamamıwamda ele weylere ınanımırameeee.. xeberın ucun twk

  11. ZakonLubvi dedi ki:

    twk tewekkur edirem xeber maraxli xeberdi eziyet ucun cok sag ol ,amma redakt cok piss edilib zor gugle yazini bawa duwdum cry

  12. BlAcKsTaRiN dedi ki:
    Men bele weylere inanmiramee…ama xebere gore cox sagol…maraqlidi…!
  13. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol ama bele weylere inanmiram…bele redakte etmeyindeeee oxumaq olmur gozlerim aqradi…

  14. merry-girl dedi ki:

    cox sag ol dostik men bunu oxumusam eziyyete gore tewekkur

  15. _PiNk_EmO_ dedi ki:

    inanmiram tesekku sarcasti

  16. fanya_ya dedi ki:

    maraqli xabardi saol boss

  17. Miss_Azericka dedi ki:

    twkler xebere gore

  18. BRATVA_777 dedi ki:

    MARAQLI XEBERDI TEWEKKUR

    applause

  19. Single Girl dedi ki:

    Bele sheylere inanmiramda ay ne bilim nesdi nedi..Hec dexli var?ALlah bilen meslehetdi..insanlarin bir soz qowmadiqi reqemler qalmiwdi onada qowublar..

  20. KIVANC dedi ki:

    twk

    SERHLERE GORE

  21. dunyam dedi ki:

    BUNUN 13-LE NE ELAQESI MEN INAMIRAM